Azad olunmuş ərazilərə avtobus reyslərinə
Digərləri 21 İyn 2023 12:39:00 338 0
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində olan Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) işğaldan azad olunmuş ərazilərə təşkil etdiyi müntəzəm avtobus reyslərinə iyul ayı üçün biletlər 22 iyun, saat 11:00-da satışa çıxarılacaq.
Bu xəbəri də oxu: Putin başsağlığı verdi
Son.az qurumun yaydığı məlumata istinadən xəbər verir ki, təhlükəsizliyin təmin olunması, işğaldan azad edilmiş ərazilərə giriş icazəsinin bilet alışı prosesi ilə sinxronlaşdırılması, güzəşt tətbiq ediləcək şəxslərin müəyyənləşməsi üçün onlayn bilet satışı portalı müvafiq informasiya sistemlərinə inteqrasiya edilib.
Vətəndaşlar bilet almaq üçün şəxsiyyətini təsdiq edən sənəddəki məlumatları sistemə daxil etməlidirlər. Bilet yalnız şəxsiyyət vəsiqəsi ilə eyniləşdirilən vətəndaş tərəfindən istifadə oluna bilər. Onun başqa şəxsə ötürülməsi mümkün deyil. Sərnişinlər müəyyən olunmuş marşrut xətləri üzrə gediş və qayıdış biletlərini əvvəlcədən eyni vaxtda www.yolumuzqarabaga.az portalı vasitəsilə onlayn qaydada ala bilərlər.
Qeyd edək ki, Şuşa və Ağdam şəhərlərinə ilk müntəzəm avtobus marşrutları 2022-ci il yanvarın 24-də istifadəyə verilib. Bu günədək ümumilikdə 565 reys həyata keçirilib, 23 min 11 nəfər işğaldan azad olunmuş əraziləri ziyarət edib.
Son.az
İsti havada xilas yolu kimi görünən kondisionerlər yayda əsas xəstəlik m
Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı Orxan Mürsəlov Söyüdlü k
Bəzi ölkələr 4 günlük iş rejiminə keçib. 4 günlük iş rejiminin tətb
Unibank işindən, peşəsindən asılı olmayaraq, rəsmi gəliri olan hər bir
"Cəmiyyət adətən təhsildən narazıdır və təhsillə bağlı böyük
Daxili İşlər Nazirliyi Gədəbəydə baş verən hadisələrlə bağlı növb
Əfsanəvi italyan rəssamı Leonardo da Vinçinin məşhur tablosu ilə bağlı
Müğənni Elvin Abdullayev həyat yoldaşı Afət Abdullayeva ilə fotosunu pay
Elm və Təhsil Nazirliyinin birbaşa tabeliyində fəaliyyət göstərən lisey
Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyəti (İH) uçot dərəcəsini
Sabunçu rayonunda sürücülük hüququ olmadan idarə etdiyi "Toyota Priu
Dünəndən etibarən müəllimlərin sertifikatlaşdırma prosesinin test imtah
Yarandığı ilk gündən etibarən müştərilər tərəfindən böyük rəğb�
1992-ci il mayın 18-də Laçını erməni işğalı zamanı tərk etmək məcbu