Koreya və Azərbaycan arasında əməkdaşlıq məsələləri müzakirə edilib


Siyasət 23 İyn 2023 17:54:00 207 0

Koreya və Azərbaycan arasında əməkdaşlıq məsələləri müzakirə edilib

23 aprel 2023-cü il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ilə Koreya Respublikasının xarici işlər nazirinin xüsusi nümayəndəsi Beyk Cuhyon arasında görüş keçirilib.

Nazirlikdən verilən məlumata görə, nazir Ceyhun Bayramov Azərbaycan və Koreya arasında mövcud olan ikitərəfli münasibətlərin uğurlu inkişafını, həmçinin iki ölkə arasında bir çox sahələrdə geniş əməkdaşlıq imkanlarının mövcud olduğunu qeyd edib. Ölkələrimiz arasında, iqtisadiyyat, yüksək texnologiyalar, enerji, təhsil, turizm və bir sıra digər istiqamətlərdə əməkdaşlıqdan məmnunluq ifadə olunub. Ölkələrimiz arasında təhsil sahəsində artan əməkdaşlığın, Koreya təhsil standartları əsasında yaradılmış Sənayə və İnnovasiyalar Bakı Dövlət Peşə Təhsil Mərkəzinin fəaliyyətinin, universitetlər arasında ikili diplom təhsil proqramlarının ölkələrimiz arasında artan əməkdaşlığın vacib istiqamətlərindən olduğunu bildirib.

Nazir daha sonra, 44 günlük Vətən müharibəsindən sonra işğaldan azad olunmuş ərazilərimizdə həyata keçirilən bərpa və yenidən quruculuq işləri barədə ətraflı məlumat verib.

Koreya xüsusi nümayəndəsi öz növbəsində iki ölkə arasında əlaqələrin uğurlu inkişafını vurğulayaraq, Koreyanın Azərbaycanla investisiya, təhsil, gəmiçilik, ərazilərin minalardan təmizlənməsi, nəqliyyat, kommunikasiya, su ehtiyatlarının idarə edilməsi və digər sahələrdə əməkdaşlıq münasibətlərinin inkişaf perspektivlərinə toxunub. Koreya şirkətlərinin Azərbaycanla əməkdaşlıqda maraqlı olduqlarını diqqətə çatdırıb.

Tərəflər həmçinin qarşılıqlı maraq doğuran digər ikitərəfli və regional məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

CinemaPlus Barselonada keçirilən CineEurope sərgisində iştirak edib  FOTO like
  • 23 İyn 17:16  
Digərləri CinemaPlus Barselonada keçirilən CineEurope sərgisində iştirak edib FOTO

"CinemaPlus" bu il İspaniyanın Barselona şəhərində ənənəvi ke

arrow Ətraflı
Sahibkarların kartla ödənişi qəbul etməkdən imtina etməsi qanunidir?  VİDEO like
  • 23 İyn 17:12  
Digərləri Sahibkarların kartla ödənişi qəbul etməkdən imtina etməsi qanunidir? VİDEO

Ölkəmizdə vətəndaşlar elektron ticarət və nağdsız ticarətdən kifayə

arrow Ətraflı
"Deyirdilər, səhhətinə görə efirə çıxmır, amma ad gününə gedibmiş" like
  • 23 İyn 17:10  
Şou-biznes "Deyirdilər, səhhətinə görə efirə çıxmır, amma ad gününə gedibmiş"

"Deyirdilər, Vüsalə Əlizadə səhhəti ilə bağlı efirə çıxmır. A

arrow Ətraflı
"Poçt vasitəsi ilə hamilə qaldım"  FOTO like
  • 23 İyn 17:02  
Dünya "Poçt vasitəsi ilə hamilə qaldım" FOTO

Neşa adlı amerikalı hamilə qadın həbsdə olan sevgilisindən hamilə oldu�

arrow Ətraflı
Həlak olduğu səyahətə atasını sevindirmək üçün getmişdi...  FOTO like
  • 23 İyn 16:56  
Dünya Həlak olduğu səyahətə atasını sevindirmək üçün getmişdi... FOTO

Xəbər verdiyimiz kimi, turistləri "Titanik"in qəzaya uğradığı

arrow Ətraflı
Tehranda sərnişin avtobusu aşıb, like
  • 23 İyn 16:28  
Digərləri Tehranda sərnişin avtobusu aşıb,

İranın paytaxtı Tehranda sərnişin avtobusunun aşması nəticəsində 2 nə

arrow Ətraflı
İlham Əliyev: Ermənistan öz imzasına hörmət etməsə nəticə onlar üçün acınacaqlı olacaq like
  • 23 İyn 15:26  
Siyasət İlham Əliyev: Ermənistan öz imzasına hörmət etməsə nəticə onlar üçün acınacaqlı olacaq

Son iki il yarım ərzində biz bir neçə dəfə məcbur olub Ermənistan tər�

arrow Ətraflı
2000ci illərin hit mahnısına yeni nəfəs verdilər  VİDEO like
  • 23 İyn 15:25  
Şou-biznes 2000ci illərin hit mahnısına yeni nəfəs verdilər VİDEO

Müğənni Mərdan Kazımov 2000-ci illərin hit mahnısı "Yar, aman, yar&

arrow Ətraflı
Prezident Ermənistanla sülh müqaviləsi üçün şərtləri bir daha xatırlatdı like
  • 23 İyn 15:24  
Siyasət Prezident Ermənistanla sülh müqaviləsi üçün şərtləri bir daha xatırlatdı

Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Müdafiə N

arrow Ətraflı
"30 yaşı keçdinsə, işə yaramırsan" like
  • 23 İyn 15:20  
Şou-biznes "30 yaşı keçdinsə, işə yaramırsan"

"İş yerlərində işçi tələb olunur: 30, hətta 25 yaşaqədər qədə

arrow Ətraflı
Arvadını və körpəsini öldürərək intihara cəhd edən Fəriddən xəbər var like
  • 23 İyn 15:18  
Kriminal Arvadını və körpəsini öldürərək intihara cəhd edən Fəriddən xəbər var

Abşeron rayonunda həyat yoldaşı və 8 aylıq körpəsini öldürdükdən son

arrow Ətraflı