Abadlaşdırılan növbəti həyət sakinlərin istifadəsinə verilib
Digərləri 21 İyn 2023 13:58:00 410 0
"Bizim həyət" layihəsi çərçivəsində abadlaşdırılan növbəti həyət sakinlərin istifadəsinə verilib.
Bu xəbəri də oxu: Astanadakı səfirliyimizin önünə gül dəstələri düzüldü FOTO
Son.az Trend-ə istinadən bildirir ki, Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən "Bizim həyət" layihəsi çərçivəsində yenilənən daha bir həyət sakinlərin istifadəsinə verilib.
Yenilənmiş həyət Bakı şəhəri, Nərimanov rayonu, Azadlıq prospekti 146 a, 148 a, 150 a və Nəcəf Nərimanov 3 ünvanda 750-dən çox sakinin yaşadığı beşmərtəbəli binaları əhatə edir.
"Bizim həyət" layihəsinin əsas məqsədi ölkə ərazisində həyətlərin ekoloji cəhətdən təmiz və abad edilməsi, şəhər ekologiyasının sütununu təşkil edən yaşıllıqların bərpası, sağlam həyat tərzinin formalaşdırılması, sakinlər üçün təhlükəsiz və rahat yaşam şəraitinin yaradılmasıdır.
Abadlaşdırılan növbəti həyətdə əlil və sağlamlıq imkanları məhdud olan insanların rahat hərəkəti nəzərə alınıb, eləcə də müxtəlif yaş qrupları üzrə uşaqların inkişafını dəstəkləyən avadanlıqlar quraşdırılıb və oyun meydançaları salınıb. Bununla yanaşı gənclərin asudə vaxtlarının səmərəli keçirmələri və onlarda idmanla məşğulolma vərdişinin yaradılması məqsədilə ərazi müxtəlif idman qurğuları ilə təchiz olunub. Eyni zamanda, həyətyanı sahədə 6 ədəd söhbətgah, çoxsaylı oturacaqlar, quş yuvaları və pişik evləri quraşdırılıb.
Yaşayış zonasında yeni işıqlandırma dirəkləri, müşahidə kameraları quraşdırılıb, binaların fasadı və blokları tam təmir olunub, asfalt və dam örtükləri yenilənib, blokların köhnə pəncərələri yeni plastik pəncərələrlə əvəz olunub, elektrik sistemi yenidən qurulub, avtomobillər üçün avtodayanacaq yaradılıb.
Həyətin ərazisindəki mövcud yaşıllıqların bərpası ilə yanaşı, 388 ədəd müxtəlif cinsli ağaclar əkilib, 2540 kvadratmetr ərazidə yaşıllıq zolağı salınıb. Bununla yanaşı, həyətin ətraflarında adi daşsarmaşığı və digər sarmaşan bitkilər əkməklə hava çirklənməsinə qarşı "yaşıl səddlər" (green barriers) yaradılıb.
Yeni həyətin açılışı zamanı ictimaiyyətin diqqətini yaşıllıqların qorunmasına yönləndirmək, ətraf mühitin qorunması və atmosferi oksigenlə zənginləşdirmək məqsədi ilə əraziyə könüllülərin iştirakı ilə müxtəlif növ ağaclar əkilib.
Sözügedən layihənin Bakının bütün rayonlarında həyata keçirilməsi nəzərdə tutulur. Bununla əlaqədar, paytaxtımızın abadlaşdırılmaya ehtiyacı olan həyətləri haqqında məlumat və tövsiyələrin İDEA İctimai Birliyinə təqdim edilməsi xahiş olunur.
Son.az
Sumqayıtda zirzəmələrə dolan kanalizasiaya suları bina sakinlərini əməl
İşğaldan azad olunan ərazilərdə özəl sektorunun fəaliyyəti üçün gü
Naxçıvan Muxtar Respublikası Xəstəxanası Publik Hüququ Şəxsə yeni rəh
Müğənni Günel Zeynalova Zaqatalada itləri güllələyərək öldürən şə
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində olan Azərbaycan Y
İsti havada xilas yolu kimi görünən kondisionerlər yayda əsas xəstəlik m
Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı Orxan Mürsəlov Söyüdlü k
Bəzi ölkələr 4 günlük iş rejiminə keçib. 4 günlük iş rejiminin tətb
Unibank işindən, peşəsindən asılı olmayaraq, rəsmi gəliri olan hər bir
"Cəmiyyət adətən təhsildən narazıdır və təhsillə bağlı böyük
Daxili İşlər Nazirliyi Gədəbəydə baş verən hadisələrlə bağlı növb
Əfsanəvi italyan rəssamı Leonardo da Vinçinin məşhur tablosu ilə bağlı
Müğənni Elvin Abdullayev həyat yoldaşı Afət Abdullayeva ilə fotosunu pay