Sərsəng su anbarında yaranmış vəziyyətlə bağlı


Digərləri 25 Avq 2023 14:24:00 367 0

Sərsəng su anbarında yaranmış vəziyyətlə bağlı

Sərsəng su anbarında yaranmış vəziyyətlə bağlı Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi və Dövlət Su Ehtiyatları Agentliyi birgə bəyanat yayıblar.

Son.az-ın məlumatına görə, bəyanatda deyilir ki, otuz ildən artıqdır ki, 1976-cı ildə Tərtərçayın üzərində yaradılmış və hazırda Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki Sərsəng su anbarı Ermənistan və onun himayə etdiyi qüvvələr tərəfindən məqsədyönlü şəkildə ekoloji və sosial-iqtisadi terror vasitəsi kimi istifadə olunur.

"Qəza vəziyyətində olan su anbarı aşağı hissədə yerləşən yaşayış məntəqələri, təsərrüfatlar və infrastruktur obyektləri üçün ciddi təhlükələr yaradır. Bununla əlaqədar, Avropa Şurası Parlament Assambleyası tərəfindən qəbul olunmuş 2016-cı il 26 yanvar tarixli 2085 nömrəli Qətnamədə Ermənistanın hərəkətləri Azərbaycan vətəndaşları üçün humanitar və ekoloji problemlərin yaradılmasına yönəlmiş ekoloji təcavüz kimi qiymətləndirilib.

Sənəddə xüsusilə vurğulanır ki, Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş ərazilərində yerləşən Sərsəng su anbarının düzgün idarə olunmaması çoxsaylı insan tələfatı və yeni humanitar böhrana səbəb ola biləcək böyük fəlakətə gətirib çıxara bilər. Eyni zamanda, Assambleya Ermənistan hakimiyyətini su resurslarından siyasi təsir və ya təzyiq vasitəsi kimi istifadə etməyi dayandırmağa çağırıb.

Ümumi su tutumu 560 milyon kubmetr olan Sərsəng su anbarının düzgün və öz təyinatı üzrə idarə olunmaması, su ehtiyatlarından uğursuz, səmərəsiz istifadə edilməsi ətraf mühit və insan sağlamlığına, ümumilikdə regionun ekosisteminə ciddi mənfi təsir göstərməkdə, sosial-iqtisadi fəsadlar törətməkdə davam edir", - bəyanatda bildirilib.

Vurğulanıb ki, su anbarının idarə olunması zamanı ekoloji, o cümlədən, iqlim amillərinin nəzərə alınmaması su səviyyəsinin aşağı düşməsi ilə ekoloji risklərin daha da kəskinləşməsinə səbəb olur:

"Bu vəziyyət su anbarının fauna və florasına mənfi təsir göstərir, bitki örtüyünün məhv olmasına, balıq ehtiyatlarının azalmasına, quşların təbii yaşayış areallarının itirilməsinə, ətrafdakı meşə ərazilərinin qurumasına, eroziya proseslərinin güclənməsinə, səhralaşmaya və ümumilikdə ekosistemin tarazlığının pozulmasına gətirib çıxarır.

Ermənistan və onun himayə etdiyi qüvvələr ekoloji təcavüzlə yanaşı, böyük kənd təsərrüfatı potensialı və münbit torpaq ehtiyatlarına malik Tərtər, Ağdam, Bərdə, Goranboy, Yevlax və Ağcabədi rayonlarının ərazilərinə suvarma tələb olunan mövsümlərdə su anbarından qərəzli şəkildə suyun verilməsinə mane olaraq Azərbaycanın iqtisadiyyatına külli miqdarda ziyan vurmuş və vurmaqda davam edir.

Sərsəng su anbarının öz təyinatı üzrə istifadə olunmaması nəticəsində yaranan su çatışmazlığı səbəbindən həmin rayonların ərazisində 100 min hektar əkin sahəsi aktiv kənd təsərrüfatı dövriyyəsinə cəlb edilə bilmir. Eyni zamanda, əhalinin içməli suya olan tələbatının ödənilməsi və qismən suvarılmanın aparılması məqsədilə yeraltı sulardan intensiv istifadə edilməsi təbii resursların tarazlığının pozulmasına səbəb olub.

Ermənistanı himayə etdiyi qüvvələr vasitəsilə sözügedən rayonların əhalisinin Birləşmiş Millətlər Təşkilatının dayanıqlı inkişaf məqsədlərindən biri kimi "Təhlükəsiz və təmiz suya əlçatanlıq" təməl insan hüquqlarının pozulmasına, regionun ekosisteminin deqradasiyasına, fauna və floranın itirilməsinə səbəb olan hərəkətlərindən əl çəkməyə çağırırıq".

