“Vaqner” muzdluları ilə döyüşdə 15 rusiyalı hərbçi ölüb”
Dünya 25 İyn 2023 12:48:00 319 0
""Vaqner" özəl hərbi şirkətinin muzdluları ilə qarşıdurmalarda 15 rusiyalı hərbçi həlak olub".
Bu xəbəri də oxu: Rusiya XİNdən VACİB AÇIQLAMA: "Sualınızı erməni tərəfinə ünvanlayın"
Son.az "qafqazinfo"ya istinadən xəbər verir ki, bu barədə məlumatı Ukraynanın "Strana" nəşri yayıb.
İddialara görə, həlak olanların əksəriyyəti hərbi pilotlardır. Bununla yanaşı, "Vaqner" muzdluları tərəfindən vurulan "İl-18" təyyarəsində pilotdan başqa 8 nəfərin də olduğu bildirilir.
Eyni zamanda, iyunun 24-ü vurulan Ka-52 "Alligator" helikopterində olan bütün heyətin öldüyü qeyd olunur.
Xatırladaq ki, iyunun 23-də "Vaqner" şirkətinin rəhbəri Yevgeni Priqojin Rusiya Müdafiə Nazirliyini onun şirkətinin mövqelərinə zərbələr endirməkdə ittiham edib və 25 min insanın "məsələni aydınlaşdırmağa" hazırlaşdığını bildirib. Səhər saatlarında o, Rostov şəhərində bütün hərbi obyektlərin nəzarətə götürüldüyünü açıqlayıb.
Bundan sonra Rusiya Federal Təhlükəsizlik Xidməti Y.Priqojinə qarşı silahlı üsyana təhrik faktı üzrə cinayət işi açıb, Prezident Vladimir Putin isə onun hərəkətlərini qiyam adlandırıb. Mümkün terror aktlarının qarşısının alınması məqsədilə Moskva şəhərində, Voronej və Moskva vilayəti ərazisində antiterror əməliyyatı rejimi tətbiq edilib. İyunun 24-ü Belarus Prezidenti Aleksandr Lukaşenko Priqojinlə danışıqlar aparıb. O, Lukaşenkonun "Vaqner" qüvvələrinin hərəkətini dayandırmaq təklifini qəbul edib. Son.az
Azərbaycan daxili siyasətinin müxalifət müstəvisindəki hadisələri sanki
Nar 26 İyun - Silahlı Qüvvələr Günü ərəfəsində Azərbaycan Ordusuna m
Taksilərlə bağlı məsələ Milli Məclisin bu gün keçirilən növbədənk�
Abşeron rayonunda həyat yoldaşı və 8 aylıq körpəsini öldürdükdən son
Aviabiletlərin bahalaşması turpaketlərin qiymətlərini artırıb.
ABŞ-nin Florida ştatında Kloi Vişnevski adlı 21 yaşlı ana 4 aylıq körp
"Belarusun "Vaqner" qiyamında əli ola biləcəyini istisna etmi
İyunun 24-də saat 23:10-da Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunların
Bu gün Azərbaycan nəqliyyat və logistika habıdır
Ərazilərimizi 30 ilə yaxın müddətdə işğal altında saxlayan, azərbayca
"Ukrayna diqqətini sürətli əks-hücuma yönəldib".
Türkiyənin Türk Uçak Sanayi Anonim Ortaklığı (TUSAŞ) tərəfindən yarad
Xəbər verdiyimiz kimi, Jony ləqəbi ilə Rusiya və MDB ölkələrində məş