Xocavənd, Şuşa və Xocalı istiqamətlərindəki mövqelərimiz atəşə tutuldu
Siyasət 22 İyn 2023 09:48:00 327 0
İyunun 22-si saat 02:15-də Ermənistan silahlı qüvvələrinin bölmələri Gorus rayonunun Brun yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Ordumuzun Laçın rayonunun Əhmədli yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini atıcı silahlardan atəşə tutub.
Bu xəbəri də oxu: Prezident tapşırıq verdi, dövlət rəsmiləri Qazaxıstana getdi
Bu barədə Son.az-a Müdafiə Nazirliyindən bildirilib.
Bundan başqa, iyunun 21-i saat 23:05-dən iyunun 22-si saat 08:15-dək Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri tərəfindən Azərbaycan Ordusunun Xocavənd, Şuşa və Xocalı rayonları istiqamətlərində yerləşən mövqeləri də atıcı silahlardan fasilələrlə atəşə tutulub.
Bölmələrimiz tərəfindən qeyd olunan bütün istiqamətlərdə adekvat cavab tədbirləri görülüb.
Həmçinin qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri kənd təsərrüfatı işləri adı altında Ordumuzun Ağdam və Xocalı rayonları istiqamətlərində yerləşən mövqelərinin qarşısında uzunmüddətli fortifikasiya qurğularını quraşdırmağa cəhd göstəriblər.
Azərbaycan Ordusunun bölmələri tərəfindən görülən təxirəsalınmaz tədbirlər nəticəsində aparılan mühəndis işləri dərhal dayandırılıb.
Türkiyənin məşhur azərbaycanlı aktrisası Nəsrin Cavadzadə anası ilə b
Azərbaycanla birgə ortaq layihələrimiz olacaq.
Rusiyanın Vladivostok şəhərində polis beynəlxalq axtarışda olan Avstriya
Dövlət Təhlükəsizliyi Xidmətində aparılmış araşdırmalar nəticəsind
Bu il İran dünyada gender bərabərsizliyi indeksində ilk beşlikdədir.
Mingəçevirdə 35 yaşlı qadın itkin düşüb.
Bal və darçın qarışımının bir çox faydası ortaya çıxıb.
İlk sovet ikipilləli termonüvə bombası RDS-37-nin yaradıcılarından biri
Türkiyəli aktrisa-müğənni Öykü Gürmanın nişanlısı Fatih İçmeli il�
Bakının bir sıra yollarında sıxlıq müşahidə edilir.
"Böyük Lebovski" və "Kral Ralf" filmlərinin ulduzu Con Q
ABŞ Kənd Təsərrüfatı Departamenti Kaliforniya ştatından iki şirkətə l
Qazaxıstanın Almatı şəhərində müasir Azərbaycan dövlətinin qurucusu,
Çinin Ninxia-Huey muxtar bölgəsində restoanda partlayış olub.