Azərbaycan Rusiya ilə sərhəddə “SərhədSipər” əməliyyatları keçirir
Siyasət 19 İyn 2023 11:01:00 328 0
Azərbaycanın Rusiya Federasiyası ilə sərhədyanı rayonlarının ərazisində "Sərhəd-Sipər" şərti adı altında kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər keçirilir.
Son.az Trend-ə istinadən bildirir ki, əməliyyatlar Azərbaycan Respublikası və Rusiya Federasiyasının daxili işlər nazirləri arasında əldə olunmuş qarşılıqlı razılaşmaya əsasən aparılır.
Aparılan əməliyyatlarla əlaqədar Quba, Qusar, Xaçmaz, Balakən, Zaqatala, Qax, Şəki, Oğuz və Qəbələ rayonlarının ərazilərində müvafiq yerlərdə polis postları qurulub.
Bir həftə davam edəcək əməliyyatların əsas məqsədi sərhədyanı əməkdaşlıq məsələləri ilə bağlı qəbul edilmiş qərarların yerinə yetirilməsi, transmilli mütəşəkkil cinayətkar dəstələrin və terrorçu təşkilatların üzvlərinin ifşa edilərək zərərsizləşdirilməsi, silah-sursatın, partlayıcı maddələrin və qurğuların, narkotik vasitələrin, eləcə də digər hüquqazidd əməllərin həyata keçirilməsinə yönələn maliyyə və maddi vəsaitlərin daxilolma kanallarının müəyyənləşdirilib qarşısının alınması sahəsində kompleks təşkilati-praktik tədbirlərin icrasından ibarətdir.
İnsan və vətəndaş hüquq və azadlıqlarının qorunmasına, həmçinin ölkəmizin milli maraqlarına, qanunçuluq prinsiplərinə ciddi riayət olunaraq reallaşdırılan belə kompleks əməliyyat-axtarış tədbirləri mütəmadi olaraq həyata keçirilir.
"Sərhəd-Sipər" şərti adı altında kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər iyunun 25-dək davam edəcək.
Son.az
Naxçıvan MR Kəngərli Rayon Polis Şöbəsinə kadr təyinatı olub.
Müğənni İbrahim Borçalı avtomobil qəzasında dünyasını dəyişən oğl
19 iyun 2023-cü il tarixindən etibarən ölkənin aparıcı banklarından biri
Ukraynada hərbi əməliyyatlar başlayandan indiyədək Rusiyanın 220 450 hər
İyunun 19-u saat 00:45-dən saat 02:20-dək Azərbaycan Ordusunun bölmələri
İyunun 19-da saat 08 radələrində Naxçıvan şəhəri Qaraxanbəyli kəndind
Son.az AZƏRTAC-a istinadən bildirir ki, Azərbaycan Respublikasının Prezid
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sos
Neft İxrac edən Ölkələr Təşkilatının (OPEC) Baş katibi Haysam Əl-Qays
Yapon texnologiyaları Azərbaycanda dekarbonizasiya məqsədilə tətbiq oluna
Gələn həftədən Azərbaycanda 7 günlük tətil başlayır.
Qaradağda baş verən zəncirvari qəzanın görüntüləri yayılıb.
Ermənistan ordusunun bütün sərhədboyu ərazilərdə 1 nömrəli hazırlıq