Xarici işlər nazirinin müavini Avstriyaya getdi
Siyasət 26 Avq 2023 13:05:00 343 0
22-25 avqust 2023-cü il tarixlərində Azərbaycan Respublikasının xarici işlər nazirinin müavini Fariz Rzayev Avstriya Respublikasına səfəri baş tutub.
Bu xəbəri də oxu: Prezident və Putin təyyarənin qəzaya uğramasında günahkarların məsuliyyətə cəlb edilməsini müzakirə ediblər
Son.az xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, səfər zamanı F.Rzayev Avstriya Respublikasının Avropa və Beynəlxalq Məsələlər üzrə Federal Nazirliyinin baş katibi Peter Launskiy-Tiffenthal, Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) baş direktoru Rafael Qrossi, BMT-nin Kosmik Fəza Məsələləri İdarəsinin (UNOOSA) direktoru vəzifələrini icra edən Niklas Hedman ilə ikitərəfli görüşlər keçirib, BMT-nin Vyana bölməsində "Azərbaycanın kosmik fəzada yeri: 74-cü Beynəlxalq Avtronovtika Konqresi, Bakı Azərbaycan" başlığı altında keçirilən sərginin açılış mərasimində iştirak edib.
Avstriya Respublikasının Avropa və Beynəlxalq Məsələlər üzrə Federal Nazirliyinin baş katibi Peter Launskiy-Tiffenthal ilə keçirilmiş görüşdə Azərbaycan ilə Avstriya arasında ikitərəfli münasibətlər, siyasi, iqtisadi, və humanitar sahələrdə, o cümlədən, beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın hazırkı vəziyyəti və inkişaf perspektivləri müzakirə edilib.
Qarşı tərəf post-münaqişə dövründə bölgədə mövcud vəziyyət, Azərbaycanın regionda sülh və təhlükəsizliyin bərqərar edilməsi istiqamətində davamlı fəaliyyəti, habelə Ermənistan tərəfindən törədilən təxribatlar barədə məlumatlandırılıb.
Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin baş direktoru Rafael Qrossi ilə baş tutmuş görüş zamanı Azərbaycan ilə AEBA arasında inkişaf edən əməkdaşlıq münasibətləri, nüvə texnologiyalarının sülh məqsədləri üçün istifadəsi, AEBA-nın texniki əməkdaşlıq proqramı çərçivəsində Azərbaycanda həyata keçirlən layihələr, o cümlədən, kənd təsərrüfatı sahəsində nüvə texnologiyalarının tətbiqi ilə əldə olunan uğurlu təcrübələr barədə geniş müzakirələr aparılıb.
BMT-nin Kosmik Fəza Məsələləri İdarəsinin direktoru vəzifələrini icra edən Niklas Hedman ilə keçirilmiş görüşdə UNOOSA ilə Azərbaycan arasında mövcud olan uğurlu əməkdaşlıq münasibətlərinə diqqət çəkilib. Son dövrlər Azərbaycanın kosmik sənaye sahəsində sürətlə inkişaf edən ölkələrdən birinə çevirildiyi və mühüm uğurlara imza atdığı vurğulanıb. Kosmik sənaye sahəsində dünyada ən böyük tədbir olan Beynəlxalq Avstronovtika Konqresinin Azərbaycanda keçirilməsinin bunun bariz nümunəsi olduğu bildirilib.
Səfər çərçivəsində F.Rzayev BMT-nin Vyana bölməsində "Azərbaycanın kosmik fəzada rolu: 74-cü Beynəlxalq Avtronovtika Konqresi, Bakı Azərbaycan" başlığı altında keçirilən sərginin açılış mərasimində iştirak edib.
Tədbirdə çıxış edən nazir müavini Azərbaycanın kosmik sənaye fəaliyyətləri barədə ətraflı məlumat verib.
F.Rzayev 2023-cü ilin Azərbaycanda Heydər Əliyev ili elan olduğunu vurğulayaraq, məhz bu il 74-cü Beynəlxalq Astronavtika Konqresinin Bakıda keçirilməsinin Ümummilli liderin anadan olmasının 100 illiyinə təsadüf etməsinin ölkəmiz üçün əhəmiyyətini diqqətə çatdırıb. Həmçinin, qeyd olunub ki, məhz 50 il əvvəl, 1973-cü ildə Azərbaycan Respublikasının Ümummilli Lideri Heydər Əliyevin Azərbaycana rəhbərliyi zamanı ölkəmiz 24-cü Beynəlxalq Astronavtika Konqresinə ev sahibliyi edib.
F.Rzayev ölkəmizin müstəqilliyinin ilk illərində Ümummilli Liderin Azərbaycanın həyatında oynadığı misilsiz rol barədə məlumat verib və bu gün ölkəmizin bütün sahələrdə, o cümlədən kosmik sənaye sahəsində əldə etdiyi nailiyyətlərinin H.Əliyevin uzaqgörən siyasətinin və strategiyasının bəhrəsi olduğunu vurğulayıb.
Həmçinin, Azərbaycanın kosmik fəza sahəsində əldə etdiyi təcrübə və uğurların işğaldan azad edilmiş ərazilərimizin bərpası və yenidən qurulması istiqamətində müvəfəqqiyyətlə tətbiq edildiyi bildirilib.
Tədbirdə, BMT-nin Kosmik Fəza Məsələləri İdarəsinin direktoru vəzifələrini icra edən Niklas Hedman, BMT-nin Vyana ofisinin icraçı direktoru adından tədbirdə iştirak edən Jean Luc Lemahieu, 74-cü Beynəlxalq Astronavtika Konqresinin layihə rəhbəri və "Azərkosmos"un departament rəhbəri Rəna Cəfərova, Beynəlxalq Astronavtika Federasiyasının keçmiş prezidenti Pascale Ehrenfreund və digər qonaqlar çıxış edib və Azərbaycanın kosmik sahədə əldə etdiyi nailiyyətlərə və Bakıda keçiriləcək 74-cü Beynəlxalq Astronavtika Konqresinin əhəmiyyəti vurğulanıb.
Son.az
"Vaqner" rəhbəri Yevgeni Priqojinin və iki müavininin ölümündə
Cari ilin 7 ayı ərzində respublika üzrə piyadaların vurulması ilə nətic
Azərbaycan Gimnastika Federasiyası Azərbaycan Respublikasının Birinci vitse
Bu ilin may ayında Ümumdünya Səhiyyə Təşkilatı yeni növ koronovirus pan
Çiçəklənən Ermənistan Partiyasının sədri Qagik Çarukyanın özü, vali
Türkiyənin məşhur aktyoru Burak Özçivit dünyaya gələn ikinci varisində
Türkiyənin Ankara və İstanbul şəhərləri arasında 1 milyard avro dəyər
Rusiyada taxıl üçün ixrac rüsumu artırılıb.
"WhatsApp" istifadəçiləri videoları yüksək keyfiyyətlə göndə
"Rusiya ordusu strateji mövqelərini itirmək həddinə çatıb".
Son.az AZƏRTAC-a istinadən bildirir ki, Azərbaycan Respublikasının Prezid
Füzuli rayonunda 1957-ci il təvəllüdlü Etibar qısqanclıq zəminində yara
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidməti
"Ulu Öndər Heydər Əliyev güclü, inkişaf etmiş dövlət quruculuğun