Xankəndindən Ermənistana köç sürətlənib


Siyasət 23 Avq 2023 11:03:00 325 0

Xankəndindən Ermənistana köç sürətlənib

Elçin Alıoğlu TREND

"Belə hadisələr yaşananda, belə proseslər baş verəndə insanların ümidləri puç olur. Mənəvi cəhətdən darmadağın vəziyyətindəyik".

Xankəndində yaşayan qarabağlı erməni Anna Mnasaqaryan İrəvandakı "Hraparak" qəzetinə müsahibəsində belə deyib.

Onun sözlərinə görə, Rusiya Sülhməramlı Kontingentinin (RSK) müvəqqəti yerləşdirildiyi ərazilərdə yaşayan ermənilər qeyri-müəyyən vəziyyətdədir. Onların hamısı əsəbidir. Qarabağlı ermənilər nə edəcəklərini bilmirlər.

"Əsas problem də odur ki, Xankəndindəki rəhbərliyə inam qalmayıb. "İstefa veririk" deyirlər, istefa vermirlər. Yeni "könüllülər" peyda olur, onlar da insanları hədələyir, nə edəcəyimizi və nə etməyəcəyimizi söyləyirlər. İnsanlar anlamsız vəziyyətdədir. Uşaqlarına çörək tapmağa çalışan insanlar üstəlik siyasi problemlərin qurbanlarına çervilirlər. İndiki vəziyyətdən necə çıxacağımızı bilmirəm. Amma belə davam edərsə, əziyyət çəkən biz olacağıq. Rəhbərlərimiz özlərinə çıxış yolu tapacaqlar", - A.Mnasaqaryan deyib.

Erməni qadının sözlərinə görə, Laçın yolu bağlı olduğundan qarabağlı ermənilər ərzaq çatışmazlığı, xüsusilə də çörək qıtlığı ilə qarşılaşıblar.

O, daha sonra deyib ki, vəziyyət dəyişməsə, qarabağlı ermənilərin çoxu yaşadıqları yerləri tərk etmək barədə düşünəcəklər: "Ümidsiz vəziyyətdəyik, niyyətlərimiz puç olub. Nə edəcəyimizi bilmirik. Ən pisi də budur ki, məmurlar vətəndaşlarla görüşmür. Bu bəlalı vəziyyətdən çıxış yolu barədə kimsə bizə bir kəlmə də demir".

Anna Mnasaqaryanın dediklərinin əksəriyyəti gerçəkdir. Son günlərdə onlarla qarabağlı erməninin ən müxtəlif səbəblərlə və əksər hallarda bəhanələrlə Ermənistana yollandığı faktdır. Laçındakı sərhəd nəzarət-buraxılış məntəqəsindən keçərək Ermənistana yollanan bu ermənilərin yüklərinə, çantalarına baxdıqda onların gedişlərinin qısamüddətli olmadığını qətiyyətlə demək olar.

Xankəndindəki separatçı xunta "Sonadək mübarizə aparacağıq!" tipli bəyanatlar versə də, Ermənistan hakimiyyəti və İrəvandakı siyasətçilər, ermənilərin diaspor təşkilatları "qarabağlı ermənilər son damla qanlarınadək müqavimət göstərəcəklər" desələr də, real situasiya tam fərqlidir.

Qarabağlı ermənilər siyasi oyunların, daha doğrusu, ciddi intriqaların qurbanı oduqlarına artıq şübhə etməməyə başlayıblar.

Laçın yolunun dərhal açılmasını tələb edən, Ermənistanla Xankəndi arasında heç bir nəzarət olmadan hərəkətin dərhal, təxirə salınmadan bərpasını istəyən Ermənistan siyasətçiləri və qarabağlı erməni separatçılar istəklərinin məcmusunun nə olduğunu, tələblərinin mahiyyətini deyəsən, ya anlamırlar, ya da anlamaq istəmirlər.

