“Norm ASC” Azərbaycanda ən yaxşı idarə olunan şirkət seçilib
Digərləri 19 İyn 2023 11:10:00 373 0
"Norm" ASC "Best Managed Companies Azerbaijan" layihəsinin 2023-cü il üzrə qaliblərindən biri olub.
Bu xəbəri də oxu: Qışda kondisionerdən istifadənin zərərləri
Layihə Deloitte Azərbaycan şirkətinin təşkilatçılığı, Paşa Bank, Azərbaycan Dövlət İqtisad Universiteti, Sahibkarlığın İnkişafı Fondu, AMCHAM Azerbaijan, İctimai Televiziyanın dəstəyi ilə həyata keçirilib.
Layihədə 20-yə yaxın yerli şirkət iştirak edib. Müstəqil hakim heyəti tərəfindən builki qalib şirkətlər müəyyən edilib və mükafatı "Norm" ASC-nin Baş icraçı direktoru Henning Sasseyə bp-nin Xəzər bölgəsində Xarici əlaqələr və kommunikasiya üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli təqdim edib.
Layihə çərçivəsində şirkətlərin qiymətləndirilməsi 4 əsas meyar - strategiya, təşkilatın imkanları və innovasiyalar, korporativ idarəetmə və maliyyənin idarə edilməsi, korporativ mədəniyyət və məsuliyyət üzrə aparılır.
Qeyd edək ki, "Norm" ASC sənaye sektorunda davamlı inkişafa can atan, güclü korporativ idarəetməni dəstəkləyən, şirkət mədəniyyətini daim inkişaf etdirən və sosial məsuliyyəti yerinə yetirən şirkətlər arasında qabaqcıl mövqedə yer alır. Şirkət müxtəlif ölkələrdə enerji, telekommunikasiya, yüksək texnologiyalar və tikinti sənayesi üzrə fəaliyyət göstərən çoxşaxəli şirkətlər qrupu - NEQSOL Holding-in tərkibinə daxildir.
"Best Managed Companies" müsabiqəsi Deloitte tərəfindən Azərbaycanla yanaşı, dünyanın 35-dən çox müxtəlif ölkəsində təşkil olunur.
Azərbaycanın Rusiya Federasiyası ilə sərhədyanı rayonlarının ərazisind
Naxçıvan MR Kəngərli Rayon Polis Şöbəsinə kadr təyinatı olub.
Müğənni İbrahim Borçalı avtomobil qəzasında dünyasını dəyişən oğl
19 iyun 2023-cü il tarixindən etibarən ölkənin aparıcı banklarından biri
Ukraynada hərbi əməliyyatlar başlayandan indiyədək Rusiyanın 220 450 hər
İyunun 19-u saat 00:45-dən saat 02:20-dək Azərbaycan Ordusunun bölmələri
İyunun 19-da saat 08 radələrində Naxçıvan şəhəri Qaraxanbəyli kəndind
Son.az AZƏRTAC-a istinadən bildirir ki, Azərbaycan Respublikasının Prezid
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sos
Neft İxrac edən Ölkələr Təşkilatının (OPEC) Baş katibi Haysam Əl-Qays
Yapon texnologiyaları Azərbaycanda dekarbonizasiya məqsədilə tətbiq oluna
Gələn həftədən Azərbaycanda 7 günlük tətil başlayır.
Qaradağda baş verən zəncirvari qəzanın görüntüləri yayılıb.