Müharibədən sonra Ermənistanda gender problemi
Dünya 23 İyn 2023 08:54:00 297 0
Azərbaycanla müharibə Ermənistanda gender balanssızlığına səbəb olub.
Bu xəbəri də oxu: Əsədi devirən “türk” MOSSAD agentidir? – 4 dövlətlə bağlı plan pozuldu
Son.az report-a istinadən xəbər verir ki, bu barədə Böyük Britaniyanın Müharibə və Sülh Araşdırmaları İnstitutu (IWPR) məlumat yayıb.
"Mütəxəssislər qeyd edirlər ki, Ermənistanda oğlan və qızlar arasında nisbətdə artan disbalansın səbəbi münaqişə və hələ də qeyri-sabit təhlükəsizlik vəziyyəti ola bilər.
Ermənistanın Statistika Komitəsinin 2022-ci ilə dair məlumatına görə, ölkədə hər 100 qıza 112 oğlan, 2021-ci ildə isə hər 100 qıza 109 oğlan düşüb. Birləşmiş Millətlər Təşkilatının Əhali Fondunun (UNFPA) məlumatına görə, standart bioloji nisbət 105 oğlan və 100 qızdır", - təşkilat qeyd edib.
"Müharibədən əvvəl bizim kifayət qədər yaxşı göstəricilərimiz var idi, hər il azalmamız olurdu. Təəssüf ki, müharibədən sonra cəmiyyətin əhval-ruhiyyəsində və qavrayışında yenidən müəyyən dəyişiklik oldu", - Ermənistanın səhiyyə naziri Anait Avanesyan Müharibə və Sülh Araşdırmaları İnstitutuna açıqlamasında deyib.
"Ermənistan onilliklərdir yüksək səviyyəli prenatal cinsi seçimlə mübarizə aparır. Mühafizəkar, patriarxal cəmiyyət oğlanları qızlardan daha çox qiymətləndirir və uşağın cinsiyyətini erkən mərhələdə bilməyə imkan verən texnologiya sayəsində bəzi ailələrdə qadın döl doğulduğu təqdirdə abort edilir", - təşkilat qeyd edib.
"Bu, milli mentalitet problemidir; cəmiyyət həm burada, həm də daha geniş regionda ailənin davamı kimi oğulları qızlardan üstün tutur", - psixoloq Sona Hovakimyan bildirib.
Maarifləndirmə kampaniyaları və uşağın cinsiyyətinin sonrakı mərhələdə elan edilməsi kimi tədbirlər 2010-cu illərin sonlarında azalmış balanssızlığı tədricən aradan qaldırıb. Sonra 2020-ci ildə ölkəni sarsıdan müharibə başlayıb.
Psixoloq Hovakimyanın fikrincə, oğlunu itirmiş analar övladının boşluğunu doldurmaq üçün oğlan uşağı dünyaya gətirməyə can atırlar.
UNFPA-nın 2022-ci il üzrə araşdırması da göstərib ki, Ermənistanda oğlanlara qızlara üstünlük verilir. Təşkilatın keçirdiyi sorğuda iştirak edən respondentlərin təxminən 91 faizi "nəsli oğullar davam etdirir", 83 faiz isə "oğlanlar vətənin müdafiəçisidir" deyib. Halbuki UNFPA-nın 2017-ci ildə keçirdiyi oxşar sorğuda respondentlər müvafiq olaraq 64% və 17% təşkil edib.
Təşkilat qeyd edib ki, oğulları "vətənin müdafiəçisi" kimi görən respondentlərin artmasına səbəb 2020-ci il müharibəsindəki məğlubiyyət və digər amillərdir.
Mütəxəssislər hesab edir ki, problemin kökünü tapıb aradan qaldırmaq lazımdır.
Xəbər verdiyimiz kimi, Atlantik okeanında turistləri "Titanik" gə
Türkiyənin Türk Uçak Sanayi Anonim Ortaklığı (TUSAŞ) tərəfindən yarad
2023-cü ilin yanvar-may aylarında Türkiyənin Mersin limanı 16 milyon 645 mi
ABŞ-də Kənd Təsərrüfatı Nazirliyi labaratoriyada hazırlanan toyuq ətini
"Ukraynanın bərpasına 60 milyard avro ayrılacaq".
Mayın 22-dən iyunun 18-dək dünya koronavirusa 1,2 milyondan artıq yoluxma h
İranlılar avropalılarla danışıb, amerikalılarla dolayı müzakirələr ap
İmtahana "şortik" və çəkələklə gələn tələbəni universitet
Ukrayna Silahlı Qüvvələri Bryanskın Suzemka kəndində böyük müdafiə za
Bakıda iki nəfər Buzovna çimərliyində batıb.
Bütün ermənilərin katolikosu II Qaregin İranın Ermənistandakı səfiri Ab
Odessa Vilayət Hərbi Komissarlığının rüşvətxorluqda şübhəli bilinən
Atlantik okeanında qalıqları tapılan "Titan" batiskafında olan 3