"Yaşayış yerlərini bilərəkdən hədəf almaq açıqaşkar müharibə cinayətidir"
Siyasət 04 Sen 2023 11:30:00 326 0
Müharibə heç kəsin arzulamadığı hadisədir, normalda müharibə əsgərlər arasında olar. Yaşayış yerlərini bilərəkdən hədəf almaq, özü də insanlar gecə vaxtı yatmışkən buraları bombalamaq beynəlxalq hüququn pozulması, açıq-aşkar müharibə cinayətidir.
Bu xəbəri də oxu: Tokayev Azərbaycan Prezidentini təbrik edib
Son.az Trend-ə istinadən bildirir ki, bunu İslam Əməkdaşlıq Təşkilatı Müstəqil Daimi İnsan Hüquqları Komissiyasının (İƏT MDİHK) sədr müavini Hacı Ali Açıkgül deyib.
"Biz bura 4 günlük səfər üçün gəlmişik. Daha əvvəl 2021-ci ilin sentyabrında səfər etmişdik. Səfərimizin əsas məqsədi 44 günlük müharibədən əvvəlki təxminən 30 illik erməni işğalı dövründə törədilən insan hüquqları pozuntularını müəyyənləşdirmək, bunları sənədləşdirmək və beynəlxalq ictimaiyyətin diqqətinə çatdırmaqdır. Ötən gün Füzuli rayonunda səfərdə olduq. Sonra Ağdama keçdik və bu gün də Gəncədəyik.
Bizim gördüyümüz əsas insan hüquqları pozuntuları məzarlıqların yağmalanması, məzar daşlarının yerindən çıxarılması və yararsız vəziyyətə salınmasıdır. Digər tərəfdən, məscidlərin dağıdılması, salamat qalan məscidlərdə isə heyvan saxlanılmasının, xüsusən, donuz saxlanılaraq nifrət cinayəti törədilməsinin bir daha şahidi olduq. Mədəni abidələrin məhv edilməsi, insanların yaşayışına icazə verilməməsi, o cümlədən, 1 milyondan artıq insanın öz yurd-yuvasından köçməyə məcbur edilməsi əsas insan haqları pozuntuları sırasındadır", - o qeyd edib.
H.A.Açıkgülün sözlərinə görə, bunların bir çoxu eyni zamanda Cenevrə Konvensiyasına əsasən, müharibə cinayəti hesab edilir:
"Bu gün Gəncədəyik. Gəncədə 44 günlük müharibə dövründə mülki əhalinin yaşadığı yerlərə təşkil olunan raket hücumunu yerində təsbit etdik. Təəssüf ki, çox ürəkağrıdan mənzərədir. 6 azyaşlı bu hücumlarda həyatını itirib. Onların oyuncaqları burada açıq hava muzeyində nümayiş etdirilir.
Biz bunları hesabatımıza daxil edəcəyik".
Son.az
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan rusiyalı həmkarı Vladimir Putin
Azərbaycan Yazıçılar Birliyinin üzvü, şair, Prezident təqaüdçüsü Val
Dəfələrlə Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü tanıdığı
54 yaşlı aktrisa İtaliya brendi - "Intimissimi" üçün kamera qar�
Azərbaycan Müəllim İnkişafı Mərkəzi təhsil mütəxəssislərinin peşə
Son vaxtlar adı tez-tez medianın gündəmindən düşməyən "Azərbaycan
Azərbaycan Ombudsmanı Səbinə Əliyevanın dəvəti əsasında İslam Əməkd
Ötən gün qeydə alınan yeraltı təkanlar təxminən 5 bal gücündə olub.
Türkiyənin Quşadası bögəsində 4.6 maqnitudalı zəlzələ baş verib.
m10 elektron pulqabısı irimiqyaslı "m10-lar toplayır lim10-lar!" b
"Ad günün mübarək sənətkar. Sən həmişə gülərdin, güldürərdin
Abşeron rayonunun Xırdalan şəhərində "Hyundai" markalı minik av
"Aztelekom" İstehsalat Birliyinin Hacıqabul Telekommunikasiya Qovşa