"Onlar Azərbaycana gəlmək istəyir"


Digərləri 09 İyn 2023 07:27:00 162 0

"Onlar Azərbaycana gəlmək istəyir"

Bakıdakı İtaliya Ticarət Agentliyi (İTA) İtaliyadan Azərbaycana biznes missiyası təşkil etməyi planlaşdırır.

Bunu Trend-ə İTA-nın direktoru Andrea Makkaniko deyib.

Onun sözlərinə görə, agentlik bu missiyanın köməyi ilə İtaliya regionlarının nümayəndələrini Azərbaycana cəlb etməyə çalışır. Missiyaya İtaliyanın turizm və kənd təsərrüfatı sektorunun nümayəndələri daxil olacaq.

A.Makkanikonun sözlərinə görə, agentlik tez-tez İtaliyadan Azərbaycana və Azərbaycandan İtaliyaya missiyalar təşkil edir.

"İki ay əvvəl biz Azərbaycan nümayəndə heyətinin İtaliyanın Pyemont bölgəsinə səfərini təşkil etdik. Orada jurnalistlər, idxalçılar, bloggerlər və s. var idi. İdeya İtaliyanın regionlarını azərbaycanlı iş adamları üçün daha da məşhurlaşdırmaq idi. Beləliklə, Pyemont bölgəsinin sakinləri Azərbaycan nümayəndə heyəti ilə əlaqə saxlamaq imkanı əldə etdiyinə görə çox şad idi və indi də Azərbaycana gəlmək istəyir", - deyə A.Makkaniko bildirib.

A.Makkaniko əlavə edib ki, missiya üçün planlaşdırılan qrafik 2023-cü ilin sentyabr və ya oktyabr ayıdır.

"Misiyanın əsas məqsədi kommunikasiya yaratmaqdır. Ona görə də bu il biz həm İtaliyaya, həm də İtaliyadan Azərbaycana daha çox missiya təşkil etməyi qarşıya məqsəd qoymuşuq", - deyə o bildirib.

Ümumiyyətlə, A.Makkanikonun sözlərinə görə, Azərbaycanda mütəmadi olaraq üç əsas tədbir keçirilir: İtaliya Dizayn Günü, İtalyan Mətbəxi Həftəsi və Respublika Günü.

"Bundan əlavə, mən yerli restoranlar, barlar və otellərlə daim əlaqə saxlayıram. Əgər İtaliyaya həsr olunmuş hər hansı tədbir keçirəcəklərsə, biz onlara hər cür dəstək verməyə hazırıq. Tədbirlər üçün yeni ideyalar adətən bizim tərəfimizdən [Andrea Makkaniko və İtaliyanın Azərbaycandakı səfiri Klaudio Taffuri] İtaliyadakı baş ofisə təqdim olunur. Orada hansı proqramın və ya tədbirin maliyyələşdirilməsinə qərar verilir. Bu il yalnız tanıtım tədbirlərinə təxminən 500.000 avro xərcləyəcəyik", - deyə o bildirib.

Agentliyin hazırkı layihələrindən danışan direktor qeyd edib ki, İTA Azərbaycanda işləmək istəyən İtaliya şirkətlərinə dəstək məqsədilə bir çox layihələr həyata keçirir.

A.Makkanikonun sözlərinə görə, agentlik "Made in Italy" brendi altında malların təqdim olunmasında xüsusi maraqlıdır və bu məqsədlə müxtəlif layihələr və tədbirlər fəal şəkildə hazırlanır və həyata keçirilir. Bu baxımdan agentliyin əsas təşəbbüslərindən biri də idxalçıların axtarışının aparıldığı layihədir. Bu layihə Azərbaycanda biznes qurmaqda maraqlı olan italyan müəssisələrini dəstəkləmək məqsədi daşıyır və alıcıları, biznes nümayəndələrini, bloggerləri və idxalçıları İtaliyada keçirilən müxtəlif tədbirlərə dəvət etməyi nəzərdə tutur.

"İl boyu biz 30-dan 50 nəfərə qədər insanı kosmetika və gözəllik sənayesindən tutmuş kənd təsərrüfatı, qida və şəraba qədər müxtəlif sənaye sahələrinə həsr olunmuş sərgilərə dəvət edirik. Bu, işin bir hissəsidir və bu, bizim üçün çox vacibdir. Bunlar yalnız peşəkarlar üçün eksklüziv yarmarkalardır", - deyə o bildirib.

