Cahil Gündüzün xəyanət gecəsi: Paşinyan belə, ondan "ağıllı"dır


Siyasət 02 Sen 2023 15:34:00 360 0

Cahil Gündüzün xəyanət gecəsi: Paşinyan belə, ondan "ağıllı"dır

Elçin Alıoğlu TREND

"Xəyanət sanki qolunun sındırılması kimidir. Susmaq olar, amma əl verib görüşmək mümkün deyil"

Əsrlər əvvəl Alp Ər Tunqa sərkərdələrindən birinə xəyanətin nə olduğunu anladanda belə demişdi.

Zaman keçsə də, xəyanətin forması, məzmunu, mahiyyəti və səbəbləri ən müxtəlif variantilar alsa da, əməlin özünün batinindəki məqam dəyişmədi.

Əməl sözlərdən keçir, amma əksər hallarda sözlər əməlləri ehtiva edərək şərtləndirir.

Karikaturaçı Gündüz Ağayev onu "xəyanətkar" adlandıranla istehza edir, özünü haqlı sayır və sürəkli olaraq təkrarlayır: "Mənə "xəyanətkar" deyənlər sonradan "Gündüz haqlıdır" söyləyirlər. Sözün açığı, bezmişəm, iyrənmişəm bu məsələlərdən. Banal gəlir mənə əvvəl xəyanətkar, sonra qəhrəman sayılmağım".

ABŞ-da yaşayan bloqer İsmayıl Cəlilovun YouTube kanalında sualları cavablayarkən də Gündüz Ağayev sözündən fərqli olaraq, özünə sadiq idi.

İ.Cəlilovun "Qarabağ kimindir?" sualına karikaturaçının cavabı qısa oldu: "Onu zaman göstərəcək".

Cavab, bəri başdan deyək, marazmdır.

Gündüz Ağayevin "ermənilər tərəfindən maliyyələşdirilməsi", "qanında erməni qanı olması", "ermənilərə xidmət etməsi" və s. kimi suçlamalara varmaq istəməzdim.

Rəssamdır, düşündüyünü çəkdiyini, mövqeyini bu minvalla izhar etdiyini deyir.

Deyir, ancaq sözlərində zərrə qədər səmimiyyət yoxdur və manipulyasiyaya əl atmaq istəyini mimikası aşkarlayır.

Təbii ki, hər şəxsin bu və digər məsələ ilə bağlı öz fikri olmalıdır, ola bilər. Normaldır, kimsə "hamı bir cür düşünsün" deyərək Azərbaycanı Oruellin subyektinə və yaxud Şimali Koreyadakı "çuçxe" diktaturasına çevirmək niyyətində deyil.

Ümumiyyətlə, rəssamların, illah da, yaxşı rəssam olduğuna iddia edən şəxslərin fərqli düşüncələri az qala rutin haldır.

Di gəl, fərqli düşüncə bilərəkdən təhqir, cəmiyyətin istisnasız olaraq bütün təbəqələrinin vahid fikrini ələ salmaq, üstəlik də xalqı və dövləti aqressiv niyyətdə suçlamaq, ən yaxşı halda bu əməldə şübhəli bilmək "azad fikir", "yaradıcılıq sərbəstliyi" deyil.

"Qarabağ kimindir?" sualına "Bunu zaman göstərəcək" cavabı yaradıcı insanın şüurundakı laübə, demokratik ruhlu şəxsin rasionallığı və ya azad fərdin problemi sivil yolla həll edilməsinə tərəfdar olduğunu göstərmək cəhdi deyil.

Bu cavab kollaborasionizm, opportunizm, liberalizm və s. də deyil.

"Bunu zaman göstərəcək" ifadəsi sadəcə və sadəcə - əfsuslar olsun - iki variasiyada qavrana bilər: ya idiotizmdir, ya da xəyanət.

Niyə idiotizmdir?! İnsan ona məxsus olan nəsnəni, sevdiyi həxsi, yaşadığı ölkəni, sadiq qaldığı ideologiyanı və ya riayət etdiyi dəyəri müdafiə edir. Hətta bioloji müstəvidə belə, adekvat davranışdır. Gündüz Ağayevdən sevdiyi insanlardan biri barədə "O dəyərli şəxsdir?" soruşsalar, təbii ki, müsbət cavab verəcək.

Berlinin Almaniyanın paytaxtı və ya Parisin də fransızlara məxsus olması barədəsə soruşsalar, şübhə, mücərrəd anlaşma və ya sərbəst interpretasiyaya yer qoymayacaq cavab verəcək.

Bəs belədirsə, Qarabağa gəldikdə niyə Gündüz Ağayev konkretlikdən uzaqlaşan "tərəddüd" göstərir?

Məsələnin mənəvi, etik və ya vətənpərvərlik məcrasında şərhini bir kənara qoyaraq, sırf psixosomatik təhlilinə varsaq, aşkar idiotizmdir.

Qədim yunanların "ἰδιωτεία", sonradan ingilislərin "idiocy" kimi təyin etdikləri vəziyyət bixəbərliyin, cahilliyin, məlumatsızlığın və bisavadlığın ifrat formasıdır.

İstisnasız olaraq bütün dövlətlərin, beynəlxalq strukturların və s.-nin mövqeyi Qarabağın Azərbaycan ərazisi olmasına şübhəsizliyə dəlalət edirsə, hətta Ermənistanın baş naziri Nikol Paşinyan belə, "Qarabağ Azərbaycandır" deyirsə - belə çıxır ki, bütün bunlardan Gündüz Ağayevin məlumatı yoxdur, xəbərsizdir və hətta cahilliyi ilə qürrələnir.

Cahil bisavadlığı, məlumatsız insan inadı ilə önə çıxmaq istəyirsə, bu aşkar idiotiyadır.

Yox əgər Gündüz Ağayev dərin intellektual, xilqətən üstün istadadlı insan və yaradıcı şəxs olduğunu deyirsə, məlumatsızlıqla bağlı ittihamları rədd edirsə, onda o, bilərəkdən insanları aşağılamağa çalışan, cəmiyyətə meydan oxuyan, dəyər və prinsiplər sayılan nəsnələri heç bildiyini nümayişkaranə şəkildə göstərərək perfomans etmək istəyən "azad rəssam"dır.

Belədirsə, onda Gündüz Ağayev xəyanətkardır. Daha lakonik yazsaq, xaindir.

Çünki əsl yaradıcı insan, istedadlı karikaturaçı, bəşəri dəyərlərə sadiq adam azadlıq, demokratiya, söz azadlığı və sərbəst fikir prinsiplərinə arxa çevirməz.

Dövlətin bütünlüyü, vətəndaşların təhlükəsizliyinin təminatı, terrorla mübarizə, separatizmin qarşısının alınması, qanunlara riayət - bütün bunlar demokratiyadır.

Liberalizmin məhvərində normal cəmiyyətdə fərdin azadlığının mütləqliyi durur.

Fərdin azadlığı isə onun şüuru ilə bağlıdır: şüursuz insan kölədir.

Gündüz Ağayev fikir təbəddülatını, mövqe bitkinsizliyini, seçim mütləqliyini guya ön plana çəkərək elə liberalizmə xəyanət edir.

Kiçik qızı qətlə yetirən, qocaları yandıran, əsirlərin dərisini soyan, şəhər və kəndləri yerlə yeksan edən mənhus, murdar, cəllad qüvvənin tələblərini "etiraz" saymaq, qarabağlı ermənilərə Bakıdan humanitar yardım göndərilməsini ələ salan, Gündüz Ağayev...

Ermənilər Bərdəni, Gəncəni, Mingəçeviri, Goranboyu raket atəşinə tutanda susdu...

Ermənilər səfirliklərimizə hücum edəndə susdu...

Ermənilər beynəlxalq miqyasda dezinformasiyalar yayıb feyk məlumatlar paylaşanda susdu...

İndisə öz əzik dünyasının qaranlıq guşələrindən birində saxladığı, çoxdan bəri demək istədiyi, amma deməyə indiyədək cəsarət etmədiyi fikrini dilə gətirdi.

Gündüz Ağayev üçün Vətən yoxdur - Vətənin nə demək olduğu dərk və hiss etsəydi, Vətənin bir parçasını qamarlamağa çalışan şəxslərin lüğətindən yararlanmazdı.

Gündüz Ağayev üçün məntiq yoxdur - həmişə ən pisləri görüb, yaxşılara kor qalmaq liberalizm dəyərlərinin məntiqi əsaslarına ziddir.

Gündüz Ağayev üçün mənəviyyat yoxdur - milyonlarla insanın mənəvi dəyərini ayaqlar altına salmaq niyyətinə şübhələndiyini söyləmək ən azı insanların seçim azadlığına sayğısızlıqdır.

