İran “Fəttah”la bu ölkələrin sırasına qoşuldu
Dünya 09 İyn 2023 09:03:00 276 0
SEPAH-ın Kosmik Hava Qüvvələri tərəfindən "Fəttah" hipersəs raket sisteminin test variantı nümayiş etdirildi. Hipersəs raketinin mənzili 1400 km-dır. Bu raketlər səsdən beşqat sürətlə hərəkət edə bilir.
Bu xəbəri də oxu: Koronavirusa qarşı yeni vasitə kəşf edildi
Son.az bildirir ki, bu sözləri axar.az-a hərbi ekspert Elxan Şıxəliyev "Fəttah" hipersəs raketinin xüsusiyyətləri haqqında danışarkən deyib.
O, bu silaha qarşı hava hücumundan müdafiə sisteminin bir çox ölkədə olmadığını bildirib:
"Raket həm atmosferdə, həm də atmosfer xaricində müxtəlif trayektoriyalarla hərəkətetmə qabiliyyətinə malikdir. Sürətli hərəkət etdiyi üçün zərərsizləşdirmək asan deyil. Hava hücumundan müdafiə sistemləri onları aşkar etmək və qarşısını almaqda çətinlik çəkir".
Ekspertin sözlərinə görə, İran bu silahı təqdim etməklə öz hərbi gücünü nümayiş etdirmək istəyir:
"Amerika və İsrailin İranın gələcəyinə dair planları var. Tehran da onlara "mənim belə silahım var" mesajını verdi. Bu tip raketlər ABŞ, Rusiya və Çin kimi ölkələrdə var. İran da bununla hipersəs raketləri olan ölkələr cərgəsinə qoşulduğunu göstərmək istədi. Raketlərin kütləvi istehsalı ilə bağlı qərarın nə vaxt veriləcəyini zaman göstərəcək. Düşünmürəm ki, İran bu silahı tez bir zamanda kütləvi istehsal edə bilər".
O, sanksiyalara baxmayaraq, İranın hərbi gücünü artırmasına da münasibət bildirib:
"İranın hərbi potensialını Şah rejimi dönəmində ABŞ və Fransa yaratdı. Yaxın Şərqdə İran onların ən yaxın müttəfiqi sayılırdı. Hərbi istehsal müəssisələrinin yaradılması və texnologiyaların verilməsi ilə hərbi texniki bazasını qurdular. Molla rejiminə keçdikdən sonra bu bazadan yararlanaraq, inkişaf etməyə başladılar. İranın hərbi-texniki istehsalını Çin indiki mərhələdə çox dəstəkləyir. Həmçinin, mütəxəssislər üzərindən Rusiya ilə də çalışmaları var. Daxildəki bütün hərbi-intellektual və iqtisadi resurslarını hərbi sənayeyə yönəldib. Keçmişdən qalan potensialını yeni idarəetmə sisteminə uyğunlaşdırmağa çalışır. Dövlət içində bir dövlət olan SEPAH-ın verdiyi dəstək də mühümdür. Öz iqtisadi mənbələri var və hərbi sahənin maliyyələşdirməsini həyata keçirə bilir. Ona görə də İran hərbi sənayesini inkişaf etdirməyi və ayaqda saxlamağı bacarır".
Türkiyənin Ədalət və İnkişaf Partiyasının deputatı Bahadır Yenişehir
Ukraynanın Xerson vilayətində Rusiyanın nəzarətində olan Kaxovka bəndini
"Donetsk vilayətində şiddətli döyüşlər gedir. Nəticə var və mən
Pentaqon Ukrayna üçün hava hücumundan müdafiə sursatları da daxil olmaqla
Bakının Xətai rayonunda piyadanın xəsarət alması ilə nəticələnən yol
Bu il mayın 8-dən iyunun 4-dək dünyada 1,7 milyondan çox insan koronavirusa
"Rusiya Xerson vilayətində atəşi dərhal dayandırmalıdır".
Atmosfer havasının keyfiyyətinin monitorinqi gündəlik olaraq Bakı şəhər
Şəkinin Baş Şabalıd kəndindən keçən sel kəndin yeganə girişi olan Qu
Xəbər verdiyimiz kimi, ötən həftədən sosial şəbəkələrdə vəfat edə
Ukrayna xarici işlər naziri Dmitri Kuleba və ABŞ Dövlət katibi Entoni Blin
Bakıdakı İtaliya Ticarət Agentliyi (İTA) İtaliyadan Azərbaycana biznes mi
Kaxovka SES-də baş vermiş texnogen qəzaya görə vəziyyət son dərəcə a�
Hafize Gaye Erkan Türkiyənin Mərkəzi Bankının sədri təyin olunub.
Fəxrəddin Altun Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdar