Qazaxıstan Konstitusiya Gününü qeyd edir
Siyasət 30 Avq 2023 09:00:00 355 0
30 avqust - 1995-ci ildə ümumxalq referendumunda Qazaxıstan Respublikasının Konstitusiyasının qəbul edildiyi gün ölkədə Konstitusiya Günü kimi qeyd olunur. Hər bir vətəndaşa zəmanət verilən ayrılmaz dəyərlərə və azadlıqlara söykənərək, Konstitusiya Qazaxıstanın nailiyyətlərində əsas rol oynadı, tərəqqi və firavanlıq üçün əsas oldu.
Bu xəbəri də oxu: Polşa təyyarə qəzasının səbəblərinin araşdırılmasında dəstəyin göstərilməsinə hazırdır XİN
Son 30 il ərzində Qazaxıstan beynəlxalq arenada nüfuza sahib olan Avrasiyanın ən dinamik şəkildə inkişaf edən dövlətlərdən biri oldu. Qazaxıstanın seçdiyi xarici siyasət kursu Sovet İttifaqının süqutundan sonra bütün qonşu ölkələrlə dövlət sərhədinin hüquqi rəsmiləşdirilməsi məsələlərin sülh yolu ilə həll olunmasına yol açıb. Qazaxıstan nüvə təhlükəsizliyinin təmin edilməsi hərəkatının rəmzidir. Ölkə qlobal və regional təhlükəsizliyinin möhkəmlənməsinə, dayanıqlı inkişafa, mədəniyyətlərarası, etnikarası və dinlərarası dialoqa aktiv şəkildə töhfələr verir. Qazaxıstan haqlı olaraq çoxəsrlik tarixi və çoxşaxəli mədəni irsi ilə fəxr edə bilər.
Bu il Konstitusiya Günü 2022-ci ilin iyununda respublika referendumunda qəbul olunan düzəlişlərin qüvvəyə minməsindən sonra ilk dəfə qeyd olunduğuna görə xüsusi əhəmiyyətə malikdir. Bu düzəlişlər gələcək demokratikləşmə yolunda mühüm addım olub. Parlamentə və yerli hakimiyyət orqanlara daha çox səlahiyyət verilib, eyni zamanda prezident səlahiyyətləri məhdudlaşdırılıb. Hökumət indi xalqa daha hesabatlıdır. Yenilənmiş Konstitusiyaya uyğun olaraq, Qazaxıstan Prezidenti yenidən seçilmək hüququ olmadan yalnız bir dəfə yeddi illik müddətə seçilir.
Qazaxıstan, İnsan Hüquqları üzrə Müvəkkili, Uşaq Hüquqları üzrə Müvəkkili və Əlilliyi olan Şəxslərin Müdafiəsi üzrə Müvəkkili rolunu və statusunu artıraraq, insan hüquqları müdafiəsi mexanizmləri yaradıb və möhkəmləndirib.
Həmçinin, insan hüquqların və azadlıqların müdafiəsini təmin etməli olan Konstitusiya Məhkəməsi bərpa olunub. İndi Qazaxıstan vətəndaşları Baş Prokuror və İnsan Hüquqları üzrə Müvəkkili ilə yanaşı onların fikrincə əsas qanunun prinsiplərinə zidd olan normaların qanunsuz hesab edilməsi üçün birbaşa Konstitusiya Məhkəməsinə müraciət edə bilərlər.
Konstitusiyaya edilən düzəlişlərin effekti 2023-cü ilin mart ayında Parlament və yerli hakimiyyət orqanlara seçkiləri zamanı xüsusən nəzərəçarpacaq idi. Qeydiyyat prosedurların asanlaşdırılması seçkilərdə iştirak edən yeni siyasi partiyaların meydana gəlməsinə gətirib çıxarıb. Bir çox siyasi ekspertlərin fikrincə, bu seçkilər Qazaxıstanın müasir tarixində ən rəqabətli olub. Qəbul olunan düzəlişlərə uyğun olaraq, kənd rayonları akimlərin (merlərin) birbaşa seçilməsi nəzərdə tutulub. Bununla yanaşı, 2004-cü ildən bəri ilk dəfə parlament seçkilərdə proporsional-majoritar modeli istifadə olunub. Bu, birmandatlı dairələrdə partiya namizədləri ilə yanaşı çoxsaylı müstəqil namizədlərin seçkilərdə iştirak etməsinə imkan verib. Nəticədə, vətəndaşların ölkənin siyasi həyatında iştirak imkanları xeyli genişlənib. Parlamentə daxil olmaq üçün tələb olunan beş faizlik səddini altı partiya aşa bilib. Bu, müxtəlif siyasi baxışlara malik həqiqətən çoxpartiyalı səlahiyyətli orqanının yaradılmasına imkan verdi.
Bu yaxınlarda Qazaxıstanda referendum da daxil olmaqla beş seçki kampaniya keçirilib, bu isə o deməkdir ki, ölkə vətəndaşları bütün təklif olunan dəyişikliklərlə bağlı öz mövqelərini ortaya qoymağa imkan əldə ediblər. Hazırda elektoral dövrü tamamlanıb, qarşıda isə ölkənin gələcək sosial-iqtisadi inkişafı ilə bağlı böyük işlər durur. Yekunda, Konstitusiya düzəlişlər və islahatlar sayəsində Qazaxıstan cəmiyyətində yeni vətəndaş və siyasi mədəniyyətin formalaşmaqda olduğunu demək olar.
Türkiyənin ATV kanalında Esra Erolun aparıcılığı ilə yayımlanan verili
Təyyarə qəzasında həlak olan "Vaqner" özəl hərbi şirkətinin
Seçicilərin 80 %-dən çoxu ABŞ-dəki demokratiyanın vəziyyətindən naraha
Somnoloqlar tez yuxuya gedə bilməyin metodlarını açıqlayıb.
Bir gündür ki, Azərbaycan Qızıl Aypara Cəmiyyəti tərəfindən Qarabağda
17 yaşlı qızın ölümü ilə bağlı təfərrüat üzə çıxıb.
Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman)
Rusiyanın paytaxtı Vnukovo və Domodedovo hava limanlarında "Xalça"
Astrologiyada hər bürcün fərqli xüsusiyyətləri var. Onların bəziləri a
Rusiyanın Pskov vilayətinin aerodromuna dron hücumu nəticəsində 4 hərbi t
Tanınmış kahin Vanqanın bəzi bürc nümayəndələrindən qorxduğu məlum
Dünyanın ən böyük kosmos, aviasiya, elm və texnologiya festivalı olan TEK
Türkiyədə Suriya əsilli qadın ev sahibi seksual təzyiqinə məruz qalıb.
Avstraliyanın Sidney Universitetinin alimləri müəyyən ediblər ki, gündə
Aktrisa və aparıcı Xəyalə Quliyeva plastik əməliyyatdan sonra görüntüs