Elşad Hacıyev Gədəbəy hadisəsi haqda: "Orada aşkar görünür ki, polis əməkdaşları..."
Digərləri 21 İyn 2023 12:03:00 321 0
Daxili İşlər Nazirliyi Gədəbəydə baş verən hadisələrlə bağlı növbəti açıqlamanı yayıb.
Bu xəbəri də oxu: Təyyarədə həlak olanlardan 6sı Zaqataladandır SİYAHI
Son.az-ın məlumatına görə, DİN-in mətbuat xidmətinin şöbə rəisi, polis polkovnik-leytenantı Elşad Hacıyev bildirib ki, Gədəbəy rayonu Söyüdlü kəndində bir qrup şəxs kənd ərazisində inşa olunan süni gölün tikintisinə qanunsuz müdaxiləsilə bağlı 2 aydır ki, həmin şəxslərlə rayon icra hakimiyyəti və polis əməkdaşları tərəfindən profilaktik izahat işləri aparılıb: "Ancaq bütün tədbirlərə baxmayaraq, dünən həmin şəxslər müəssisə əməkdaşlarına hücum etməsi ilə əlaqədar polis əməkdaşları əraziyə cəlb olunaraq onların qanunsuz əməllərinin qarşısını alıblar.
Təəssüf ki, sosial şəbəkələrdə yayılan görüntülər törədilən qanunsuz hərəkətlərin digər tərəflərini əks etdirmir. Qəsdən, məqsədli olaraq, polis əməkdaşının qadınlardan birinə qarşı xüsusi vasitədən istifadə etməsini göstərirlər. Polis əməkdaşı emosiyaya qapılaraq qadına qarşı ciddi qəbahətə yol verib və bunu qəbul edirik. Bununla bağlı müvafiq araşdırma aparılır, onun əməlinə hüquqi qiymət veriləcəkdir.
Vətəndaşlara yaxşı məlumdur ki, əsasən Bakı şəhərində qanunsuz aksiya cəhdlərində iştirak edən qadınların polis əməkdaşlarının ünvanına səsləndirdiyi nalayiq ifadələr, hüquqazidd hərəkətləri ilə bağlı çoxsaylı faktlar var və bunlar jurnalistlər tərəfindən çəkilib, yayılıb. Orada da aşkar görünür ki, polis əməkdaşları həmin qadınlara qarşı yüksək təmkin və intizam nümayiş etdiriblər.
Dəfələrlə olub ki, polis əməkdaşları Azərbaycan qadınına yaraşmayan hüquqazidd hərəkətlərə məruz qalsa da həmin qadınlara qarşı hər hansı xüsusi vasitə tətbiq edilməyib, yaxud cəza verilməsi ilə bağlı məsələ qaldırılmayıb".
Əfsanəvi italyan rəssamı Leonardo da Vinçinin məşhur tablosu ilə bağlı
Müğənni Elvin Abdullayev həyat yoldaşı Afət Abdullayeva ilə fotosunu pay
Elm və Təhsil Nazirliyinin birbaşa tabeliyində fəaliyyət göstərən lisey
Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyəti (İH) uçot dərəcəsini
Sabunçu rayonunda sürücülük hüququ olmadan idarə etdiyi "Toyota Priu
Dünəndən etibarən müəllimlərin sertifikatlaşdırma prosesinin test imtah
Yarandığı ilk gündən etibarən müştərilər tərəfindən böyük rəğb�
1992-ci il mayın 18-də Laçını erməni işğalı zamanı tərk etmək məcbu
Avtobuslarda nağdsız ödəniş üçün yeni mobil tətbiq təqdim edilib.
İyunun 20-dən ölkə ərazisində hökm sürən əlverişsiz hava şəraiti &q
Sloveniya Azərbaycanla bərpa olunan enerji mənbələri sahəsində əməkdaş
Mərkəzi Seçki Komissiyasına (MSK) barəsində məlumat təqdim edilməyən i
Türkiyədə milyonlarla istifadəçisi olan sosial media platforması "Tik
Ermənistan dayanmadan Azərbaycanla vəziyyəti gərginləşdirmək üçün bü