Azərbaycandan humanizmlik Erməni futbolçuların cinayət təqibinə xitam verildi
Siyasət 28 Avq 2023 23:26:00 360 0
Azərbaycan humanizm tətbiq edərək Laçında saxlanılan erməni futbolçular barəsində cinayət təqibinə xitam verib.
Bu xəbəri də oxu: Prezident: Azərbaycan əminamanlıq, şəraitində yaşayır və əminəm ki, bundan sonra əminamanlıq əbədi olacaqdır
Son.az report-a istinadən xəbər verir ki, burada təqsirləndirilən şəxslərin yaşı, törətdikləri əməli səmimi etiraf etməklə peşman olmaları nəzərə alınıb və cinayət prosessual qanunvericiliyin tələblərinə əməl olunmaqla cinayət təqibinə xitam verilib.
Eyni zamanda, "İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında" Azərbaycan Respublikası Qanunun tələblərinə əsasən milli, irqi və ya dini nifrət və düşmənçiliyin salınmasına yönələn açıq çağırışlar edən informasiyanın internet informasiya ehtiyatında yerləşdirilməsi qadağan edildiyi halda, hərəkətlərini video qeydiyyata alıb bügünədək "Youtube" və müxtəlif sosial şəbəkə vasitələrində yaydıqlarına görə, Baş Prokurorluğun müvafiq qərarı əsasında İnzibati Xətalar Məcəlləsinin 388-1-ci (İnternet informasiya ehtiyatında və ya informasiya-telekommunikasiya şəbəkəsində yayılması qadağan edilən informasiyanın yerləşdirilməsi) - maddəsi ilə inzibati icraat başlanıb, qeyd olunan şəxslərin barəsində məhkəmənin qərarı ilə 10 gün müddətə inzibati həbs tətbiq olunub.
İnzibati həbs cəzasının icrasından sonra qeyd olunan şəxslərin Azərbaycan Respublikasının hüdudlarından kənara çıxarılması təmin olunacaq.
Qeyd edək ki, keçirilmiş axtarış tədbirləri nəticəsində avqustun 28-də Ermənistan Respublikasının vətəndaşları - 2001-ci il təvəllüdlü Alen Sarqsyan, 2003-cü il təvəllüdlü Vahe Hovsepyan və Levon Qriqoryan Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçuları tərəfindən Azərbaycan-Ermənistan dövlət sərhədinin Laçın sərhəd-keçid məntəqəsində saxlanılıb.
Erməni futbolçuları Azərbaycan Respublikasının Dövlət bayrağı barədə təhqiredici hərəkətlər etmələri faktı ilə bağlı Cinayət Məcəlləsinin 283.2.3 (Milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınması mütəşəkkil dəstə tərəfindən törədildikdə) və 324-cü (Azərbaycan Respublikasının Dövlət bayrağı və ya gerbi barədə təhqiredici hərəkətlər) maddələri ilə təqsirli bilinir.
Fransa hökuməti məktəblərdə abaya - bütün bədəni örtən müsəlman pa
"Bakılı oğlanlar" KVN komandasının üzvü, Əməkdar artisti Bəh
Avqustun 28-i saat 19:20-dən 20:55-dək Rusiya sülhməramlı kontingentinin m�
Braziliya millisinin və "Barselona"nın keçmiş futbolçusu Ronaldin
Son.az Lent.az-a istinadən "Sönən ulduzlar" rubrikasında film kim
Ukrayna kəşfiyyatı Rusiyanın OMON-un işğal altında olan Enerqodardakı q�
"Dünyaya sui-istifadə olunmaq üçün gəldim. Qarnım ac olsa da, gözü
Xaçmaz şəhər sakini,16 yaşlı Nicat Dəyanət oğlu Xasməmmədov və 20 ya
Xoşbəxt yaşamaq fürsətini hər dəfə rədd edən insanın ən böyük dü�
Yevlaxın Aran qəsəbəsində 2 nəfərin xəsarət alması ilə nəticələnə
Bakıda taksi fəaliyyəti göstərən avtoxuliqan polis əməkdaşları tərəf
Xəbər verdiyimiz kimi, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Rahib
Türkiyəli müğənni Ferdi Tayfurun qızı Tuğçe Tayfur nişanlısı Burak K
İsveçrədə qızmar istilərin yaşandığı avqust ayının son həftəsi sə