Zaman keçəcək, vaxt gələcək, bu şəxs elədiyi hərəkətlərə görə peşman olacaq.

Üzür istəyəcək.

Biz də onu bağışlayacağıq.

Bilirsinizmi niyə?

Çünki hər birimiz Gündüzdən daha böyüyük, humanistik, insanıq...

Yaponiyada son 125 ilin ən isti yayı oldu like
  • 02 Sen 15:32  
Dünya Yaponiyada son 125 ilin ən isti yayı oldu

Açıqlamaya görə, iyun-avqust ayları arasında ölkənin 15 fərqli bölgəs

arrow Ətraflı
Vəfat edən atası ilə bağlı paylaşım etdi like
  • 02 Sen 15:21  
Şou-biznes Vəfat edən atası ilə bağlı paylaşım etdi

Müğənni Vüqar Muradov bir neçə gün öncə vəfat edən atası ilə bağl�

arrow Ətraflı
Bölgələrdə baş verən faciəvi qəzalarda like
  • 02 Sen 15:10  
Digərləri Bölgələrdə baş verən faciəvi qəzalarda

İdarəetmədən çıxan avtomobilin aşması faciə ilə nəticələnib. Ana v�

arrow Ətraflı
Deputatın köynəyi çıxışını kölgədə qoydu like
  • 02 Sen 15:00  
Dünya Deputatın köynəyi çıxışını kölgədə qoydu

Sosial mediadakı paylaşımları ilə tez-tez gündəm olan CHP Ərzincan deput

arrow Ətraflı
Düşmən mövqelərimizi atəşə tutmağa davam edir like
  • 02 Sen 14:54  
Digərləri Düşmən mövqelərimizi atəşə tutmağa davam edir

Sentyabrın 2-si saat 12:58-də Ermənistan silahlı qüvvələrinin bölmələr

arrow Ətraflı
Rusiya bizi hərbi yolla məğlub edə bilməz like
  • 02 Sen 14:49  
Dünya Rusiya bizi hərbi yolla məğlub edə bilməz

Rusiyanın Ukraynanı hərbi yolla məğlub etmək şansı yoxdur.

arrow Ətraflı
Xəzər dənizində suiti çimənlərə hücum etdi like
  • 02 Sen 14:38  
Digərləri Xəzər dənizində suiti çimənlərə hücum etdi

Xəzər dənizində suiti insanlara hücum edib. 

arrow Ətraflı
"Yalı çapkını"nın ikinci mövsüm tanıtım çarxı yayımlandı like
  • 02 Sen 14:27  
Şou-biznes "Yalı çapkını"nın ikinci mövsüm tanıtım çarxı yayımlandı

"Yalı çapkını" serialının ikinci mövsümlə bağlı ilk tanıt�

arrow Ətraflı
Şiddətli külək qadını havada uçurtdu like
  • 02 Sen 14:16  
Dünya Şiddətli külək qadını havada uçurtdu

Şiddətli külək və tufan Çinin cənub-şərq bölgəsini öz ağuşuna alı

arrow Ətraflı
Daha bir qız canına qəsd etdi  Hadisə yerindən like
  • 02 Sen 13:55  
Digərləri Daha bir qız canına qəsd etdi Hadisə yerindən

Bakıda daha bir yeniyetmə qız intihar edib.

arrow Ətraflı
“Nəcməddin Sadıkovun qanunsuz tapşırıqlarını yerinə yetiriblər” like
  • 02 Sen 13:43  
Kriminal “Nəcməddin Sadıkovun qanunsuz tapşırıqlarını yerinə yetiriblər”

Müdafiə Nazirliyinin mənimsəməyə görə həbs edilən sabiq vəzifəli ş�

arrow Ətraflı
"Samirəni Lökbatanda kirayə tutduğum evə aparıb..."  14 yaşlı qızdan like
  • 02 Sen 13:32  
Kriminal "Samirəni Lökbatanda kirayə tutduğum evə aparıb..." 14 yaşlı qızdan

Bakının Qaradağ rayonunda 2006-cı il təvəllüdlü Əfsər yetkinlik yaşı

arrow Ətraflı
"Zaur Kamal məndən 1000 manat istəyir" like
  • 02 Sen 13:21  
Şou-biznes "Zaur Kamal məndən 1000 manat istəyir"

Model Səmra Hüseynova aparıcı Zaur Kamal ilə bağlı iddia ortaya atıb.

arrow Ətraflı