İrəvandakı RusiyaErməni Universiteti ətrafında qalmaqal yaranıb
Siyasət 23 İyn 2023 13:19:00 334 0
Ermənistanda fəaliyyət göstərən Rusiya-Erməni (Slavyan) Universiteti ətrafında qalmaqal yaranıb.
Bu xəbəri də oxu: Şahbaz Şərif Prezident İlham Əliyevə zəng edib
Son.az "Report"a istinadən xəbər verir ki, ali məktəbin keçmiş rektoru Armen Darbinyanın Rusiya tərəfi ilə ciddi problemləri var.
Problemlər isə ən müxtəlif məsələləri əhatə edib. Bura A.Darbinyanın cinsi azlıqları müdafiə etməsindən tutmuş, tanınmış rusofobları universitetin müəllim heyətinə daxil etməsinə kimi ən müxtəlif məsələlər daxildir. Ciddi narahatçılıq doğuran məsələlərdən biri də ali məktəbin tələbələrinin anti-Rusiya aksiyalarında iştiraklarının artmasıdır.
Rusiya tərəfinin universitetin təsərrüfat fəaliyyətini yoxlaması isə korrupsiya əməllərinə yol verildiyini üzə çıxarıb. Bu proses iki ildir ki, davam edir. Bir neçə gün bundan öncə təhsil ocağında A.Darbinyanın iştirakı ilə növbəti rektor seçkiləri keçirilib. Rusiya tərəfi bu vəzifəyə prorektor Parqev Avetisyanın seçilməsində israr etsə də, rusiyapərəst mövqeyi ilə seçilən bu şəxsin namizədliyi Ermənistan hakimiyyəti tərəfindən narazılıqla qarşılanıb və onun digər bir prorektor - Eduard Sandoyanla əvəzlənməsində israr ediblər.
A.Darbinyanın yaxın dostu olan bu şəxs liberal baxışları ilə tanınır, 1998-1999-cu illərdə Ermənistanın maliyyə naziri vəzifəsində çalışıb. Bu səbəbdən də Qərbin maliyyə dairələrində yaxşı tanınır. Səsvermə zamanı P.Avetisyan namizədliyini geri götürdüyündən E.Sandoyan sonda rektor seçilib.
Lakin qalmaqal səngiməyib. Rusiya tərəfi seçkilərin saxtakarlıq şəraitində keçdiyini və nəticələri tanımayacağını bəyan etsə də, baş nazir Nikol Paşinyan problemi həll etməyə müvəffəq olub. Nəticədə, Rusiya da bir il E.Sandoyanın rektorluğuna "dözəcəyini" bildirib. Lakin erməni mediasında yer alan xəbərlərə görə, problemi həll edilmiş saymaq olmaz. Belə ki, yaxın vaxtlarda universitet ətrafında gərginliyin artacağı istisna edilmir.
Son.az
Azərbaycan və Türkiyə hərbçilərinin iştirakı ilə şəxsi heyətin nəz
"Muğam aləmi" 6-cı Beynəlxalq Muğam Festivalı çərçivəsində
Müğənni Tacir Şahmaoğlunun sosial mediada yayılan videosu müzakirələrə
Müdafiə Nazirliyinin strukturunun təkmilləşdirilməsi prosesi gedir və bu
Ordumuzun daha da gücləndirilməsi vəzifəsi bir nömrəli vəzifə olaraq qa
İqtisadiyyat nazirinin müavini Elnur Əliyev "İnsan Resursları Zirvəsi
Ölkəmizdə növbəti komando hərbi hissəsinin açılması çox əlamətdar h
"Qızıl mədəni də Amerikanındır, FETÖ-də Amerikada oturub. FETÖ-ç
Son.az AZƏRTAC-a istinadən bildirir ki, iyunun 23-də Azərbaycan Respublika
Gədəbəy rayonunun Söyüdlü kəndində baş verən etirazların əvvəlcəd
"TikTok" Azərbaycanda ilk genişmiqyaslı #kitabfest ədəbiyyat layi
Türk Hava Yolları (THY) tarixində ən yüksək uçuş və sərnişin rekordu
Əməkdar artist Dilarə Əliyeva mərhum həyat yoldaşı Əməkdar mədəniyy�
Türkiyənin "Türkiye Petrolleri Anonim Ortaklığı" (TPAO) şirkət
Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospektində yerləşən beşm