İdxaldan asılılığımızı sona çatdırmağı planlaşdırırıq like
  • 25 Avq 14:22  
Digərləri İdxaldan asılılığımızı sona çatdırmağı planlaşdırırıq

Dostlarımız və müttəfiqlərimizlə sıx əməkdaşlıq edərək, idxaldan a

arrow Ətraflı
Sübutlar var, təyyarə Su35lə vurulub like
  • 25 Avq 14:16  
Digərləri Sübutlar var, təyyarə Su35lə vurulub

Yevgeni Priqojini daşıyan təyyarə Rusiyanın çoxməqsədli Su-35 qırıcıs

arrow Ətraflı
Separatçılar şərt irəli sürdü like
  • 25 Avq 14:05  
Siyasət Separatçılar şərt irəli sürdü

Qarabağdakı separatçılar Ağdam marşrutundan istifadə üçün şərtlər i

arrow Ətraflı
Azərbaycan Qızıl Aypara Cəmiyyəti Ermənistan Qızıl Xaç Cəmiyyətinə cavab verdi like
  • 25 Avq 14:03  
Digərləri Azərbaycan Qızıl Aypara Cəmiyyəti Ermənistan Qızıl Xaç Cəmiyyətinə cavab verdi

Ermənistan Qızıl Xaç Cəmiyyətinin (Ermənistan QXC) Azərbaycan Qızıl Ay

arrow Ətraflı
31 yaşlı aktyor mənzilində ölü tapıldı like
  • 25 Avq 13:54  
Şou-biznes 31 yaşlı aktyor mənzilində ölü tapıldı

Rusiyalı məşhur aktyor İvan Liçidov vəfat edib.

arrow Ətraflı
Sosial şəbəkə istifadəçilərinə qarşı kiber hücumlar artır like
  • 25 Avq 13:43  
Digərləri Sosial şəbəkə istifadəçilərinə qarşı kiber hücumlar artır

Sosial şəbəkə istifadəçilərinə qarşı kiber hücumların sayı artıb.

arrow Ətraflı
Nə oldu, Kasprşik? like
  • 25 Avq 13:35  
Siyasət Nə oldu, Kasprşik?

ATƏT-in baş katibi səlahiyyətlərini icra edən Buyar Osmaninin şəxsi nüm

arrow Ətraflı
Qafanİrəvan aviareysi bu gün baş tutmayıb like
  • 25 Avq 13:33  
Digərləri Qafanİrəvan aviareysi bu gün baş tutmayıb

Ermənistan mənbələri yazır ki, İrəvandan Qafana təyyarə gəlmədiyinə

arrow Ətraflı
Burakın 10 milyonluq yeni avtomobili like
  • 25 Avq 12:58  
Şou-biznes Burakın 10 milyonluq yeni avtomobili

Türkiyəli aktyor Burak Özçivit yeni avtomobil alıb.

arrow Ətraflı
Toyda biabırçılıq  Gəlin utancından bilmədi nə etsin like
  • 25 Avq 12:25  
Digərləri Toyda biabırçılıq Gəlin utancından bilmədi nə etsin

Sosial şəbəkələrdə yayılan kadrlar maraq doğurub.

arrow Ətraflı
Cəbrayılda mina partladı like
  • 25 Avq 12:22  
Digərləri Cəbrayılda mina partladı

Avqustun 25-də saat 10 radələrində Cəbrayıl rayonu Hüseynalılar kəndi �

arrow Ətraflı
Bu, Priqojinin üsyanının növbəti mərhələsidir  Jdanov like
  • 25 Avq 12:14  
Digərləri Bu, Priqojinin üsyanının növbəti mərhələsidir Jdanov

"Vaqner" rəhbəri Yevgeni Priqojinin sağ ola biləcəyini istisna et

arrow Ətraflı
Ukrayna ordusu Krıma hücum edib, like
  • 25 Avq 12:06  
Dünya Ukrayna ordusu Krıma hücum edib,

Ukrayna Silahlı Qüvvələri Rusiyanın işğal altındakı Krım yarımadasın

arrow Ətraflı
Prokurorluq: Xəzərdə tikinti trestində platformada iki nəfərin ölümü araşdırılır like
  • 25 Avq 12:03  
Kriminal Prokurorluq: Xəzərdə tikinti trestində platformada iki nəfərin ölümü araşdırılır

Dünən Xəzərdə Neft Qaz Çıxarma İdarəsinin Tikinti Trestində iki nəfə

arrow Ətraflı