Bu gün Azərbaycan nəqliyyat və logistika habıdır
Siyasət 25 İyn 2023 11:37:00 326 0
Bu gün Azərbaycan nəqliyyat və logistika habıdır
Son.az Trend-ə istinadən bildirir ki, bunu Fransanın Azərbaycandakı səfiri Ann Buayon "Alstom"un tədris mərkəzinin (dəmir yolu sahəsində mütəxəssislər hazırlayan mərkəz) diplomlarının təqdim olunma mərasimində deyib.
Səfir qeyd edib ki, Fransa və fransız şirkətləri Azərbaycanın nəqliyyat sektorunun gələcək inkişafına töhfə verməyə hazırdır.
Onun sözlərinə görə, "Alstom" tədris mərkəzi Azərbaycan Texniki Universitetinin bazasında dəmiryolu işçilərinin hazırlanması prosesinə yeniliklər gətirir və ən son texnologiyaları tətbiq edir.
"Hamımız yaxşı bilirik ki, bu gün Azərbaycan nəqliyyat və logistika habıdır. Ölkə möhtəşəm dəmir yolu və digər dəhlizlərə, həmçinin beynəlxalq əhəmiyyətli marşrutlara malikdir. Fransa fransız şirkətləri, xüsusən "Alstom"la yanaşı nəqliyyat sektorunun gələcək inkişafına töhfə verməyə hazırdır", - deyə A.Buayon qeyd edib.
Səfir Fransanın Bakıda və Gəncədə də bir sıra dəmiryolu layihələrini maliyyələşdirəcəyini vurğulayıb.
Son.az
Ərazilərimizi 30 ilə yaxın müddətdə işğal altında saxlayan, azərbayca
"Ukrayna diqqətini sürətli əks-hücuma yönəldib".
Türkiyənin Türk Uçak Sanayi Anonim Ortaklığı (TUSAŞ) tərəfindən yarad
Xəbər verdiyimiz kimi, Jony ləqəbi ilə Rusiya və MDB ölkələrində məş
Prezident İlham Əliyev Sloveniya Respublikasının Prezidenti Nataşa Pirts Mu
Göyçay Regional Mühafizə Şöbəsinin rəisi polis polkovnik-leytenantı Əh
Səudiyyə Ərəbistanının Statistika İnstitutu 1968-ci ildən müqəddəs to
İdman Akademiyasının ikinci kurs tələbəsi idi. İmtahanları uğurla verib
"Hərbi dənizçilər Azərbaycan Respublikasının suverenliyinə qarşı
Almaniyalı supermodel Haydi Klum beşinci hamiləliyi ilə bağlı şayiələr�
Gəmi parkının yenilənməsi, müşahidə, kəşfiyyat və rabitə sistemləri
Göygöldə 18 yaşlı oğlan itkin düşüb.
Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən keç