"Falçı" Günəşin məhkəməsi başlayır
Digərləri 28 Avq 2023 20:00:00 374 0
Bakı Ağır Cinayətlər Məhkəməsində falçı adı ilə dələduzluq etməkdə təqsirləndirilən Günəş Qasımovanın cinayətə işi üzrə məhkəmə prosesi başlayıb.
Bu xəbəri də oxu: Keçmiş rəis vəfat etdi FOTO
Son.az lent.az-a istinadən bildirir ki, hakim Fərid Namazovun sədrliyi ilə keçirilən prosesdə zərərçəkmiş tərəf mülki iddia qaldırıb. O bildirib ki, təqsirləndirilən şəxs ona ümumilikdə 115 min manat ziyan vurub, həyat yoldaşına isə 34 min manat mənəvi zərər dəyib. Ümumilikdə ailəyə 150 min manat maddi və mənəvi ziyan dəyib.
Daha sonra prosesdə ittiham aktı elan olunub. G. Qasımova özünü ittihamlarda təqsirli bilib.
İş üzrə məhkəmə prosesi sentyabrın 25-də davam etdiriləcək.
Qeyd edək ki, Bakı şəhər sakini Günəş Qasımova Şirvan şəhərində bir ailəyə falçı olduğunu bildirib və qeyri-adi güc vasitəsilə onlara üzləşdikləri bəzi problemlərin həllində köməkliklər göstərəcəyini deyib.
Günəş Qasımova aldatma yolu ilə zərərçəkənlərin 50 000 ABŞ dolları və 15 000 manat pulunu dələduzluq yolu ilə ələ keçirilib. O, Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda dələduzluq) maddəsi üzrə ittiham olunur.
Cinayət işi üzrə Arif Firuz oğlu Qafarzadə və Vüsalə İnqilab qızı Qafarzadə zərərçəkmiş qismində tanınıblar.
Sentyabrda Hindistanda keçiriləcək G20 sammitində Rusiyanı xarici işlər n
Bu il Azərbaycana gələn turistlərin sayı təqribən 40%-ə qədər artıb.
Paytaxtın Nərimanov rayonunda yerləşən "Metropark" ticarət mərk
2023-cü ilin birinci yarısında işğaldan azad edilmiş rayonlarda 69 yeni m�
Azərbaycan Respublikasında nikahdankənar evlilikdən dünyaya gələn uşaqla
2023-2026-cı illər ərzində uşaqlar üçün sosial xidmət müəssisələrin
Bu gün Bakıda "Salam" Ikinci Beynəlxalq Yeniyetmə Film Festivalın
Britaniya kral ailəsinin gəlini olduqdan sonra həyat yoldaşı şahzadə Harr
Əməkdar artist, müğənni Nigar Şabanova sosial şəbəkə hesabında payla�
Ölkədə bəzi bəzi bələdiyyələr xüsusi mülkiyyəti təsdiq edən sənə
Xəbər verdiyimiz kimi, erməni mediası sülhməramlıların hazırkı komandi
Bu gün Ermənistana keçid etmək istəyən erməniəsilli vətəndaşlar "