XİN Kanadanın xarici işlər nazirinə cavab verdi
Siyasət 23 Avq 2023 19:52:00 406 0
Kanadanın xarici işlər naziri Melani Jolinin erməni icmasının tədbirində çıxışı zamanı Azərbaycanın Qarabağ bölgəsinə istinadən ölkəmizin ərazi bütövlüyünə və suverenliyinə qarşı fikirlər səsləndirməsini qətiyyətlə pisləyirik.
Bu xəbəri də oxu: Mixail Şvıdkoy Prezident İlham Əliyevə başsağlığı verib
Son.az Trend-ə istinadən xəbər verir ki, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə Kanadanın xarici işlər naziri Melani Jolinin erməni icmasının tədbirində çıxışı zamanı səsləndirdiyi fikirləri şərh edərkən bildirib.
Onun sözlərinə görə, Kanadanın xarici işlər nazirinin bölgədə separatçılığı və revanşist qüvvələri dəstəkləyən, ermənipərəst hisslərin açıq şəkildə ifadə olunduğu birtərəfli bəyanatlar səsləndirməsi ilk dəfə deyil:
"Azərbaycan ərazilərinin Ermənistan tərəfindən 30 ilə yaxın davam edən işğalını və yüz minlərlə azərbaycanlının insan hüquqlarının pozulmasını qınayan, bu illər ərzində aparılan danışıqlar prosesinə töhfə verəcək və BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinin həyata keçirilməsini dəstəkləyəcək hər hansı bəyanatla çıxış etməyən Kanada xarici işlər nazirinin Azərbaycan əleyhinə əsassız şəkildə bəyanatlar verməsi qarşı tərəfdən nümayiş etdirilən qərəzli yanaşmanın nümunəsidir. Kanada tərəfinin bu kimi bəyanatları bölgədə sülh və sabitliyə xidmət etmir və qəbuledilməzdir".
"Bir daha, Kanada tərəfindən bu kimi təhrikedici addımlardan çəkinməyi və Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə hörmətlə yanaşmağı tələb edirik. Kanada həqiqətən də bölgədə dayanıqlı sülhün təmin olunmasını istəyirsə, o zaman beynəlxalq hüququn norma və prinsiplərinin tələblərinə uyğun davranmalıdır. Bunun əksi bölgədə sülhün bərqərar olması prosesinə zərər verməkdən başqa bir şey deyil", - deyə A.Hacızadə vurğulayıb.
Qeyd edək ki, Kanadanın xarici işlər naziri Melani Jolinin erməni icmasının tədbirində çıxışı zamanı Azərbaycanın Qarabağ bölgəsinə istinadən ölkəmizin ərazi bütövlüyünə və suverenliyinə qarşı fikirlər səsləndirib.
General-mayor ser III Nils Ulaf dünyada, və hətta ola bilsin ki, bütün kain
Türkiyəli aktrisa Hande Erçelin serialında dəyişiklik edilib.
Argentinanın Santyaqo-del-Estero əyalətində 5,8 maqnitudada zəlzələ baş
İrandan qaçaqmalçılıq yolu ilə göndərilən 19 kiloqram narkotik vasitən
Sabah Bakının Xəzər rayonunun bəzi yaşayış massivlərində, həmçinin G
Son zamanlar kütləvi şəkildə "WhatsApp" və digər tətbiqlərdə
Rusiyanın Romnidəki məktəbə hücumu nəticəsində ölənlərin sayı 4 nə
Türkiyə 2023-cü ilin yanvar-iyul aylarında Türkmənistana kimyəvi maddə m
Qlobal böhran yaranarsa, Türkiyə ABŞ-dan daha yaxşı vəziyyətdə olacaq.
2023-cü ilin yanvar-iyul aylarında Maltadan Türkiyə limanlarına 2 milyon 39
Türkiyənin "Baykar" texnologiya şirkəti tərəfindən istehsal edi
ABB uzunmüddətli tərəfdaşı Visa ilə birgə müştərilər üçün gözəl
Beynəlxalq Qızıl Xaç Komitəsi, fəaliyyətdə olduğu digər ölkələrdən
Türkiyənin Bingöl vilayətində 4,2 bal gücündə zəlzələ baş verib.
Rusiyanın Leninqrad vilayətindəki düşərgədə 5 uşaq göbələkdən zəh