Azərbaycan 4 günlük iş rejiminə keçir?


Digərləri 23 İyn 2023 12:53:00 198 0

Azərbaycan 4 günlük iş rejiminə keçir?

İqtisadiyyat nazirinin müavini Elnur Əliyev "İnsan Resursları Zirvəsi 2023" tədbirində panel çıxışı zamanı deyib ki, bəzi ölkələr 4 günlük iş rejiminə keçib. Lakin ölkəmizdə elə vətəndaşlar var ki, şənbə günləri daxil olmaqla, bazar günləri də işləyirlər.

Belə bir şəraitdə 4 günlük iş rejiminə keçid əmək bazarına necə təsir edər? Ölkəmizdə belə bir rejimin tətbiq olunması gözlənilirmi?

Son.az xəbər verir ki, mövzu ilə bağlı millət vəkili Vüqar Bayramov publika.az-a açıqlamasında bildirib ki, 4 günlük iş rejimini ən çox dəstəkləyən ölkələrdən biri Böyük Britaniyadır. Britaniya mərhələli şəkildə müxtəlif sahələrdə yeni iş rejimini tətbiq etməyə çalışır.

"Azərbaycanın əmək bazarı üçün 4 günlük iş rejiminin tətbiq edilməsindən daha çox, əmək hüquqlarının qorunması gündəmə gətirilməlidir. Bütövlükdə məşğulluğun leqallaşdırılması, islahatların dərinləşməsi daha vacibdir. Bu gün işçilərin əmək hüquqlarının qorunması istiqamətində daha sistemli tədbirlərin görülməsinə ehtiyac var. Məşğul əhalinin rəsmi əmək müqaviləsi ilə çalışması, əmək müqavilələrində düzgün əmək haqqının göstərilməsi kimi məsələlər var ki, onların həlli daha vacibdir".

Deputat əmək müqaviləsinin insanların gələcək həyatına və təqaüd almasına edəcək təsirlərini diqqətə çatdırıb:

"Bu gün Azərbaycan üçün prioritet, əmək hüquqları daxil olmaqla əmək bazarındakı islahlatların daha da dərinləşdirilməsidir. İslahatlar həyata keçirdikdən sonra digər məsələlərin müzakirəsi mümkündür. Hazırda Azərbaycanın əmək bazarı üçün iş günlərinin azaldılması deyil, işçilərin əmək hüquqlarının tam olaraq qorunması üçün islahatlar aparılmalıdır".

Deputat Rüfət Quliyev 4 günlük iş rejiminin pilot layihə kimi bir çox ölkələrdə tətbiq edildiyini vurğulayıb:

"Bu, dünyada maraqlı bir yenilikdir. İş həftəsinin azalmasının kökü pandemiyadan əvvəl var idi. Lakin pandemiya dövründə insanların çox hissəsi evdən işləyirdi. Bu da müəyyən qədər günlük iş rejiminin qısaldılmasını tezləşdirdi. Bir çox inkişaf etmiş ölkələrdə buna keçmək istəyirlər ki, insanlar daha çox asudə vaxt əldə etsinlər. Yəni insanlar üçün istirahət vaxtlarını artırırlar. Fikrimcə, Azərbaycan üçün bunu tətbiq eləmək tezdir".

R.Quliyev bildirib ki, 4 günlük iş rejimini elə bir ölkələrdə tətbiq olunur ki, orada əmək məhsuldarlığı var.

"Əgər əmək məhsuldarlığı yüksəkdirsə, o zaman tətbiq etmək olar. Lakin qısaldılmış iş günü əmək haqqına təsir etməməlidir. Həmçinin, 4 günlük bu rejimdə insanlar rahatlıqla ikinci, üçüncü işlə məşğul olacaqlar. Amma bu, işlək insanların 3-5 faizini təşkil edəcək. Azərbaycan üçün bu rejim tezdir. Lakin pilot layihə kimi hansısa iqtisadi sahədə yoxlamaq olar. Onun nəticələrinə baxıb digər sahələrə mərhələli şəkildə tətbiq etmək olar".

Hüquq müdafiəçisi Mirvari Qəhrəmanlının sözlərinə görə, ölkəmizdə müxtəlif iş rejimləri var:

"Bunlara həftəlik, 6 günlük, sürüşkən iş qrafikləri aiddir. Elə idarələr var ki, iş qrafiki 5 günlük olsa da, həftəsonu da işləyirlər. Lakin işçi artıq günlərin əmək haqqını almır. Qanunla isə belə deyil. Şənbə və bazar, bayram günlərində işçi işə çıxarsa, əmək haqqı ikiqat ödənməlidir. 4 günlük iş rejiminə keçilərsə, iş saatlarında dəyişiklik ola bilər. Lakin indi işsizlik o qədər çoxdur ki, əhali bütün həftəni işləmək istəyir".

Mütəxəssis söyləyib ki, iş qrafikində dəyişiklik olarsa, təhsil, səhiyyə və başqa sahələrə təsir göstərəcək.

"Azərbaycanda elə sahələr var ki, 4 günlük iş rejimi qeyri-mümkündür. Müəllimlər, həkimlər, poçt işçiləri, qaz, su, işıq idarələrinin işçiləri 6 gün işləyir. Pandemiya dövründə isə elə sahələr gördük ki, onlar evdən də işləyə bilərlər. Bütün imkanlara baxmaq lazımdır. Azərbaycanda 4 günlük iş rejiminə keçilməsi indiki dövr üçün mümkünsüzdür".