A.Makkanikonun qeyd etdiyi kimi, bu, Azərbaycan və İtaliyanı biznes baxımından birləşdirmək üçün ilk addımdır. İdxalçılar tapıldıqdan sonra İTA növbəti mühüm addımı atır.

"İkinci addım Azərbaycan idxalçıları ilə italyan istehsalçıları arasında əlaqələrin qurulması üçün gələcək işgüzar görüşlərin və tanıtım tədbirlərin təşkil edilməsidir", - deyə o bildirib.

İTA direktorunun sözlərinə görə, agentliyin səyləri həm də italyan istehsalçılarının birbaşa Azərbaycana cəlb edilməsinə yönəlib. Bu istiqamətdə qarşıda duran tədbirlərdən biri də iyunun 27-də Bakıda keçirilməsi nəzərdə tutulan yarmarkadır.

"Məsələn, iyunun 27-də biz burada, Bakıda çoxsaylı italyan məhsul istehsalçılarının iştirakı ilə yarmarka keçirəcəyik. Onlar idxalçılarla görüşəcəklər. Bu tədbir yalnız bu sahədə peşəkarlar üçün nəzərdə tutulub. Təxminən 100-150 nəfərin iştirak edəcəyini gözləyirik", - deyə o bildirib.

"Tədbir zamanı işgüzar görüşlər keçiriləcək. Ümid edirəm ki, yaxın 6 ayda İtaliya istehsalçıları Azərbaycandan sifarişlər alacaq və burada yeni məhsullarımız olacaq. İdeya ondan ibarətdir ki, məhsulların çeşidini artırmaq və qiymətləri aşağı salmaq, çünki xaricdən gətirilən məhsullar həmişə yerli məhsullardan bahadır", - deyə A.Makkaniko əlavə edib.

Daha sonra İTA-nın direktoru İtaliya şirkətlərinin Azərbaycanda xüsusi maraq göstərdiyi sahələrdən danışıb. O qeyd edib ki, agentlik bir çox tədbirlər keçirir.

"İki ölkə arasında böyük siyasi dostluq var. İtaliyanın "Ansaldo Energia" şirkəti Azərbaycanda fəaliyyət göstərir. Həmçinin Azərbaycan traktor istehsalçısı ilə birgə müəssisədə Azərbaycanda kənd təsərrüfatı avadanlıqları istehsal edən italiya şirkəti var", - deyə o bildirib.

Bundan əlavə, İTA direktorunun sözlərinə görə, İtaliyanın moda brendləri də Azərbaycanda geniş şəkildə təmsil olunur.

"Bundan başqa, oktyabrda Bakıda keçiriləcək Beynəlxalq Aerokosmik Konfransda iştirak etmək niyyətindəyik. Orada İtaliyadan kosmik sektorda çalışan şirkətləri təqdim edəcəyik. Bundan əlavə, Milanda növbəti konfransı təşkil edəcəyik. Bu konfrans Azərbaycanın "Azərkosmos" şirkəti ilə İtaliya Kosmik Agentliyi arasında çox yaxşı əlaqələrin olduğunu nümayiş etdirir", - deyə A.Makkaniko əlavə edib.

"Azərbaycanın İtaliyadan ən böyük idxalı maşınqayırma sahəsidir. Mühəndislik kifayət qədər böyük sahədir və İtaliyanın güclü olduğu yer budur. Məsələn, kənd təsərrüfatı sektorunda ölkəyə bitkilərin yetişdirilməsinə kömək etmək üçün Azərbaycanı qabaqcıl texnika ilə təchiz edən bir çox italyan şirkətləri var", - deyə o bildirib.

İtaliya Ticarət Agentliyi dövlət qurumudur. Agentlik 65 ölkədə 79 ofisdən ibarət dünya şəbəkəsi vasitəsilə fəaliyyət göstərir. Bu ölkələrdən biri də Azərbaycandır. İTA ofisləri İtaliya məhsullarının alınması və İtaliyada investisiya imkanlarının araşdırılması kimi fəaliyyətlər də daxil olmaqla, italyan tərəfdaşları ilə işgüzar əlaqələr qurmaq istəyən şirkətlər üçün ideal başlanğıc nöqtəsi kimi xidmət edir.

