Kapital Bankın dəstəyiilə “Heydər Əliyev və Azərbaycan sahibkarlığı” mövzusunda sərgi keçirilir
Digərləri 09 İyn 2023 10:56:00 243 0
Ölkə bankları arasında hər zaman sahibkarlara dəstək göstərən, onlara sərfəli şərtlər əsasında müxtəlif kreditlər, kampaniyalar və güzəştlər təqdim edən Kapital Bank sahibkarlığın inkişafı istiqamətində daha bir tədbirin keçirilməsinə dəstək göstərib. 8-10 iyun 2023-cü il tarixlərində BakuCrystalHall-da İqtisadiyyat Nazirliyinin dəstəyi, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) vəMarsolGroup-un birgə təşkilatçılığı və Kapital Bank-ın rəsmi tərəfdaşlığı ilə "Heydər Əliyev və Azərbaycan sahibkarlığı" mövzusunda yerli şirkətlərin sərgisi keçirilir.
Bu xəbəri də oxu: 4 gün əvvəl həbsdən çıxan Qafar Dəmirçidən xəbər var
Sərginin açılış mərasimində İqtisadiyyat nazirinin müavini Sahib Məmmədov, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli, KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov, Kapital Bank-ınİdarə Heyətinin üzvü, Baş Korporativ satış inzibatçısı Fərid Hidayətzadə və digər rəsmi qonaqlar iştirak ediblər.
"Kapital Bank hər zaman sahibkarlığın inkişaf etdirilməsini, müxtəlif sahələr üzrə dəstək tədbirlərinin və kampaniyaların keçirilməsini prioritet sahələrdən hesab edib. İl ərzində bankın dəstəyi ilə müxtəlif görüşlər, tədbirlər, konfranslar və digər əhəmiyyətli tədbirlər keçirilir. Yerli şirkətlərin iştirak etdiyi bu tədbir də ölkədə sahibkarlığını, biznes mühitinin inkişafına öz töhfəsini verəcək. Kapital Bank olaraq gələcək illərdə də bu sahəyə diqqət yönəltməyi planlaşdırırıq", - deyə, Kapital Bank-ınİdarə Heyətinin üzvü, Baş Korporativ satış inzibatçısı Fərid Hidayətzadə bildirib.
Qeyd edək ki, Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan sərginin məqsədi Ulu Öndərin ölkəmizdə sahibkarlıq ənənələrinin bərpasında və inkişafındakı xidmətlərini bir daha xatırlatmaq, eləcə də Azərbaycan şirkətlərinin daha geniş tanıdılması, bazarlara çıxış imkanlarının genişləndirilməsi, iş adamları arasında biznes tərəfdaşlığının inkişaf etdirilməsi və yeni əməkdaşlıqlarınqurulmasıdır.Sərgidə sənaye, kənd təsərrüfatı, qida, İKT, təhsil, inşaat, logistika, tekstil və digər sahələrdə fəaliyyət göstərən 150-dən çox yerli şirkətin məhsul və xidmətləri nümayiş olunur.
Ermənistan baş naziri Nikol Paşinyanın Türkiyə Prezidenti Rəcəb Tayyib �
Abşeron Rayon İcra Hakimiyyəti başçısının Mehdiabad qəsəbəsi inzibati
Azərbaycanlı qadının övladına qoyduğu adlar onu Türkiyədə məşhur edi
"Baku Network" ekspert platformasında "Tofiq Abbasovla dialoq&qu
Polis Abşeron rayonunda hüquqpozmalara qarşı profilaktik tədbirlər davam e
"Pandemiyada təsadüfi insanlar çox üzə çıxdı. Meydanı boş qoymaq
"İnsan, əgər kasıb yaşayırsa, başdaşısı da sadə olur. Amma elə
Müğənni Zemfira Moskvanın Frunzenskaya sahilindəki məşhur mənzilindən y
Salyanda narkotik vasitələrin satışı ilə məşğul olan iki nəfər saxlan
SEPAH-ın Kosmik Hava Qüvvələri tərəfindən "Fəttah" hipersəs r
Türkiyənin Ədalət və İnkişaf Partiyasının deputatı Bahadır Yenişehir
Ukraynanın Xerson vilayətində Rusiyanın nəzarətində olan Kaxovka bəndini
"Donetsk vilayətində şiddətli döyüşlər gedir. Nəticə var və mən