Ombudsmandan əsassız ittihamlara cavab
Siyasət 30 Avq 2023 08:04:00 359 0
Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) Səbinə Əliyeva Ermənistan seqmentində olan bəzi saytlarda yayımlanmış əsassız iddialara cavab verib.
Bu xəbəri də oxu: Avropa 2025: ənənəvi hegemonların yerini kim tutacaq?
Bu barədə Son.az-a Ombudsman Aparatının mətbuat xidmətindən bildirilib.
Məlumat verildiyi kimi, ombudsman "Laçın" dövlət sərhədindən buraxılış məntəqəsində saxlanılan və 10 gün müddətinə inzibati qaydada həbs olunan Alen Sarqsyan, Vahe Hovsepyan və Levon Qriqoryanı konfidensial qəbul edərkən həmin şəxslərin beynəlxalq və milli qanunvericiliyə əsasən hüquqlarının təmini vəziyyətini öyrənib və müraciətlərini dinləyib. Eyni zamanda, onların saxlanıldığı kameraya və gəzinti yerinə baxış keçirilib, saxlanma şəraitinin standartlara uyğun olduğu müəyyən edilib.
Qəbul edilmiş şəxslər saxlanma şəraitindən, onlarla rəftardan, qidalanmadan, habelə tibbi-psixoloji yardımdan razılıqlarını bildiriblər. Başçəkmənin gedişində həmin şəxslərin ailə üzvləri ilə telefon danışığı da təmin edilib. Bütün bunlar Azərbaycan dövlətinin həyata keçirdiyi humanist siyasətin bariz nümunəsidir.
"Ermənistan seqmentində olan saytlar həyata keçirilmiş başçəkmə zamanı qəbul edilmiş A.Sarqsyanın qolunda olan və onun özünün də bildirdiyi kimi, bu ilin fevral ayında atası ilə şəxsi ailə təsərrüfatında işlədiyi zaman aldığı xəsarəti əsas götürərək Azərbaycanın göstərdiyi humanist siyasətə qarşı istifadə edirlər.
Onun qolunda olan həmin izin uzun müddət əvvələ təsadüf etməsi fotodan daha aydın görünür.
Bu baxımdan saxlanılan şəxslərlə bağlı məlumatların aydın şəkildə paylaşılması fəaliyyətin şəffaflığını bir daha təsdiq edir.
Təəssüflər olsun ki, Ermənistan hər zaman olduğu kimi, yenə də məqsədli şəkildə Azərbaycanofobiya siyasətini davam etdirir, yalan məlumatları tirajlayaraq dözümsüzlük mühiti yaratmaqda davam edir.
Regionda sülhün bərqərar olunması naminə Ermənistan tərəfi azərbaycanlılara qarşı nifrətin təşviqinə yol açan siyasətindən əl çəkməli, aidiyyəti beynəlxalq təşkilatlar isə insan hüquqlarının təməl prinsiplərinə zidd olan bu siyasətin qarşısının alınması istiqamətində zəruri tədbirləri görməlidirlər", - deyə Səbinə Əliyeva vurğulayıb.
Rusiyanın paytaxtı Vnukovo və Domodedovo hava limanlarında "Xalça"
Astrologiyada hər bürcün fərqli xüsusiyyətləri var. Onların bəziləri a
Rusiyanın Pskov vilayətinin aerodromuna dron hücumu nəticəsində 4 hərbi t
Tanınmış kahin Vanqanın bəzi bürc nümayəndələrindən qorxduğu məlum
Dünyanın ən böyük kosmos, aviasiya, elm və texnologiya festivalı olan TEK
Türkiyədə Suriya əsilli qadın ev sahibi seksual təzyiqinə məruz qalıb.
Avstraliyanın Sidney Universitetinin alimləri müəyyən ediblər ki, gündə
Aktrisa və aparıcı Xəyalə Quliyeva plastik əməliyyatdan sonra görüntüs
Toyda lentə alınan daha bir görüntü maraq doğurub.
Müğənni Selena Qomez yeni yayımlanan "Single Soon" mahnısının k
Türkiyəli məşhurlar Beyazıt Öztürk, Demet Akalın, Ahmet Güvənç dələ
Mütəxəssislər depressiya və artan narahatlıqla bağlı yanlış fikirləri
Rusiyalı tanınmış müğənni Slava əri ilə iki dəfə boşanmasının səb
Bəzi xarici ölkələrdə avtomobil sükanı sağ tərəfdə yerləşir. Bu nü
Son illərdə uşaqlarda qeyri-sağlam qidalanma, hərəkətsizlik, piylənmə,