Fəlakətdir, Putin nə edir?  Zelenski like
  • 09 İyn 07:20  
Dünya Fəlakətdir, Putin nə edir? Zelenski

Kaxovka SES-də baş vermiş texnogen qəzaya görə vəziyyət son dərəcə a�

arrow Ətraflı
Türkiyənin Mərkəzi Bankının sədri like
  • 09 İyn 07:14  
Dünya Türkiyənin Mərkəzi Bankının sədri

Hafize Gaye Erkan Türkiyənin Mərkəzi Bankının sədri təyin olunub.

arrow Ətraflı
Ərdoğan onu vəzifəsində saxladı like
  • 09 İyn 07:07  
Dünya Ərdoğan onu vəzifəsində saxladı

Fəxrəddin Altun Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdar�

arrow Ətraflı
Əli Xamneyidən sonra NƏ OLACAQ?  İrana yaxınlaşan “varis böhranı”  FOTO like
  • 09 İyn 07:00  
Digərləri Əli Xamneyidən sonra NƏ OLACAQ? İrana yaxınlaşan “varis böhranı” FOTO

Son zamanlar etirazlarla gündəmə gələn İranın ikinci dini lideri olan Xam

arrow Ətraflı
BMTnin mənzil qərargahında bayraqlar endirildi like
  • 09 İyn 06:06  
Dünya BMTnin mənzil qərargahında bayraqlar endirildi

Birləşmiş Millətlər Təşkilatının (BMT) Nyu-York şəhərindəki mənzil

arrow Ətraflı
"Həmin meyxanaçılardan iyrənirəm" like
  • 09 İyn 05:05  
Şou-biznes "Həmin meyxanaçılardan iyrənirəm"

"Bəzilərinə meyxana əmanət etdiyim üçün təəssüflənirəm. Baxır

arrow Ətraflı
"Gmail" hesabınızın təhlükəsizliyi üçün diqqətli olun: Mavi işarəyə etibar etməyin like
  • 09 İyn 04:04  
Digərləri "Gmail" hesabınızın təhlükəsizliyi üçün diqqətli olun: Mavi işarəyə etibar etməyin

"Gmail" hesablarınızın təhlükəsizliyi pozula bilər. Bununla ba�

arrow Ətraflı
Berenin illər sonrakı halı təəccübləndirir  FOTO like
  • 09 İyn 03:03  
Şou-biznes Berenin illər sonrakı halı təəccübləndirir FOTO

"Kocamın ailesi", "Anne", "Kızım" kimi serialla

arrow Ətraflı
“WhatsApp”da çoxdan gözlənilən yenilik  FOTO like
  • 09 İyn 02:02  
Digərləri “WhatsApp”da çoxdan gözlənilən yenilik FOTO

"WhatsApp"ın "iOS" və "Android" üçün "be

arrow Ətraflı
Pulsuz qalan tiktoker 14 milyonluq klip çəkdirir like
  • 09 İyn 01:28  
Şou-biznes Pulsuz qalan tiktoker 14 milyonluq klip çəkdirir

Rusiyadan Dubaya köçən tiktoker və musiqiçi Danya Miloxin maddi vəziyyəti

arrow Ətraflı
Uşağı konfetlə şirnikləndirib qaçırmaq istədi like
  • 09 İyn 01:01  
Digərləri Uşağı konfetlə şirnikləndirib qaçırmaq istədi

Rusiyada kişi meydançadan uşaq qaçırmağa cəhd edib, lakin qonşuların sa

arrow Ətraflı
Azərbaycan və İran XİN rəhbərləri telefonla danışdı like
  • 09 İyn 00:53  
Siyasət Azərbaycan və İran XİN rəhbərləri telefonla danışdı

8 iyun 2023-cü il tarixində Azərbaycan Respublikasının xarici işlər nazir

arrow Ətraflı
Meşədə uşaq doğub ağacların dibinə atdı like
  • 09 İyn 00:45  
Digərləri Meşədə uşaq doğub ağacların dibinə atdı

Ryazan vilayətində 19 yaşlı qız gecəyarı 4 radələrində meşədə uşaq

arrow Ətraflı
“Zəng etdi ki, sənə çılpaq şəklimi göndərim”  Elgizdən like
  • 09 İyn 00:28  
Şou-biznes “Zəng etdi ki, sənə çılpaq şəklimi göndərim” Elgizdən

Aparıcı Elgiz Əkbər proqramındakı açıqlaması ilə diqqət çəkib.

arrow Ətraflı
Günün qoroskopu: Tapşırıqların mexaniki şəkildə yerinə yetirilməsi ilə kifayətlənməyin like
  • 09 İyn 00:01  
Digərləri Günün qoroskopu: Tapşırıqların mexaniki şəkildə yerinə yetirilməsi ilə kifayətlənməyin

Milli.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope"

arrow Ətraflı