Günorta saatlarında yatmaq nəyə TƏSİR EDİR?
Digərləri 22 İyn 2023 08:13:00 284 0
London Universitet Kolleci, Respublika Universiteti (Uruqvay) və Harvard Tibb Məktəbindən (ABŞ) olan alimlərdən ibarət beynəlxalq qrup mütəmadi günorta yuxusunun insanlarda ümumi beyin həcminin artmasına təsirini sübut edib. Onların fikrincə, günün birinci yarısında qısamüddətli yuxuya getmək yaşlandıqca koqnitiv funksiyaların qorunmasında amillərdən biri ola bilər.
Bu xəbəri də oxu: Kəmaləddin Heydərov və rəqəmsal inkişaf və nəqliyyat nazirinin rəhbərlik etdiyi heyət Qazaxıstandadır
Son.az AZƏRTAC-a istinadən bildirir ki, tədqiqatın nəticələri "Sleep Health" nəşrində dərc olunub.
Bundan əvvəlki araşdırmalar göstərib ki, günorta saatlarında yuxuya getmək bir sıra koqnitiv funksiyaların yerinə yetirilməsi üçün əlverişlidir: 5-15 dəqiqəlik yuxudan sonra insan növbəti 1-3 saat daha məhsuldar olur, 30 dəqiqəlik yuxudan sonra isə - əvvəl bir qədər əzgin ola bilər, lakin sonra iş qabiliyyəti gün ərzində artır. Bundan başqa, Altsheymer xəstəliyinin inkişaf riski ilə əlaqə aşkar olunub. Lakin bütün işlər, testlər və sorğular kimi, səbəb-nəticə əlaqəsinin klinik sübutu olmadan müşahidə xarakteri daşıyıb.
Yeni araşdırmada müəlliflər beyin sağlamlığının əyani göstərici olan onun həcmini əsas götürüblər. Miqyaslı təhlilin nəticələrinə görə, genetik olaraq günorta yuxusuna "proqramlaşdırılan" insanlar daha böyük beyin həcminə malik olublar. Bu, müntəzəm günorta yuxusunun yuxu çatışmazlığını və ya yuxusuzluğu kompensasiya edərək neyrodegenerasiyaya qarşı bir qədər qorunma təmin etdiyinə dair bir dəlil ola bilər. Hesablamalara görə, günorta yatmaq vərdişi olan insanların beyni gündüz yatmayanlara nisbətən təxminən 2,6-6,5 yaş cavandır.
"Barselona"nın sabiq futbolçusu Dani Alves həbsxanada ilk müsahib�
Türkiyə parlamenti İsveçin ötən ilin iyununda NATO sammiti çərçivəsind
Hondurasda qadın həbsxanasında baş verən dava nəticəsində ölənlərin s
Türkiyənin mövqeyi hər zaman olduğu kimi prinsipial və qətiyyətlidir.
İranda baş verən qorxulu anların videosu sosial şəbəkədə yayılıb.
Teleaparıcı Kseniya Borodina möhtəşəm axşam paltarında bir neçə foto
Əlcəzair məhkəməsi keçmiş baş nazir Nurəddin Bedua və keçmiş səhiyy
Bəzi gözəllik prosedurları yayda təhlükəli ola bilər, çünki dərinin b
Güclü tufan Çexiyanın bir sıra regionlarında elektrik enerjisinin veriliş
Kardioloqlar ürək problemlərindən qaçmağa kömək edəcək gündəlik vər
Türkiyənin unudulmaz serialları ilə bağlı maraqlı çalışma aparılıb.