Nemət Pənahlının maşını əlindən alındı
Digərləri 21 Avq 2023 23:12:00 302 0
Evin yanında saxladığım yerdə hər gün gəlib minik avtomobilimin şəklini çəkib, cərimə yazıblar. İmkan olmadığına görə cəriməni ödəyə bilməmişəm. Cərimə olanda avtomobili texniki baxışdan da keçirmirlər. Belə olan halda isə ay ərzində əlavə cərimələr üstünə gəlir.
Bu xəbəri də oxu: Dubayda başlayıb Bakıda bitən yarımmilyonluq dələduzluq
Son.az axar.az-a istinadən bildirir ki, bu sözləri partiya sədri Nemət Pənahlı DYP əməkdaşları tərəfindən "Toyoto" markalı şəxsi minik maşınının əlindən alınmasına aydınlıq gətirərkən deyib.
Onun sözlərinə görə, maşını cərimə meydançasındadır və oradan çıxartmağa maddi imkanı yoxdur:
"O cərimələrə görə mənim maşınım qanunla axtarışda olub. Sığorta etdirməyə imkanım olmayıb. 1 ildən artıqdır vəziyyət belədir. Heç vaxt şəxsi işimi ictimailəşdirməmişəm, amma bir həddi var. 6 uşağım var. Heç bir yerdən gəlirim yoxdur. Qohumdan, dostdan borc alaraq uşaqlarımı dolandırıram. Lakin respublikada hamı məni tanıyıb, hörmət edib. Buradan Gəncəyə o maşınla getmişəm, maşınım saxlanılmayıb. Şamaxıdan qayıdanda cavan uşaq Tiflis prospektində saxladı və bildirdi ki, maşınım cərimə meydançasına aparılmalıdır. Yol polisi mənə həmişə hörmətlə yanaşıb, təşəkkür edirəm, milli-mənəvi dəyəri olan uşaqlardır. Bu dəfə cavan uşaq idi, tanımadı, dedi, xüsusi göstəriş var, maşın cərimə meydançasına getməlidir".
O, cərimələrin qanunsuz yazıldığını bildirib:
"Maşını evimin böyründə saxlamışam, Marsda saxlıyacam? Sistem elə qurulub ki, şəhərə çıxanda cərimələnməmək, rayona gedəndə radara düşməmək mümkün deyil. On üç, on dörd yaşlarından sükan arxasında olan adamam. Eyni maşınla Gürcüstan ərazisində maşın sürmüşəm, heç bir yerdə məni saxlamayıblar. Eləcə də Türkiyədə maşın sürmüşəm. Heç bir yerdə radara düşməmişəm və polis məni saxlamayıb".
Qeyd edək ki, Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin (DYP) baş inspektoru polis mayoru Araz Əsgərli Nemət Pənahlının oğlu - 2000-ci il təvəllüdlü Əhəd Pənahlının adına olan "Toyota Lənd Kruzer" markalı, 90 KM 590 dövlət qeydiyyat nişanlı avtomobilin üzərində 1100 manat məbləğində ödənilməmiş cərimə olduğu üçün saxlanılaraq, cərimə meydançasına aparıldığını bildirib.
Rusiyanın Rostov vilayətinin Volqodonsk rayonunda ağır yol-nəqliyyat hadis�
Türkiyəli müğənni İrem Derici açıqlaması ilə gündəmə gəlib.
Vətən müharibəsində şəhid olan Musa Məhəmmədovun ailəsindən sevindir
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nigerə gözlənilən hərbi işğ
Rusiyanın "Arxistratiq Mixail Fondu"nun və "İtkin düşmüş v
Moskva şəhərinin altındakı su-kanal sisteminə qanunsuz ekskursiya zamanı
Yunanıstanın Aleksandrupoli şəhərindəki meşə yanğını türklərin sıx
Bir müddət əvvəl barələrində boşanma xəbərləri çıxan məşhur cüt
Rusiyanın Əməkdar artisti Aleksey Şulin vəfat edib.
İranın Sumee-Səra şəhərinin parlamentdəki nümayəndəsi Seyid Kazım Del
Avqustun 21-də saat 19:45 radələrində Rusiya sülhməramlı kontingentinin m
Məşhur meyxanaçılar Balaəli və Mehdi Masallı "Qalatasaray"ın T
Bakıda yol hərəkəti qaydalarını və ictimai asayişi nümayişkaranə şə