"Belarusun "Vaqner" qiyamında əli ola bilər"
Dünya 25 İyn 2023 11:53:00 321 0
"Belarusun "Vaqner" qiyamında əli ola biləcəyini istisna etmirəm".
Bu xəbəri də oxu: İsrailin "ElAl" aviaşirkəti Moskvaya bütün reysləri ləğv etdi
Son.az "report"a istinadən bildirir ki, Ukrayna mətbuatına istinadən xəbər verir ki, bu fikri Ukrayna Müdafiə və Təhlükəsizlik Şurasının sədri Oliksiy Danilov deyib.
Danilov bildirib ki, Belarus lideri "vaqnerçi"lərə kömək edə bilər.
Xatırladaq ki, "Vaqner" Xüsusi Hərbi Şirkətinin başçısı Yevgeni Priqojin Rusiya hərbçilərinin "Vaqner" muzdlu hərbi təşkilatının arxa düşərgələrinə raket zərbələri endirdiyini, bir çox döyüşçünün öldüyünü açıqlayıb: "Bu vəhşiliyə necə cavab verəcəyimizə qərar verəcəyik. Növbəti addım bizimdir".
Bundan sonra Rusiya Federal Təhlükəsizlik Xidməti Yevgeni Priqojinə qarşı silahlı üsyana təhrik faktı üzrə cinayət işi açıb. Rusiya Federasiyasının Baş Prokurorluğu bildirib ki, Priqojinin əməllərinə lazımi hüquqi qiymət veriləcək. Müdafiə Nazirliyi isə "Vaqner"in arxa düşərgələrinə zərbə endirilməsi ilə bağlı iddiaları yalan məlumat adlandırıb. Nazirlik eyni zamanda "Vaqner" döyüşçülərinə müraciət edib, silahı yerə qoymağa çağırıb.
Rusiya Prezidenti Vladimir Putin xalqa müraciətində mövcud hadisələri xəyanət kimi qiymətləndirib. O deyib ki, bütün zəruri tədbirlər görüləcək.
Daha sonra Belarus Prezidenti Aleksandr Lukaşenkonun Priqojinlə danışıqlar apardığı barədə məlumat yayılıb. "Vaqner" Xüsusi Hərbi Şirkətin başçısı Yevgeni Priqojin Belarus Prezidenti Aleksandr Lukaşenkonun hərbi hərəkətləri dayandırmaq və gərginliyi azaltmaqla bağlı təklifini qəbul edib. Son.az
İyunun 24-də saat 23:10-da Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunların
Bu gün Azərbaycan nəqliyyat və logistika habıdır
Ərazilərimizi 30 ilə yaxın müddətdə işğal altında saxlayan, azərbayca
"Ukrayna diqqətini sürətli əks-hücuma yönəldib".
Türkiyənin Türk Uçak Sanayi Anonim Ortaklığı (TUSAŞ) tərəfindən yarad
Xəbər verdiyimiz kimi, Jony ləqəbi ilə Rusiya və MDB ölkələrində məş
Prezident İlham Əliyev Sloveniya Respublikasının Prezidenti Nataşa Pirts Mu
Göyçay Regional Mühafizə Şöbəsinin rəisi polis polkovnik-leytenantı Əh
Səudiyyə Ərəbistanının Statistika İnstitutu 1968-ci ildən müqəddəs to
İdman Akademiyasının ikinci kurs tələbəsi idi. İmtahanları uğurla verib
"Hərbi dənizçilər Azərbaycan Respublikasının suverenliyinə qarşı
Almaniyalı supermodel Haydi Klum beşinci hamiləliyi ilə bağlı şayiələr�
Gəmi parkının yenilənməsi, müşahidə, kəşfiyyat və rabitə sistemləri