Ödənişsiz verilməli dərmanlar vətəndaşlara pul ilə satılır?
Digərləri 23 İyn 2023 09:08:00 346 0
Stasionar müalicə və təcili təxirəsalınmaz tibbi yardım zamanı Xidmətlər Zərfinə daxil olan tibbi xidmətlər üzrə istifadə olunan dərman vasitələri vətəndaşlara ödənişsiz şəkildə göstərilir.
Bu xəbəri də oxu: Quş sürüsünün məhv etdiyi təyyarələr: dəhşətli statistika
Bu barədə Trend-in sorğusuna cavab olaraq İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən bildirilib.
Qeyd edilib ki, ambulator şəraitdə tibb müəssisəsində vətəndaşa göstərilən icbari tibbi sığorta ilə təminata alınmış tibbi xidmətlərdə istifadə edilən anesteziya xidməti, dərman təminatı və tibbi sərflər də ödənişsizdir. Reseptlə yazılan dərman vasitələri pasiyentin özü tərəfindən alınır.
"Bununla yanaşı, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi (Agentlik) hemofiliya, şəkərli diabet, xroniki böyrək çatışmazlığı, dağınıq skleroz, vərəm xəstəlikləri üzrə dövlət və tədbirlər proqramları çərçivəsində TƏBİB-dən daxil olan siyahıya əsasən dərman və tibbi sərflərin satınalınmasını həyata keçirir. Dərman vasitələri müvafiq dövlət tibb müəssisələrinə paylanılır və qeyd olunan xəstəliklərdən əziyyət çəkən vətəndaşlar müvafiq dövlət tibb müəssisələrinə müraciət edərək dərman və tibbi sərfləri əldə edirlər.
Tibb müəssisəsində vətəndaş neqativ halla rastlaşarsa, bu zaman o, ilk növbədə tibb müəssisəsinin vətəndaş müraciətləri ilə bağlı təyin olunmuş məsul şəxslərinə və yaxud birbaşa rəhbərliyinə müraciət etməlidir. Vətəndaş ona verilmiş cavabdan və yaxud görülmüş tədbirdən razı qalmazsa TƏBİB-in [email protected] elektron poçt ünvanına və ya rəsmi ünvanına (Bakı şəhəri, Yasamal rayonu, N.Nərimanov 206 A -"Capital Towers" Biznes Mərkəzi) müraciət edə bilər. Habelə TƏBİB-in 815 Çağrı Mərkəzinə zəng etməklə sorğusunu ünvanlaya bilər.
Qeyd edək ki, qanunvericiliyə əsasən vətəndaş tərəfindən neqativ hal ilə bağlı əsaslandırılmış sübut təqdim edildiyi təqdirdə fakt müvafiq qaydada araşdırılır. Tibb işçisinin hüquq pozuntusuna yol verdiyi sübut olunarsa, o qanunvericiliklə nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb olunur", - deyə bildirilib.
Fəlakətin qarşısını almaq üçün Zaporojye AES təcili azad edilməlidir.
Azərbaycanla müharibə Ermənistanda gender balanssızlığına səbəb olub.
Xəbər verdiyimiz kimi, Atlantik okeanında turistləri "Titanik" gə
Türkiyənin Türk Uçak Sanayi Anonim Ortaklığı (TUSAŞ) tərəfindən yarad
2023-cü ilin yanvar-may aylarında Türkiyənin Mersin limanı 16 milyon 645 mi
ABŞ-də Kənd Təsərrüfatı Nazirliyi labaratoriyada hazırlanan toyuq ətini
"Ukraynanın bərpasına 60 milyard avro ayrılacaq".
Mayın 22-dən iyunun 18-dək dünya koronavirusa 1,2 milyondan artıq yoluxma h
İranlılar avropalılarla danışıb, amerikalılarla dolayı müzakirələr ap
İmtahana "şortik" və çəkələklə gələn tələbəni universitet
Ukrayna Silahlı Qüvvələri Bryanskın Suzemka kəndində böyük müdafiə za
Bakıda iki nəfər Buzovna çimərliyində batıb.
Bütün ermənilərin katolikosu II Qaregin İranın Ermənistandakı səfiri Ab