Tehranın Bakıdan gizlətdiklərini hakerlər üzə çıxardı


Dünya 23 İyn 2023 18:58:00 334 0

Tehranın Bakıdan gizlətdiklərini hakerlər üzə çıxardı

Xalq Mücahidləri Təşkilatına aid olduğu deyilən "Rejimi devirmək üçün inqilab" adlı haker qrupunun ələ keçirdiyi gizli sənədlərdə yeni faktlar ortaya çıxıb. Məlum olub ki, İran Prezidenti İbrahim Rəisi etiraz aksiyalarını yatırmaq və müxaliflərə qarşı repressiyaları gücləndirmək üçün 10 trilyon tümən vəsait ayrılmasına razılıq verib.

Son.az axar.az-a istinadən bildirir ki, bunu güneyli jurnalist Cavad İsmayılbəyli ələ keçən sənədlər haqqında danışarkən deyib.

O, ayrılan vəsaitin hansı istiqamətə xərcələnə biləcəyini də qeyd edib:

"Məxfi sənəddə İranda son etiraz aksiyasını yatırmaq üçün ayrılan büdcədən bəhs olunur. Silahlı Qüvvələrin Baş Qərargah rəisi Məhəmməd Bagiri və Tehranın Sarallah hərbi qərargahı rəisi dövlətdən etirazları yatırmaq üçün təcili 10 trilyon tümən pul büdcə istəyiblər. Ayrılan pullar isə zəruri yardımlar adı altında hərbi maşınlar, kiçik nəqliyyat vasitələri, xüsusi geyimlər, hərbi təchizatlar, hər yerdə təhlükəsizlik kameralarının quraşdırılması, universitetlərdə xüsusi qapıların yerləşdirilməsi, spirtli içkilərin alınmasına xərclənmək üçün nəzərdə tutulub. Etirazları yatırmaq üçün fiziki gücü olan şəxslərdən istifadə ediblər. Bu cür insanlara pul ilə yanaşı, yemək-içmək və əyləncə məclisləri təşkil olunub. Onları hətta narkotik maddələrlə təmin ediblər. Bəzilərinə ov tüfəngləri paylanıb. Çirkli pullar vasitəsi ilə alınan bu silahlar dövlət qeydiyyatından keçməyən tüfənglər idi. Etirazçıları bu cür silahlarla atəşə tuturdular".

C.İsmayılbəyli Azərbaycan səfirliyinə hücumla bağlı haker qrupunun ələ keçirdiyi sənədlərə də diqqət çəkib:

"Rejimi devirmək üçün inqilab" adlı haker qrupu kiber məkanda çox fəaldılar. Məxfi sənədlərin ələ keçirilərək yayılmasını onlar həyata keçirir. Tehrandakı Azərbaycan səfirliyinə hücumla bağlı gizli yazışmaları onlar aşkara çıxarmışdı. İran hücumu əvvəl boynuna almırdı. Amma o sənəddə Kəşfiyyat İdarəsi prezidentə bir məruzə göndərir və orada səfirlik binasına hücumun necə təşkil olunması ilə bağlı hər şeyi yerbəyer yazır. Azərbaycana etiraf etməsələr də, öz aralarındakı yazışmalarda həqiqətlər üzə çıxır".

O, məxfi məlumatların hakerlər tərəfindən deyil, İran hökumətinin bilərəkdən sızdırması məsələsinə də münasibət bildirib:

"Haker qrupu ilkin sənədləri bir neçə ay bundan öncə yaymağa başlayıb. Çox güman ki, bu məlumatları satırlar. İran dövlətinin məlumatları bilərəkdən özünün sızdırması ilə bağlı yayılan xəbərlər doğru ola bilməz. Bunların hamısı birbaşa beynəlxalq cinayət məsələləri olduğundan özlərinə problem yaratmazlar". Son.az

"Toydakı tortun qiyməti 25 min manatdır" like
  • 23 İyn 18:46  
Şou-biznes "Toydakı tortun qiyməti 25 min manatdır"

Aparıcı Elgiz Əkbər bəzi toylarda kəsilən böyük tortların qiymətini a

arrow Ətraflı
Rusiya ABŞdan milyardlarla dollarlıq silah komponentləri alıbmış like
  • 23 İyn 18:34  
Dünya Rusiya ABŞdan milyardlarla dollarlıq silah komponentləri alıbmış

Rusiya Ukraynada istifadə etdiyi silahların bəzi komponentlərini Qərbdən a

arrow Ətraflı
“Simpsonlar”da daha bir faciənin öncəgörmələri üzə çıxdı  FOTO like
  • 23 İyn 18:22  
Digərləri “Simpsonlar”da daha bir faciənin öncəgörmələri üzə çıxdı FOTO

"The Simpsons" cizgi serialının pərəstişkarları epizodların bir

arrow Ətraflı
İlkin Əhmədov: “Paxıllığımı qadın həmkarım çəkir”  VİDEO like
  • 23 İyn 18:10  
Şou-biznes İlkin Əhmədov: “Paxıllığımı qadın həmkarım çəkir” VİDEO

"Paxıllıq hissini yaşaya bilmirəm. Yaxşı mənada qibtə edib deyirəm

arrow Ətraflı
Koreya və Azərbaycan arasında əməkdaşlıq məsələləri müzakirə edilib like
  • 23 İyn 17:54  
Siyasət Koreya və Azərbaycan arasında əməkdaşlıq məsələləri müzakirə edilib

23 aprel 2023-cü il tarixində Azərbaycan Respublikasının xarici işlər naz

arrow Ətraflı
CinemaPlus Barselonada keçirilən CineEurope sərgisində iştirak edib  FOTO like
  • 23 İyn 17:16  
Digərləri CinemaPlus Barselonada keçirilən CineEurope sərgisində iştirak edib FOTO

"CinemaPlus" bu il İspaniyanın Barselona şəhərində ənənəvi ke

arrow Ətraflı
Sahibkarların kartla ödənişi qəbul etməkdən imtina etməsi qanunidir?  VİDEO like
  • 23 İyn 17:12  
Digərləri Sahibkarların kartla ödənişi qəbul etməkdən imtina etməsi qanunidir? VİDEO

Ölkəmizdə vətəndaşlar elektron ticarət və nağdsız ticarətdən kifayə

arrow Ətraflı
"Deyirdilər, səhhətinə görə efirə çıxmır, amma ad gününə gedibmiş" like
  • 23 İyn 17:10  
Şou-biznes "Deyirdilər, səhhətinə görə efirə çıxmır, amma ad gününə gedibmiş"

"Deyirdilər, Vüsalə Əlizadə səhhəti ilə bağlı efirə çıxmır. A

arrow Ətraflı
"Poçt vasitəsi ilə hamilə qaldım"  FOTO like
  • 23 İyn 17:02  
Dünya "Poçt vasitəsi ilə hamilə qaldım" FOTO

Neşa adlı amerikalı hamilə qadın həbsdə olan sevgilisindən hamilə oldu�

arrow Ətraflı
Həlak olduğu səyahətə atasını sevindirmək üçün getmişdi...  FOTO like
  • 23 İyn 16:56  
Dünya Həlak olduğu səyahətə atasını sevindirmək üçün getmişdi... FOTO

Xəbər verdiyimiz kimi, turistləri "Titanik"in qəzaya uğradığı

arrow Ətraflı