Səfirliyimizə hücum edən erməni barəsində QƏRAR VERİLDİ
Siyasət 23 İyn 2023 21:24:00 364 0
23 iyun 2023-cü il tarixində Paris məhkəməsində, Azərbaycan Respublikasının Fransadakı Səfirliyi önündə ötən il keçirilmiş icazəsiz aksiya zamanı səfirliyin binasına hücum edən, Fransada fəaliyyət göstərən "Charjoum" adlı erməni hərəkatının üzvü Loris Tufanyana qarşı dinləmələr baş tutub.
Bu xəbəri də oxu: İqor Babuşkin Prezidentə başsağlığı məktubu ünvanlayıb
Bu barədə Son.az-a Azərbaycan Respublikasının Fransadakı Səfirliyindən bildirilib.
Xatırladırıq ki, 18 sentyabr 2022-ci il tarixində radikal erməni nümayəndələri tərəfindən Parisdə Azərbaycan səfirliynə qarşı hücum cəhdi olmuş və nəticədə Səfirliyin binasına zərər yetirilmişdir. Baş vermiş hücum aktı ilə əlaqədar dəlillər yerli məhkəməyə təqdim edilmiş və hücumun əsas təşkilatçısı və iştirakçılarının cəzalandırılması tələb edilmişdir. Məhkəmədə Azərbaycan Respublikasının Səfirliyini Lexlor hüquq şirkəti təmsil edib.
Paris məhkəməsinin 23 iyun 2023-cü il tarixli qərarı ilə sözügedən hücumun əsas iştirakçısı olan "Charjoum" erməni hərəkatının üzvü Loris Tufanyana 6 aylıq şərti cəza müəyyə edilib və cərimə tətbiq edilib.
Səfirlik, radikal qruplar tərəfindən diplomatik nümayəndəliyə qarşı hər hansı hücum cəhdlərini bir daha qətiyyətlə qınayır, 1961-ci il Vyana Konvensiyasına uyğun olaraq diplomatik nümayəndəliyin təhlükəsizliyinin təmin edilməsi üçün yerli hüquq mühafizə orqanları tərəfindən gücləndirilmiş tədbirlərin təmin edilməsinə çağırır və Paris məhkəməsinin sözügedən qərarını gələcəkdə bu kimi halların qarşısının alınması və ədalətin təmin edilməsi baxımından mühüm addım kimi qiymətləndirir.
Rusiyanın Novosibirsk rayonunun Kirovski Rayon Məhkəməsi ölkədə yaşamaq
"Meta" korporasiyasının rəhbəri Mark Zukerberq "Tesla" v
Sığorta agentləri əhalini qorxudur ki, əmlaklarını sığora etdirməsəl�
Astroloqlar bir neçə bürcün bu dövrlərdə çətin günlərdən keçəcəyi
Xalq artisti Tünzalə Ağayeva yenidən imici ilə gündəmə gəlib.
Rasion tərtib edərkən, yalnız dad üstünlüklərini deyil, həm də müəyy
Son 30 ildə Azərbaycan və ABŞ bir çox sahələrdə tərəfdaş olublar.
ABŞ Maliyyə Nazirliyi Rusiyaya yeni sanksiyalar tətbiq edib.
Müğənni Nura Suri Xalq artisti Yusif Eyvazovla bir araya gəlib.
Xalq Mücahidləri Təşkilatına aid olduğu deyilən "Rejimi devirmək ü
Aparıcı Elgiz Əkbər bəzi toylarda kəsilən böyük tortların qiymətini a
Rusiya Ukraynada istifadə etdiyi silahların bəzi komponentlərini Qərbdən a
"The Simpsons" cizgi serialının pərəstişkarları epizodların bir
"Paxıllıq hissini yaşaya bilmirəm. Yaxşı mənada qibtə edib deyirəm