Sıxlığı azaltmaq üçün təhsil müəssisələrinin köçürülməsi Əlverişli yerlər haradır?
Digərləri 01 Fev 2025 09:23:00 82 0
Xəbər verdiyimiz kimi, Dövlət Proqramına əsasən, Bakı şəhərində yerləşən təhsil müəssisələrinin fəaliyyətinin şəhərin nəqliyyat sıxlığına təsiri qiymətləndiriləcək və müvafiq təkliflər hazırlanacaq.
Bu xəbəri də oxu: Araqçi: İrana hücum tarixin ən böyük səhvi olardı
2025−2029-cu illər ərzində bu istiqamətdə təhlillər aparılacaq, təkliflər hazırlanacaq və aidiyyəti qurumlarla razılaşdırılacaq, həmin təkliflərin həyata keçirilməsi ilə bağlı tədbirlər planı təsdiq ediləcək.
Maraqlıdır, bu yerdə ediləcək hansı təkliflər daha əlverişli olar?
Baş verəcək yeniliklər təhsil sisteminə necə təsir edər?
Son.az xəbər verir ki, mövzu ilə bağlı Trend-ə danışan Azərbaycan Dövlət Pedaqoji Universitetinin Təhsildə Təhlil və Kommunikasiyalar Mərkəzinin rəhbəri Kamran Əsədov bildirib ki, pik saatlarda tıxacların 30-40%-i məhz məktəblərə və universitetlərə gedən şagirdlər və tələbələrlə bağlıdır:
"İlk növbədə qeyd edim ki, hazırda Bakı şəhərində 35 ali təhsil müəssisəsi fəaliyyət göstərir və burada 140 mindən çox tələbə təhsil alır. Bundan əlavə, müxtəlif səviyyəli məktəblərdə 600 mindən artıq şagird təhsil alır. Bu qədər təhsilalanın hər gün şəhər daxilində hərəkəti əsas yolların yüklənməsinə və tıxacların artmasına səbəb olur. Pik saatlarda tıxacların 30-40%-i məhz məktəblərə və universitetlərə gedən şagirdlər və tələbələrlə bağlıdır".
Bu problemi həll etmək üçün bir neçə əsas istiqamətdə tədbirlər görülə bilər...
"Birincisi, məktəb və universitet avtobuslarının tətbiqi effektiv bir həll yolu ola bilər. Hazırda valideynlərin şəxsi avtomobillərlə məktəbə uşaq aparması səhər saatlarında yolların həddən artıq yüklənməsinə səbəb olur. Əgər dövlət tərəfindən və ya özəl təşəbbüslərlə məktəb avtobusları sistemi qurularsa, valideynlərin fərdi nəqliyyat vasitələrindən istifadəsi azalacaq və yollar daha rahat olacaq. Məsələn, ABŞ və Avropada məktəb avtobusları bu məqsədlə effektiv şəkildə istifadə olunur və həmin ölkələrdə bu sistem tıxacların qarşısını almaqda mühüm rol oynayır.
İkincisi, təhsil müəssisələrinin dərs saatlarının fərqli vaxtlarda başlanması nəqliyyat axınının tənzimlənməsinə kömək edə bilər. Məktəb və universitetlərin eyni vaxtda fəaliyyətə başlaması səhər saatlarında nəqliyyat sıxlığını artırır. Əgər bəzi məktəblərin dərs saatı 8:30 və ya 9:00-a, bəzi universitetlərin isə 10:00 və ya daha gec başlanması təmin edilsə, bu yollardakı yükü mərhələli şəkildə bölüşdürər. ABŞ və Böyük Britaniya kimi ölkələrdə təhsil müəssisələrinin dərs saatlarının müxtəlif vaxtlarda başlaması nəqliyyat axınının tənzimlənməsinə kömək edib və sıxlığı təxminən 15-20% azaldıb.
Üçüncüsü, universitetlərin şəhərdən kənara köçürülməsi nəqliyyat sıxlığının azaldılması baxımından da effektiv yanaşma ola bilər. Hal-hazırda Bakı Dövlət Universiteti, Azərbaycan Texniki Universiteti, Azərbaycan Dillər Universiteti və Azərbaycan Memarlıq və İnşaat Universiteti kimi ali məktəblər mərkəzi yolların üzərində yerləşir və bu da tıxacların yaranmasında əsas faktorlardan biridir. Əgər bu universitetlər Xırdalan, Sumqayıt, Hövsan, Qaradağ və Pirallahı kimi ərazilərə köçürülərsə, tələbələrin və akademik heyətin hərəkəti şəhərdən kənara yönələr və yollardakı sıxlıq azalar. Dünya təcrübəsində də universitetlərin şəhər kənarına köçürülməsi geniş tətbiq olunur. Məsələn, Almaniyada Heidelberg Universiteti, Türkiyədə ODTÜ və Bilkent şəhər kənarında yerləşərək müasir kampus şəraiti yaradır və şəhər nəqliyyatına yük salmır.
Dördüncüsü, ictimai nəqliyyatın gücləndirilməsi və tələbə kartlarının tətbiqi fərdi nəqliyyat vasitələrindən istifadənin azalmasına səbəb ola bilər. Məsələn, Almaniyada tələbələr üçün xüsusi aylıq nəqliyyat kartları var və tələbələr metro, avtobus və tramvaylardan güzəştli qiymətlə istifadə edirlər. Bakıda da bu sistemin tətbiqi həm ictimai nəqliyyata keçidi artırar, həm də şəhər nəqliyyatının yükünü azaldar", - deyə o əlavə edib.
K.Əsədov vurğulayıb ki, bu yeniliklərin təhsil sisteminə bir neçə müsbət təsiri olacaq:
Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə "Bakı şəhərin
Ağ Ev ABŞ Prezidenti Donald Tramp və İsrailin Paş naziri Benyamin Netanyahu
"Efirdə heç vaxt yemək yeməyəcəyəm. Günahdır, yaraşmaz. Mən yeyi
Ermənistanda indiki formada tətbiq edilən universal bəyannamə sistemi iqtis
İsrailin ABŞ-nin dəstəyi ilə İranın nüvə obyektlərinə zərbə endirm�
Türkiyəli aktrisa Zeynep Tuğçe Bayat və əri Cansel Elçin ana, ata olma se
Aparıcı və prodüser Tarix Əliyev (Tolik) müğənni Xatirə İslamın doğu
Yanvarın 30-u Beyləqan rayonunun Birinci Aşıqlı kəndində baş verən yol-
Kanada, Çin və Meksikanın hakimiyyət orqanları yaxın 24 saat ərzində Va�
Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova keçir
ABŞ-a səfərin əsas məqsədi dini etiqad azadlığı ilə bağlı sammitdə
London Universitet Kollecinin (UCL) və Qlazqo Universitetinin alimləri müəyy
COVİD-19 cərimələrinin silinməsi üçün hələlik heç bir təşəbbüs yo
Vaşinqtonun Ronald Reyqan hava limanında Black Hawk hərbi helikopteri ilə s�
ABŞ-nin Filadelfiya ştatından Missuriyə uçan "Learjet 55" təyyar