Millət vəkili Fazil Mustafa da bir sıra ölkələrdə belə bir dəyişikliyin olduğunu deyib:

"Bunun müxtəlif səbəbləri var. Bizdə 41 saatlıq iş rejiminə əməl olunması təmin olunarsa, böyük irəliləyiş olar. Çünki əsas problem odur ki, iş saatlarından sonra da iş davam edir. Belə iş rejimində insanların istismar olunması daha çox diqqəti cəlb edir. Diqqətimizi bura yönəltməliyik, nəinki iş gününün azalmasına. Bəzi insanlar həftəsonu da işləyirlər. Hər bir vətəndaş özünün fiziki imkanları çatacaq qədər işləməlidir" , - deyə F.Mustafa bildirib.

Prezident: Biz döyüş qabiliyyətimizi əhəmiyyətli dərəcədə artırırıq və artıracağıq like
  • 23 İyn 12:26  
Siyasət Prezident: Biz döyüş qabiliyyətimizi əhəmiyyətli dərəcədə artırırıq və artıracağıq

Ölkəmizdə növbəti komando hərbi hissəsinin açılması çox əlamətdar h

arrow Ətraflı
“Ora camaatı da, polisi də çıxarıb “üzə qaz sıx”​ deyən eyni əldir” like
  • 23 İyn 12:20  
Digərləri “Ora camaatı da, polisi də çıxarıb “üzə qaz sıx”​ deyən eyni əldir”

"Qızıl mədəni də Amerikanındır, FETÖ-də Amerikada oturub. FETÖ-ç

arrow Ətraflı
Gədəbəydəki hadisələri bu şəxs təşkil edib?  SENSASİON SƏS YAZISI YAILDI like
  • 23 İyn 12:09  
Digərləri Gədəbəydəki hadisələri bu şəxs təşkil edib? SENSASİON SƏS YAZISI YAILDI

Gədəbəy rayonunun Söyüdlü kəndində baş verən etirazların əvvəlcəd

arrow Ətraflı
#Kitabfest: “TikTok”da ədəbiyyata dair videolar 9 milyondan çox baxış toplayıb like
  • 23 İyn 11:52  
Şou-biznes #Kitabfest: “TikTok”da ədəbiyyata dair videolar 9 milyondan çox baxış toplayıb

"TikTok" Azərbaycanda ilk genişmiqyaslı #kitabfest ədəbiyyat layi

arrow Ətraflı
Türk Hava Yolları tarixi rekorda imza atıb like
  • 23 İyn 11:46  
Digərləri Türk Hava Yolları tarixi rekorda imza atıb

Türk Hava Yolları (THY) tarixində ən yüksək uçuş və sərnişin rekordu

arrow Ətraflı
Dilarə Əliyeva: “Yuxuda Oqtay dedi ki, yerim çox rahatdır” like
  • 23 İyn 11:42  
Şou-biznes Dilarə Əliyeva: “Yuxuda Oqtay dedi ki, yerim çox rahatdır”

Əməkdar artist Dilarə Əliyeva mərhum həyat yoldaşı Əməkdar mədəniyy�

arrow Ətraflı
Yasamalda yanğın yerindən görüntülər like
  • 23 İyn 11:25  
Digərləri Yasamalda yanğın yerindən görüntülər

Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospektində yerləşən beşm

arrow Ətraflı
Azərbaycan İtaliyaya qaz tədarükünü təqribən iki dəfə artırıb like
  • 23 İyn 11:14  
Digərləri Azərbaycan İtaliyaya qaz tədarükünü təqribən iki dəfə artırıb

2023-cü ilin aprelində Azərbaycan İtaliyaya 814 milyon 775 min kubmetr təbi

arrow Ətraflı
Qazinin çənəsini qıran idmançı ilə bağlı QƏRAR VERİLDİ like
  • 23 İyn 11:05  
Kriminal Qazinin çənəsini qıran idmançı ilə bağlı QƏRAR VERİLDİ

Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin əməkdaşı, qa

arrow Ətraflı
"Göz, nəzər var. Ona görə qorxuram" like
  • 23 İyn 11:03  
Şou-biznes "Göz, nəzər var. Ona görə qorxuram"

"Hələ Ayla balacadır. Bir az böyüsün, onu da özümüzlə gətirəcə

arrow Ətraflı
Qurban bayramına sayılı günlər qalıb... like
  • 23 İyn 10:52  
Digərləri Qurban bayramına sayılı günlər qalıb...

Qurban bayramına sayılı günlər qalıb və heyvanların satışının təşk

arrow Ətraflı
Nikol oktyabrda atəşkəsdən buna görə imtina edib like
  • 23 İyn 10:41  
Dünya Nikol oktyabrda atəşkəsdən buna görə imtina edib

Ermənistanın Respublika Partiyasının sədr müavini, keçmiş təhsil naziri

arrow Ətraflı
Öldürülən ana ilə körpəsinin like
  • 23 İyn 10:38  
Digərləri Öldürülən ana ilə körpəsinin

Xəbər verdiyimiz kimi, iyunun 20-si saat 19 radələrində Abşeron rayonu Qob

arrow Ətraflı