XİN Ballıqaya qətliamının 31ci ildönümü ilə əlaqədar paylaşım edib
Siyasət 28 Avq 2023 10:14:00 340 0
Azərbaycan Xarici İşlər Nazirliyi Ballıqaya faciəsi ilə bağlı paylaşım edib.
Bu xəbəri də oxu: Prezident: Azərbaycan əminamanlıq, şəraitində yaşayır və əminəm ki, bundan sonra əminamanlıq əbədi olacaqdır
Son.az xəbər verir ki, paylaşımda deyilir:
"31 il əvvəl avqustun 28-də Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın Goranboy rayonunun Ballıqaya kəndində 6-sı azyaşlı olmaqla 24 mülki azərbaycanlı vəhşicəsinə qətlə yetirilib. Qətlə yetirilənlər arasında 6 aylıq körpə və 93 yaşlı qadın da var", - paylaşımda qeyd olunub.
Xatırladaq ki, 1992-ci ilin avqust ayında Goranboy rayonunun Ballıqaya kəndində erməni terrorçu-quldur birləşmələri tərəfindən daha bir qanlı və amansız cinayət - Ballıqaya qətliamı törədilib.
Qətliam 1992-ci ilin avqust ayının 28-də səhər saat 5 radələrində baş verib. Hadisə günü Ermənistan ordusunun 10-12 nəfərdən ibarət diversiya dəstəsi əraziyə daxil olaraq 24 nəfəri amansızlıqla qətlə yetirib, 9 nəfəri isə ağır yaralayıb. Qətlə yetirilən və ağır bədən xəsarəti alan şəxslərin hamısı heyvandarlıqla məşğul olan mülki şəxslər, çobanlar və onların ailə üzvləri idi.
Ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə qəbul olmaq üçün
Rusiya müdafiə naziri Sergey Şoyqunun "Vaqner"in rəhbəri Yevgeni
Tacikistanın bir sıra rayonlarında bazar günü yağan güclü yağışlar n�
Rusiyanın Hava Hücumundan Müdafiə Qüvvələri Moskva yaxınlığındakı Ly
Gecə saatlarında yağan güclü yağış paytaxtı su altında qoyub.
Tezliklə bürcün üç əlaməti maddi vəziyyətlərini yaxşılaşdıracaq v�
Ukrayna lideri Vladimir Zelenski öz hərəkətləri ilə ölkəni vətəndaş m
Aktrisa Pərvin Abıyeva yeni villa alıb.
"Başa düşmək lazımdır ki, Nikolun (Ermənistanın baş naziri Nikol P
Zaporojye vilayətində Ukraynanın 82-ci kəşfiyyat-hücum briqadası böyük
Tələbələrə təhsil kreditində güzəştlər olunacaq.
Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün həyatından bəh
Türkiyədə günlərlə müzakirə olunan cinayətlə bağlı yeni detallar üz