Şam yeməyini ailəsi ilə edən uşaqlar fərqli olur
Digərləri 21 İyn 2023 12:09:00 341 0
"Cəmiyyət adətən təhsildən narazıdır və təhsillə bağlı böyük gözləntiləri formalaşır".
Bu xəbəri də oxu: Təyyarədə həlak olanlardan 6sı Zaqataladandır SİYAHI
Son.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev "İnsan Resursları Zirvəsi 2023" tədbirinin açılış mərasimində deyib.
O bildirib ki, təhsilin yekunda kamil bir insan yaratmaq məqsədi var:
"Kamil insan nədir? Bəzi cəmiyyətlərdə bu dəyərlər üzərindən, bəzilərində isə əmək bazarındakı rolu qabardılır".
Nazir qeyd edib ki, bəzən belə fikirlər irəli sürülür ki, "gəlin 10 min texnoloq hazırlayaq":
"Bu, sanki ev tikəndə az investisiya qoyulmuş fundamentin üzərinə böyük yük qoymağa bənzəyir. Şam yeməyini bir yerdə edən ailələrlə, ayrı edənlərdə böyüyən uşaqların həm oxu, həm də riyaziyyat göstəricilərində çox böyük fərq var. Evdə kitab sayı, valideynlərin kitab oxumaq həvəsi, valideynlərin davranışı da prosesə böyük təsir edir. Biliyi bir başdan başqasına mexaniki olaraq götürüb qoymaq mümkün deyil. Bu, çox ciddi psixoloji inkişaf prosesidir. Təhsilin yekunda kamil bir insan yaratmaq məqsədi var. Müxtəlif cəmiyyətlərdə kamil insan fərqli başa düşülür. Bəzilərində daha çox dəyərlər üzərindədir, bəzilərində əmək bazarı daha çox qabardılır. Bu, artıq həmin cəmiyyətin seçimi məsələsidir. Həqiqətən də bir insanın inkişafında ailə, məktəb və ətraf mühit təsir edir. İnsan bir mühitdə dünyaya gəlir və həmin mühit onun inkişafında əsas amildir. Mühitlərin ölçülə bilən meyarları var".
Daxili İşlər Nazirliyi Gədəbəydə baş verən hadisələrlə bağlı növb
Əfsanəvi italyan rəssamı Leonardo da Vinçinin məşhur tablosu ilə bağlı
Müğənni Elvin Abdullayev həyat yoldaşı Afət Abdullayeva ilə fotosunu pay
Elm və Təhsil Nazirliyinin birbaşa tabeliyində fəaliyyət göstərən lisey
Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyəti (İH) uçot dərəcəsini
Sabunçu rayonunda sürücülük hüququ olmadan idarə etdiyi "Toyota Priu
Dünəndən etibarən müəllimlərin sertifikatlaşdırma prosesinin test imtah
Yarandığı ilk gündən etibarən müştərilər tərəfindən böyük rəğb�
1992-ci il mayın 18-də Laçını erməni işğalı zamanı tərk etmək məcbu
Avtobuslarda nağdsız ödəniş üçün yeni mobil tətbiq təqdim edilib.
İyunun 20-dən ölkə ərazisində hökm sürən əlverişsiz hava şəraiti &q
Sloveniya Azərbaycanla bərpa olunan enerji mənbələri sahəsində əməkdaş
Mərkəzi Seçki Komissiyasına (MSK) barəsində məlumat təqdim edilməyən i
Türkiyədə milyonlarla istifadəçisi olan sosial media platforması "Tik