Ermənistan nifrət siyasətində uşaqlardan istifadə edir
Siyasət 19 İyn 2023 11:54:00 309 0
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva tərəfindən Ermənistanın azərbaycanlılara qarşı yürütdüyü nifrət siyasətində uşaqlardan istifadə edilməsinə dair xüsusi hesabat hazırlanaraq aidiyyəti beynəlxalq təşkilatlara göndərilib.
Bu barədə Son.az-a Ombudsman Aparatından məlumat verilib.
Məlum olduğu kimi, 18 iyun tarixi dünyada Nifrət Nitqinə qarşı Beynəlxalq Mübarizə Günü kimi qeyd olunur və bu hesabatın hazırlanmasında da məqsəd Ermənistanın Azərbaycana qarşı apardığı nifrət siyasətində uşaqlardan istifadə olunmasına dair faktların dünya ictimaiyyətinin, eləcə də aidiyyəti beynəlxalq təşkilatların diqqətinə çatdırmaq və nifrət siyasətinin qarşısının alınması ilə əlaqədar təxirəsalınmaz tədbirlərin görülməsi ilə bağlı çağırış etməkdir.
Azərbaycan və ingilis dillərində hazırlanmış hesabatda uzun illər Ermənistan tərəfindən Azərbaycana qarşı həyata keçirilən nifrət siyasətinə uşaqların alət edilməsi, münaqişə dövründə,o cümlədən İkinci Qarabağ müharibəsi zamanı uşaqların hərbi əməliyyatlara cəlb edilməsi ilə bağlı faktlardan, mediada bununla bağlı qeyd olunmuş məlumatlardan və digər mənbələrdən istifadə olunub.
Qeyd etmək lazımdır ki, Ombudsman Aparatı tərəfindən bundan əvvəl də araşdırmalar nəticəsində əldə edilmiş faktoloji materiallar, sosial şəbəkələrdə və mətbuatda yayımlanan etibarlı mənbələrdən alınmış məlumatlar əsasında azərbaycanlılara qarşı nifrət cinayətləri və nifrət nitqinə dair hesabat hazırlanıb və müvafiq beynəlxalq insan hüquqları qurumlarına ünvanlanıb.
Hesabatın tam mətni ilə buradan tanış ola bilərsiniz.
"Sahibkarların müraciəti Fövqəladə Hallar Nazirliyinin müvafiq regio
Azərbaycanın tanınmış meyxanaçıları Vüqar Əbdülov, Oqtay Kamil, Mehma
"Norm" ASC "Best Managed Companies Azerbaijan" layihəsinin
Azərbaycanın Rusiya Federasiyası ilə sərhədyanı rayonlarının ərazisind
Naxçıvan MR Kəngərli Rayon Polis Şöbəsinə kadr təyinatı olub.
Müğənni İbrahim Borçalı avtomobil qəzasında dünyasını dəyişən oğl
19 iyun 2023-cü il tarixindən etibarən ölkənin aparıcı banklarından biri
Ukraynada hərbi əməliyyatlar başlayandan indiyədək Rusiyanın 220 450 hər
İyunun 19-u saat 00:45-dən saat 02:20-dək Azərbaycan Ordusunun bölmələri
İyunun 19-da saat 08 radələrində Naxçıvan şəhəri Qaraxanbəyli kəndind
Son.az AZƏRTAC-a istinadən bildirir ki, Azərbaycan Respublikasının Prezid
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sos
Neft İxrac edən Ölkələr Təşkilatının (OPEC) Baş katibi Haysam Əl-Qays