DTXdən ƏMƏLİYYAT: 13 nəfər Azərbaycan vətəndaşı
Siyasət 22 İyn 2023 09:11:00 316 0
Dövlət Təhlükəsizliyi Xidmətində aparılmış araşdırmalar nəticəsində Azərbaycan Respublikasının vətəndaşlarından ibarət, ölkə hüdudlarından kənarda terror aktlarının törədilməsi ilə müşayiət olunan, dini düşmənçilik, dini radikalizm və dini fanatizm zəminində aparılan silahlı münaqişələrdə iştirak etmək məqsədilə qeyri-leqal yollarla Suriya Ərəb Respublikasının ərazisinə keçdikdən sonra həmin dövlətin İdlib şəhərində xüsusi hazırlıq düşərgəsində təlimlərə cəlb olunaraq müxtəlif növ odlu silahlardan istifadə qaydalarına yiyələnmiş, "Taifatul Mansura" adlı qanunsuz silahlı dəstənin tərkibində döyüşlərdə iştirak etmiş sabit qrupun üzvləri müəyyən olunub və barələrində beynəlxalq axtarış elan edilib.
Bu xəbəri də oxu: Türk ulusunun vahid əlifbası: daha nə etməliyik?
Dövlət Təhlükəsizliyi Xidmətindən Son.az-a verilən məlumata görə, başlanılmış cinayət işi üzrə həyata keçirilmiş əməliyyat-istintaq tədbirləri ilə yuxarıda qeyd olunan cinayət əməllərini törətmiş 13 nəfər Azərbaycan Respublikası vətəndaşının - Abdullayev Şəmil Töhüd oğlu, Ağamətov Murad Əlibala oğlu, Quliyev Murad Firudin oğlu, Rüstəmov Fərhad İsə oğlu, Sultanov Sultan İdris oğlu, Hüseynov Nəcməddin Nəzir oğlu, Mahmudov Hikmət Sahib oğlu, Əliyev Mais Telman oğlu, İsmayılov İsmayıl Aydın oğlu, Babayev Şəhriyar Rahim oğlu, Muradov Hacı Arif oğlu, Baxışov Əlövsər Əlisafa oğlu və Əsədov İntiqam Şirin oğlunun xarici ölkə ərazisində gizləndikləri yerlər müəyyənləşdirilib və onlar beynəlxalq axtarışa dair qarşılıqlı hüquqi yardım proseduru çərçivəsində müvafiq tədbirlərlə saxlanılaraq Azərbaycan Respublikasına gətiriliblər.
Sözügedən şəxslər Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 283-1.3-cü (Azərbaycan Respublikasının hüdudlarından kənarda silahlı münaqişələrdə iştirak etmək məqsədilə sabit qruplar yaratma, həmin qruplarda, təlimlərdə və ya silahlı münaqişələrdə iştirak etmə) maddəsi ilə təqsirləndirilən şəxs qismində cinayət məsuliyyətinə cəlb olunaraq, məhkəmənin qərarı ilə barələrində həbs qətimkan tədbiri seçilib.
Hazırda kompleks istintaq-əməliyyat tədbirləri davam etdirilir.
Bu il İran dünyada gender bərabərsizliyi indeksində ilk beşlikdədir.
Mingəçevirdə 35 yaşlı qadın itkin düşüb.
Bal və darçın qarışımının bir çox faydası ortaya çıxıb.
İlk sovet ikipilləli termonüvə bombası RDS-37-nin yaradıcılarından biri
Türkiyəli aktrisa-müğənni Öykü Gürmanın nişanlısı Fatih İçmeli il�
Bakının bir sıra yollarında sıxlıq müşahidə edilir.
"Böyük Lebovski" və "Kral Ralf" filmlərinin ulduzu Con Q
ABŞ Kənd Təsərrüfatı Departamenti Kaliforniya ştatından iki şirkətə l
Qazaxıstanın Almatı şəhərində müasir Azərbaycan dövlətinin qurucusu,
Çinin Ninxia-Huey muxtar bölgəsində restoanda partlayış olub.
London Universitet Kolleci, Respublika Universiteti (Uruqvay) və Harvard Tibb M
"Barselona"nın sabiq futbolçusu Dani Alves həbsxanada ilk müsahib�
Türkiyə parlamenti İsveçin ötən ilin iyununda NATO sammiti çərçivəsind
Hondurasda qadın həbsxanasında baş verən dava nəticəsində ölənlərin s