Nikol oktyabrda atəşkəsdən buna görə imtina edib


Dünya 23 İyn 2023 10:41:00 325 0

Nikol oktyabrda atəşkəsdən buna görə imtina edib

Ermənistanın Respublika Partiyasının sədr müavini, keçmiş təhsil naziri, dövlət əmlakını mənimsəməkdə ittiham olunaraq, bir həftə öncə həbs edilən Armen Aşotyan Baş nazir Nikol Paşinyanın 44 günlük müharibə ilə bağlı parlament komissiyasının iclasında verdiyi hesabatla bağlı geniş məqalə ilə çıxış edib.

Son.az Axar.az-a istinadən bildirir ki, Aşotyanın həbsxanadan göndərdiyi və erməni mediasında tirajlanan məqalədə olduqca maraqlı nüanslar var.

O yazır ki, Nikol Paşinyan oktyabrın 7-8-də müharibəni ən azı müvəqqəti dayandırmaq üçün daha bir şans olduğunu və bu təklifdən guya Ermənistanın maraqlarına uyğun olmadığı üçün imtina etdiyini bildirir.

Əslində isə həqiqət tamamilə başqadır. Belə ki, həmin ərəfədə Ermənistan ordusu "Lələtəpə əməliyyatı"na hazırlaşırdı:

"Paşinyan "hazırda davam edən müharibədə sıçrayış əməliyyatları" olacağı haqda o ərəfədə birbaşa xarici mediada çıxışlar edirdi. Sonradan məlum olduğu kimi, həmin uğursuz əməliyyat Ermənistan Silahlı Qüvvələrinin ehtiyat hissələrinin belini qırdı və geridönməz nəticələrə səbəb oldu".

Xatırladaq ki, ermənilərin ciddi şəkildə hazırlaşdığı və böyük qüvvə cəlb etdiyi sözügedən əməliyyat zamanı hücum edən erməni qüvvələri darmadağın edilmişdi: 830 canlı itki verən və əməliyyata girən 44 tankdan 42-sini itirən ermənilər geri çəkilmiş, Ordumuz 100 km-dən də çox irəliləmişdi. Bu, 44 günlük müharibədə Ordumuzun ən böyük hərbi qələbələrindən biri sayılır.

Aşotyan daha bir məqama da toxunur. O bildirir ki, oktyabrın 13-16-da Rusiyanın vasitəçiliyi ilə aparılan danışıqlarda da müharibəni dayandırmaq fürsəti olub və bu zaman indikindən daha yaxşı vəziyyətdə atəşkəs qərarı vermək mümkün imiş. Ancaq Rusiyanın vasitəçilik etdiyi danışıqların baş tutmamasına Fransa Prezidenti Emmanuel Makronun vədləri səbəb olub.

"Rusiyanın vasitəçiliyi ilə müzakirələr gedirdi - real vəziyyətdə, döyüşlər getdiyi yerdə atəşkəs ola bilərdi. Ancaq Paşinyan Makronun vasitəçiliyi ilə müharibəni dayandırmağa deyil, humanitar atəşkəsə razılaşdı. Bu, müharibəni dayandırmaq deyil, fasilə idi", - Aşotyan yazır.

Paşinyanın müharibədə "fasilə götürməsinin" səbəbi isə Makronun vədləri olub:

"Bu, diplomatiyanın uğursuzluğu, cəhalətin xain səviyyəsi, böyük siyasəti Makronun himayəsi altında ölkənin hiyləgərliyi ilə əvəzləməyin nəticəsi idi".

Aşotyan Paşinyanın guya Azərbaycanın "əvvəlki humanitar atəşkəsi pozduğu" səbəbindən 13-16 oktyabr müzakirələrindən yayındığı iddiasına da cavab verib: "Əgər Azərbaycan doğrudan da Rusiyanın vasitəçiliyi ilə əldə edilən əvvəlki atəşkəsi pozmuşdusa, Əliyevin Putindən çox Makrona hörmət edəcəyi hardan ağlına gəlirdi?

Əslində Nikol bununla etiraf etdi ki, o, nəinki 44 günlük müharibəyə qədər, hətta bu müddət ərzində vəziyyətimizi daha da ağırlaşdıran geosiyasi oyunlar oynayıb".

O, 19 oktyabrda atəşkəs razılaşmasını Paşinyanın "Meğriyə rus sülhməramlıların yerləşdirilməsinə görə" qəbul etmədiyi iddiasını da yalan adlandırıb və ilk dəfə olaraq 10 noyabr 2020-ci il bəyanatındakı 9-cu bəndə bu prizmadan yanaşıb:

"Sizin (Ermənistan hakimiyyətinin - red.) necə adlandırmağınızdan asılı olmayaraq, 9 (10) noyabr tarixli Üçtərəfli bəyanatın 9-cu bəndi məhz Meğri ilə bağlıdır. Orda göstərilir ki, (Azərbaycanın qərb rayonları ilə Naxçıvanı birləşdirən) kommunikasiyaların təhlükəsizliyini Rusiya FTX-nin Sərhəd Xidməti təmin edəcək. İndi Nikol və onun sevimlisi (Makron nəzərdə tutulur - red.) danışıqlar apararaq, bu razılaşmadan qurtulmağa çalışırlar". Son.az 