Onların Azərbaycanı tərk edərək Ermənistana yollanmaq niyyətlərinə gəldikdə isə, Nikol Paşinyan administrasiyası belə "köç"ün qarşısını almaq üçün zəruri saydığı addımları indidən atmağa başlayıb.

Qarabağlı ermənilərin Azərbaycana reinteqrasiyası prosesi həm də Ermənistanın daxili siyasi gündəmini müəyyənləşdirən amilə çevrilib. "Laçın" postunu keçərək Ermənistana üz tutan on minlərlə erməni Paşinyan administrasiyasına gərək deyil.

Bu ermənilər istənilən halda hakimiyyət üçün əlavə problemlər mənbəyi, müxalifət üçünsə optimal elektoral baza və seçici arealına çevriləcək.

Bu arada bəlli olub ki, Qarabağ separatçılarının lideri Araik Arutyunyan dünən "təhlükəsizlik şurası"nın iclasında Ağdam-Xankəndi yolunun açıldığını bəyan edib. İclasda keçmiş "Təhlükəsizlik Şurasının katibi" Samvel Babayan da iştirak edib.

Bu barədə "Joxovurd" nəşri məlumat yayıb.

Nəşrin məlumatına görə, separatçıbaşı bu məsələni müzakirəyə çıxarmayıb, fakt kimi təqdim edib:

"Araik bildirib ki, bu yolla ticarət qismən olacaq, tikinti materialları, dizel yanacağı, dərmanlar oradan gələcək, ərzaq məhsulları isə Rusiya sülhməramlıları vasitəsilə Laçın dəhlizilə gətiriləcək. Lakin bu o demək deyil ki, Laçın yolu tam işlək qalacaq. Yol Qarabağ sakinləri üçün məhdud olacaq".

Qeyd olunub ki, Arutyunyan növbəti mərhələdə Azərbaycan tərəfdən gələcək qaz və elektrik enerjisinin tədarükü məsələsinin müzakirə edilməsinin nəzərdə tutulduğunu bildirib.

İkinci Qarabağ Müharibəsi başa çatandan bəri Azərbaycanı tərk edərək Ermənistana yollanmış ermənilərin total əksəriyyəti maliyyə və sosial problemlərin məngənəsindədir. Ermənistanın dövlət büdcəsindən bu şəxslərə ayrılmış kompensiyasiyaları və ödənişləri hələ də ala bilməyən qarabağlı ermənilər çox ağır şəraitdə yaşayırlar. Onlar pulsuzluqdan, işsizlikdən, məmur özbaşınalığından şikayətlənir, aldadıldıqlarını deyirlər.

Erməni siyasi analitiklər və şərhçilərsə israrla vurğulayırlar ki, Laçın yolunun bağlı qalması, RSK-nın yerləşdiyi ərazilərdəki problemlərin bilərəkdən daha da ağırlaşdırılması və rəsmi Bakı ilə danışıqlara gedilməməsinin əsas səbəbkarı Nikol Paşinyandır.

Azərbaycanla yekun sülh müqaviləsinin imzalanmasının, şərti dövlət sərhədinin delimitasiyasının və demarkasiyasının qaçılmaz proseslər olduğunu bilən N.Paşinyanla komanndası həm danışıqlar, həm də reinteqrasiya prosesinə yönəlmiş trekdə mümkün qədər çox süni əngəllərlə maneələr yaradaraq vaxt udmağa çalışır.

Sərhəd boyunca Azərbaycan Ordusunun mövqelərinin atəşə tutulması, RSK-nın yerləşdiyi ərazilərdə olan qarabağlı erməni separatçıların silahlı dəstələrinin aktivləşməsi - bütün bunlar İrəvanda hazırlanmış ssenarilər əsasında gerçəkləşən olaylardır.

