Paşinyan sözlərini niyə dandı? İkiüzlü siyasətin
Siyasət 04 Sen 2023 11:12:00 377 0
Dəfələrlə Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü tanıdığını müxtəlif platformalarda, hətta beynəlxalq məkanda rəsmən bəyan edən, "Qarabağ Azərbaycanındır" deyən, Qarabağ mövzusunun məhz Bakı-Xankəndi birbaşa təmasları ilə nizamlanmasının vacibliyini bildirən Nikol Paşinyan indi dediklərini danır. O, sözünün üstündə durmaq əvəzinə son açıqlamasında Azərbaycanın qarşısına şərt qoyub, Qarabağda yaşayan ermənilərin hüquq və təhlükəsizliyinin təmin edilməsi məsələsini qabardıb. Paşinyan bildirib ki, yekun sülh sazişində mütləq bu barədə xüsusi maddə yer almalıdır, yoxsa bu mümkün olmayacaq.
Bu xəbəri də oxu: Ayxan Hacızadə ABŞ səfirliyinə cavab verdi
Gah nala, gah mıxa vuran Paşinyanın dediklərini danması təəccüblü deyil, bu onun ikiüzlü xarakterinin göstəricisidir. Ermənistanın Baş nazirinin bu açıqlaması bir müddət əvvəl səsləndirdiyi Qarabağ bölgəsi daxil, Azərbaycanın ərazi bütövlüyünün dəstəkləndiyi barədə bəyanatı ilə ziddiyyət təşkil edir və hal-hazırda aparılan sülh prosesinə ciddi zərbə vurur. Bu açıqlama Qarabağ bölgəsində separatçılığın təşviq olunmasına aşkar şəkildə xidmət edir.
Paşinyan bu yolla vəziyyəti mümkün qədər gərginləşdirmək, reinteqrasiya məsələsini gündəmdən çıxararaq, müzakirəyə "Ermənistanın təhlükəsizliyinin təminatı məsələsi"nin və "qarabağlı ermənilərin təhlükəsizliyinin təmin edilməsi"nin çıxarılması niyyətindədir. O, hər yolla danışıqlar prosesini uzatmağa çalışır. Təbii ki, Paşinyan Bakının buna nə cavab verəcəyini çox yaxşı bilir.
Ermənistan silahlı qüvvələrinin Baş Qərargah rəisinin keçmiş birinci müavini Tiran Xaçatryan sosial şəbəkədə yazıb ki, dünənki hadisə ( Ordumuzun ermənistan silahlı qüvvələrinin atəşkəsi pozmasına "cavab"ını nəzərdə tutur ) Azərbaycanın Ermənistana öz öhdəliklərini yerinə yetirməsi üçün bir xəbərdarlığıdır. Ermənistan parlamentinin deputatı Tiqran Abramyanın dediyinə görə həftə ərzində Ermənistan silahlı qüvvələri 8 itki verib.
"Təbii ki, əgər belə hərbi dövrün baş komandanı Paşinyandırsa, o zaman bütün bunların baş verməsi möcüzə sayılmamalıdır", - deyə Abramyan qeyd edib.
Separatçılar çox yaxşı başa düşür ki, Bakı artıq qərarını verib. Axır-əvvəl biz dediyimizlə razılaşmalıdırlar. Lakin, mümkün olan hər xırda fürsəti dəyərləndirərək, ikiüzlülük nümayiş etdirərək prosesi uzatmağa, vaxt qazanmağa, reinteqrasiya prosesinə mane olmağa çalışırlar. Amma, bu ikiüzlü siyəsətin, qərarsızlığın ən böyük qurbanı sadə vətəndaşları olur. Onlar anlamalıdırlar ki, Paşinyan və ya başqası, o postda kimin varlığından asılı olmayaraq Azərbaycanın qərarı qətidir, Rəsmi Bakının və Müdafiə Nazirliyinin bəyanatında da bildirdiyi bu kimi pozuculuq cəhdləri lazımı şəkildə cavablandırılacaq.
Bəxtiyar Umarlı Son.az
54 yaşlı aktrisa İtaliya brendi - "Intimissimi" üçün kamera qar�
Azərbaycan Müəllim İnkişafı Mərkəzi təhsil mütəxəssislərinin peşə
Son vaxtlar adı tez-tez medianın gündəmindən düşməyən "Azərbaycan
Azərbaycan Ombudsmanı Səbinə Əliyevanın dəvəti əsasında İslam Əməkd
Ötən gün qeydə alınan yeraltı təkanlar təxminən 5 bal gücündə olub.
Türkiyənin Quşadası bögəsində 4.6 maqnitudalı zəlzələ baş verib.
m10 elektron pulqabısı irimiqyaslı "m10-lar toplayır lim10-lar!" b
"Ad günün mübarək sənətkar. Sən həmişə gülərdin, güldürərdin
Abşeron rayonunun Xırdalan şəhərində "Hyundai" markalı minik av
"Aztelekom" İstehsalat Birliyinin Hacıqabul Telekommunikasiya Qovşa
Bakıda yollarda mövcud vəziyyət barədə məlumat açıqlanıb.
Azərbaycan Qızıl Aypara Cəmiyyəti (AzQAC) tərəfindən Qarabağda yaşayan