Öldürülən ana ilə körpəsinin like
  • 23 İyn 10:38  
Digərləri Öldürülən ana ilə körpəsinin

Xəbər verdiyimiz kimi, iyunun 20-si saat 19 radələrində Abşeron rayonu Qob

arrow Ətraflı
Ermənistan Bakıya yenidən savaş elan edir like
  • 23 İyn 10:14  
Siyasət Ermənistan Bakıya yenidən savaş elan edir

44 günlük Vətən müharibəsi zamanı və ondan sonrakı dövrdə Ermənistan

arrow Ətraflı
Rumıniya Azərbaycandan əlavə qaz almaqda maraqlıdır like
  • 23 İyn 10:07  
Digərləri Rumıniya Azərbaycandan əlavə qaz almaqda maraqlıdır

Rumıniyanın "ROMGAZ" şirkəti "Həmrəylik Halqası"nın

arrow Ətraflı
Minatəmizləyən maşınların alınması və itlərin sayının artırılması nəzərdə tutulub like
  • 23 İyn 10:01  
Siyasət Minatəmizləyən maşınların alınması və itlərin sayının artırılması nəzərdə tutulub

Qadınlardan ibarət minatəmizləmə qrupları ölkəmizin minalanmış ərazil

arrow Ətraflı
Yol Polisi qeyriiş günləri ilə bağlı əhaliyə müraciət etdi like
  • 23 İyn 09:54  
Digərləri Yol Polisi qeyriiş günləri ilə bağlı əhaliyə müraciət etdi

DİN-in Baş Dövlət Yol Polisi İdarəsinin qeyri-iş günlərində xidmətin

arrow Ətraflı
Kılıçdaroğlu 100 ildən çox həbs cəzası ala bilər like
  • 23 İyn 09:49  
Dünya Kılıçdaroğlu 100 ildən çox həbs cəzası ala bilər

May ayında keçirilən prezident seçkilərində prezidentliyə namizəd kimi i

arrow Ətraflı
Ukrayna ordusu Rusiyanın daha 13 raket, 44 artilleriya sistemi like
  • 23 İyn 09:44  
Dünya Ukrayna ordusu Rusiyanın daha 13 raket, 44 artilleriya sistemi

Ukrayna ordusu ötən sutka ərzində Rusiyanın 13 qanadlı raketini, 44 artill

arrow Ətraflı
Yanvarmay aylarında Tekirdağ limanın qəbul etdiyi yüklərin həcmi açıqlanıb like
  • 23 İyn 09:39  
Digərləri Yanvarmay aylarında Tekirdağ limanın qəbul etdiyi yüklərin həcmi açıqlanıb

2023-cü ilin yanvar-may aylarında Türkiyənin Tekirdağ limanı 10 milyon 397

arrow Ətraflı
İsgəndərin xilas etdiyi dostu danışdı: like
  • 23 İyn 09:34  
Digərləri İsgəndərin xilas etdiyi dostu danışdı:

İstirahət üçün dənizə gedən 4 dostdan 2-si geri qayıdıb. 3 gündür on

arrow Ətraflı
64 yaşlı qadın tüstüdən boğularaq öldü like
  • 23 İyn 09:25  
Digərləri 64 yaşlı qadın tüstüdən boğularaq öldü

Goranboyda yanğın hadisəsi baş verib.

arrow Ətraflı
Kişidən ağılasığmaz hərəkət   51 kişinin öz arvadını zorlamasını lentə aldı like
  • 23 İyn 09:18  
Dünya Kişidən ağılasığmaz hərəkət 51 kişinin öz arvadını zorlamasını lentə aldı

Fransa sakini on il ərzində kişilərin arvadını necə zorladığını lent�

arrow Ətraflı
Ödənişsiz verilməli dərmanlar vətəndaşlara pul ilə satılır? like
  • 23 İyn 09:08  
Digərləri Ödənişsiz verilməli dərmanlar vətəndaşlara pul ilə satılır?

Stasionar müalicə və təcili təxirəsalınmaz tibbi yardım zamanı Xidmətl

arrow Ətraflı
Zelenski açıqladı: Təcili azad edilməlidir! like
  • 23 İyn 08:59  
Dünya Zelenski açıqladı: Təcili azad edilməlidir!

Fəlakətin qarşısını almaq üçün Zaporojye AES təcili azad edilməlidir.

arrow Ətraflı
Müharibədən sonra Ermənistanda gender problemi like
  • 23 İyn 08:54  
Dünya Müharibədən sonra Ermənistanda gender problemi

Azərbaycanla müharibə Ermənistanda gender balanssızlığına səbəb olub.

arrow Ətraflı
Ruşun arvadı həlak olan “Titanik” cütlüyünün nəslindəndir like
  • 23 İyn 08:51  
Digərləri Ruşun arvadı həlak olan “Titanik” cütlüyünün nəslindəndir

Xəbər verdiyimiz kimi, Atlantik okeanında turistləri "Titanik" gə

arrow Ətraflı