Söyüdlüdəki şirkətin ekoloji normalara tam riayət etməsi tələb olunur
Siyasət 25 İyn 2023 13:55:00 343 0
Söyüdlüdə fəaliyyət göstərən şirkətin ekoloji normalara tam riayət etməsi tələb olunur.
Bu xəbəri də oxu: Denis Beçiroviç İlham Əliyevə başsağlığı verdi
Son.az Trend-ə istinadən bildirir ki, bu barədə iyunun 25-də Baş naziri Əli Əsədovun yanında Gədəbəy rayonunun Söyüdlü kəndində vəziyyətin araşdırılması üçün Nazirlər Kabinetinin 2023-cü il 21 iyun tarixli Sərəncamı ilə yaradılmış Komissiyanın ilkin hesabat iclasında vurğulanıb.
Bildirilib ki, ərazidə aidiyyəti qurumlar tərəfindən ətraf mühitə təsirlər qiymətləndirilir, o cümlədən su və torpaq nümunələri götürülərək analizlər aparılır, atmosfer havasının keyfiyyəti yoxlanılır.
"Eyni zamanda, ərazidə fəaliyyət göstərən şirkətin imzalanmış sazişə əsasən öz üzərinə götürdüyü və Ətraf Mühitə Təsirin Qiymətləndirilməsi Sənədində əks olunmuş su, torpaq və atmosfer havası üzrə keyfiyyət standartlarına, həmçinin bütün digər ekoloji normalara tam riayət etməsi tələb olunur", - iclasda qeyd edilib.
Xatırladaq ki, Gədəbəy rayonunun Söyüdlü kəndində bir qrup şəxs kənd ərazisində süni gölün tikintisinə etiraz olaraq iyunun 20-də aksiya keçirməyə cəhd göstərib. Aksiyanın qarşısı alınan zaman polislə sakinlər arasında insident baş verib. Söyüdlü kəndində vəziyyətin araşdırılması üçün komissiya yaradılıb.
Son.az
Azərbaycan ordusu bundan sonra da ən müasir silahlarla təchiz olunacaq. Prez
Ukrayna Silahlı Qüvvələri 3 müxtəlif istiqamətdə böyük hücum əməliy
Son günlər ölkədə müzakirə olunan əsas mövzulardan biri də taksi fəal
Bakıda keçmiş arvadını və oğlunu öldürməyə cəhddə təqsirləndiril�
Beynəlxalq yük daşımaları kontekstində Zəngəzur dəhlizinin əhəmiyyət
Prezident İlham Əliyev Azərbaycan Respublikası Müdafiə Nazirliyinin hərbi
Azərbaycan Respublikası Müdafiə Nazirliyinin beş hərbi qulluqçusuna "
Baş rolunu Oktay Kaynarcanın canlandırdığı "Ben bu cihana sığmazam&
İyunun 26-da gözlənilən hava şəraiti açıqlanıb.
""Vaqner" özəl hərbi şirkətinin muzdluları ilə qarşıdurm
Azərbaycan daxili siyasətinin müxalifət müstəvisindəki hadisələri sanki
Nar 26 İyun - Silahlı Qüvvələr Günü ərəfəsində Azərbaycan Ordusuna m
Taksilərlə bağlı məsələ Milli Məclisin bu gün keçirilən növbədənk�
Abşeron rayonunda həyat yoldaşı və 8 aylıq körpəsini öldürdükdən son