RSK-nın olduğu ərazilərdən mövqelərimizin hədəfə alınması, separatçıların müdafiə istehkamları və fortifikasiya qurğuları inşa etmək cəhdləri, hərbçilərimizi izləmək üçün avadanlıqlar və kameralar quraşdırmaq istəkləri - situasiya, göründüyü kimi, süni şəkildə gərginləşdirilməkdədir.

Xankəndindəki xuntanın çözüm və seçim imkanlarının tükəndiyini bilən Nikol Paşinyan qarabağlı ermənilərin üzləşdikləri problemlərin optimal həll yollarından biri qismində Ağdam-Xankəndi yolunun açılmasını görür.

Bu marşrutla Xankəndinə ərzaq, gündəlik tələbat malları, dərman preparatları, yanacaq və s. daşınacaq.

Laçın yoluna gəldikdə isə, onun açılması istisna deyil. Bu yolla ancaq humanitar məqsədlərlə istifadə ediləcək və Azərbaycandan Ermənistana, habelə əks istiqamətdə hərəkət edən ermənilərin istisnasız olaraq hamısı gömrük-sərhəd nəzarətindən keçiriləcəklər.

Bu gün Xankəndi-Gorus istiqamətində "Laçın" sərhəd-buraxılış məntəqəsində erməniəsilli şəxslərin növbəti dəfə sərbəst keçidi təmin olunub.

100-ə yaxın şəxs Ermənistan istiqamətinə sərbəst şəkildə keçid ediblər.

Onların arasında erməniəsilli şəxslərlə yanaşı, Rusiya vətəndaşlığını qəbul etmiş, Rusiya pasportu daşıyan insanlar da var.

Belə ki, əvvəlcə həmin şəxslərin sənədləri yoxlanılıb və sərbəst hərəkətləri təmin olunub.

Bununla da son üç gün ərzində "Laçın" sərhəd-buraxılış məntəqəsində 200-dən çox insanın sərbəst keçidinə şərait yaradılıb.

Bu, bir daha mülki ermənilərin sərhəd-buraxılış məntəqəsindən keçidində heç bir maneənin, hər hansı çətinliyin olmamasını göstərir.

Eyni zamanda, keçiddən yararlanan qarabağlı ermənilərinin sayının artımı rəsmi Bakının guya Laçın yolunu blokadada saxlaması ilə bağlı ermənilərin propaqandasının tam əsassız olduğunu göstərir.

DİN əməliyyat keçirdi: like
  • 23 Avq 10:56  
Digərləri DİN əməliyyat keçirdi:

Avqustun 22-də ölkə ərazisində qeydə alınan 69, əvvəlki dövrlərdən b

arrow Ətraflı
Erməni əsilli şəxslərin “Laçın” postundan sərbəst keçidi təmin olunub like
  • 23 Avq 10:52  
Siyasət Erməni əsilli şəxslərin “Laçın” postundan sərbəst keçidi təmin olunub

Bu gün Xankəndi-Gorus istiqamətində "Laçın" sərhəd-buraxılı�

arrow Ətraflı
10 ildir çalışdığı "Xəzər TV"dən getdi like
  • 23 Avq 10:45  
Şou-biznes 10 ildir çalışdığı "Xəzər TV"dən getdi

Aparıcı, aşpaz Ağakərim Əbülfəzoğlu "Xəzər TV" ilə yollar�

arrow Ətraflı
Azərbaycanda yüksək vəzifəli şəxs vəfat edib like
  • 23 Avq 10:34  
Digərləri Azərbaycanda yüksək vəzifəli şəxs vəfat edib

Səhiyyə Nazirliyinin vəzifəli əməkdaşı vəfat edib.

arrow Ətraflı
“Şəxsi həyatımdır, necə istəyərəm, elə də yaşayaram” deyən bacısına görün nə etdi like
  • 23 Avq 10:23  
Kriminal “Şəxsi həyatımdır, necə istəyərəm, elə də yaşayaram” deyən bacısına görün nə etdi

