Susuzluğun əlamətləri hansılardır? MÜTƏXƏSSİS AÇIQLADI
Digərləri 22 Avq 2023 00:09:00 309 0
Xüsusilə temperaturun yüksəldiyi bu günlərdə orqanizmimizdə həyati funksiyası olan suya daha çox ehtiyacımız var.
Bu xəbəri də oxu: Son illərdə Azərbaycan görünməmiş sayda daşqınlarla üzləşib, istilik dalğaları çoxalıb Nazir müavini
Son.az lent.az-a istinadən bildirir ki, qidalanma və pəhriz ütəxəssisi Derya Eren bildirib ki, sağlam bir həyat yaşamaq üçün gündəlik kifayət qədər su istehlak etmək, eyni zamanda balanslaşdırılmış qidalanma və kifayət qədər fiziki fəaliyyətə sahib olmaq çox vacibdir.
Onun sözlərinə görə, susuzluğun yüngül əlamətlərinə zəiflik, yorğunluq, baş ağrısı, sidik ifrazının azalması və qəbizlik daxildir:
"Şiddətli simptomlara əzələ krampları, başgicəllənmə, qarışıqlıq və şüur itkisi daxildir. Gündəlik kifayət qədər su içdiyinizə əmin olmaq üçün sidiyin rəngini də yoxlaya bilərsiniz. Əgər sidiyiniz tünd rəngdədirsə, bu, kifayət qədər su içmədiyinizi göstərir. Sidiyinizin rəngi açıqlaşdıqca bədəninizin su ehtiyacını ödədiyinizə əmin ola bilərsiniz".
Bəs, suyun orqanizmə hansı faydaları var?
- Bədənimizi toksinlərdən təmizləyir.
- Ödem əmələ gəlməsinin qarşısını alır və ödemin aradan qaldırılmasında fayda verir.
- Arıqlamağa kömək edir.
- Bədənimizdən qida maddələrinin sorulmasını təmin edir.
- Dərini nəmləndirir və qırışların qarşısını alır.
- Həzm sisteminin nizamlı işləməsinə kömək edir.
- Bədən istiliyini tənzimləyir.
- Oynaq ağrılarını azaldır.
- İdmançılarda performansı artırır.
- Stressə yaxşı gəlir.
- Migren xəstələrinə xeyirlidir.
- Ürək sağlamlığını qoruyur.
Milli.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope"
Əməkdar artist Rəşidə Behbudova paylaşımı ilə diqqət çəkib.
Bir zamanlar rəqsləri ilə gündəmdə olan hazırda isə xərçənglə mübar
Təkcə bu gün Rusiyanın paytaxtı Moskvada təxminən 63 reys təxirə salın
Müğənni Tacir Şahmalıoğlu duet ortağı Fədayə Laçınla aralarında ya�
Avropada pensiya yaşı 74-ə qaldırılır. Keçmiş Avropa Parlamentinin deput
Evin yanında saxladığım yerdə hər gün gəlib minik avtomobilimin şəklin
Rusiyanın Rostov vilayətinin Volqodonsk rayonunda ağır yol-nəqliyyat hadis�
Türkiyəli müğənni İrem Derici açıqlaması ilə gündəmə gəlib.
Vətən müharibəsində şəhid olan Musa Məhəmmədovun ailəsindən sevindir
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nigerə gözlənilən hərbi işğ
Rusiyanın "Arxistratiq Mixail Fondu"nun və "İtkin düşmüş v
Moskva şəhərinin altındakı su-kanal sisteminə qanunsuz ekskursiya zamanı