Lənkəran Ağır Cinayətlər Məhkəməsində Kürdəmirdə bacısını xüsus

arrow Ətraflı
Türkiyənin Trabzon limanı 200dən çox gəmi qəbul edib like
  • 23 Avq 10:12  
Digərləri Türkiyənin Trabzon limanı 200dən çox gəmi qəbul edib

2023-cü ilin yanvar-iyul aylarında Türkiyənin Trabzon limanı 271 gəmi qəb

arrow Ətraflı
Bakıda evdə partlayış oldu  Yaralılar var like
  • 23 Avq 10:05  
Digərləri Bakıda evdə partlayış oldu Yaralılar var

Bakı şəhərinin Xəzər rayonu, Buzovna qəsəbəsi ərazisində yerləşən

arrow Ətraflı
Çanaqqala boğazı dəniz nəqliyyatı üçün bağlanıb like
  • 23 Avq 10:01  
Digərləri Çanaqqala boğazı dəniz nəqliyyatı üçün bağlanıb

Çanaqqala boğazında baş verən yanğın səbəbindən dəniz nəqliyyatı ik

arrow Ətraflı
Sərnişinin vəziyyəti pisləşdi, təyyarə Bakıya təcili eniş etdi like
  • 23 Avq 09:50  
Digərləri Sərnişinin vəziyyəti pisləşdi, təyyarə Bakıya təcili eniş etdi

Manila-İstanbul reysini həyata keçirən Türk Hava Yollarına məxsus təyyar

arrow Ətraflı
Düşmən Kəlbəcər istiqamətində mövqelərimizi atəşə tutdu like
  • 23 Avq 09:46  
Siyasət Düşmən Kəlbəcər istiqamətində mövqelərimizi atəşə tutdu

Avqustun 23-ü saat 02:10 radələrində Ermənistan silahlı qüvvələrinin b�

arrow Ətraflı
Füzulidə 12 yaşlı yeniyetmə yol qəzası törədərək ağır xəsarət alıb like
  • 23 Avq 09:39  
Digərləri Füzulidə 12 yaşlı yeniyetmə yol qəzası törədərək ağır xəsarət alıb

Füzuli rayonunda ağır xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi b

arrow Ətraflı
"Yalandır!"  Azərbaycan Müdafiə Nazirliyi ermənilərin yazdığını təkzib etdi like
  • 23 Avq 09:28  
Siyasət "Yalandır!" Azərbaycan Müdafiə Nazirliyi ermənilərin yazdığını təkzib etdi

Avqustun 23-ü saat 01:05-dən 02:00-dək Azərbaycan Ordusunun bölmələri tə

arrow Ətraflı
Elcandan zəlzələ ilə bağlı paylaşım: "Xəbərdarlıq gəldi ki..." like
  • 23 Avq 09:21  
Şou-biznes Elcandan zəlzələ ilə bağlı paylaşım: "Xəbərdarlıq gəldi ki..."

Yerli vaxtla saat 01:23-də Masallı və Cəlilabad rayonlarının inzibati sər

arrow Ətraflı
Azərbaycanda baş verən güclü zəlzələ anından GÖRÜNTÜLƏR like
  • 23 Avq 09:14  
Digərləri Azərbaycanda baş verən güclü zəlzələ anından GÖRÜNTÜLƏR

Yerli vaxtla saat 01:23-də Masallı və Cəlilabad rayonlarının inzibati sər

arrow Ətraflı
Qərbi Azərbaycan İcması Belçikanın xarici işlər nazirinin qərəzli fikirlərini qınayıb like
  • 23 Avq 09:07  
Siyasət Qərbi Azərbaycan İcması Belçikanın xarici işlər nazirinin qərəzli fikirlərini qınayıb

Qərbi Azərbaycan İcması Belçikanın xarici işlər nazirinin 2023-cü il 22

arrow Ətraflı