"Gmail" hesabınızın təhlükəsizliyi üçün diqqətli olun: Mavi işarəyə etibar etməyin
Digərləri 09 İyn 2023 04:04:00 257 0
"Gmail" hesablarınızın təhlükəsizliyi pozula bilər. Bununla bağlı mavi işarə hesablara belə etibar etmək düzgün deyil. "Google", mayın 4-də "Twitter Blue"a bənzər yeni təhlükəsizlik xüsusiyyəti olan mavi işarəni təqdim edib. Bu mavi işarə orijinal şirkətlərin e-poçtlarının yanında görünməli idi, lakin son iddialara görə, fırıldaqçılar da bu xüsusiyyətdən zərərli şəkildə istifadə etməyə başlayıblar.
Son.az Trend-ə istinadən bildirir ki, "Google" tərəfindən edilən bu təhlükəsizlik təkmilləşdirməsi şirkətlərə orijinal e-poçt hesablarını ayırd etməyə imkan verməli olsa da, bu xüsusiyyətin istifadə oluna biləcək bir zəifliyə sahib olduğu ortaya çıxıb. Tədqiqatçı Chris Plummer göstərdi ki, hakerlər bu funksiyadan sui-istifadə edə bilərlər. Saxta e-poçtlara şirkətin rəsmi loqosu və "Gmail" işarəsi daxil ola bilər və bu e-poçtlar gələnlər qutunuza düşə bilər.
Hakerlər e-poçtlar vasitəsilə ünvanınızı, doğum tarixinizi və oxşar şəxsi məlumatlarınızı oğurlamağa cəhd edə bilərlər. Yeni bir üsul olaraq, e-poçtları bir şirkət adından göndərirlər. "Google"un bu problemi nə vaxt həll edəcəyi bəlli deyil. Buna görə də "Gmail"də görünən mavi işarələrə etibar etməməyiniz vacibdir. Həmişə göndərilən ünvanın şübhəli olub olmadığına diqqət yetirin. Şəxsi məlumatlarınızı "Gmail" vasitəsilə heç kimə verməyin və şübhəli hesablar üçün müvafiq şirkətlərə zəng edərək müştəri xidmətləri ilə əlaqə saxlayın. "Gmail" hesablarınızın təhlükəsizliyi üçün diqqətli olun.
Son.az
"Kocamın ailesi", "Anne", "Kızım" kimi serialla
Rusiyadan Dubaya köçən tiktoker və musiqiçi Danya Miloxin maddi vəziyyəti
Rusiyada kişi meydançadan uşaq qaçırmağa cəhd edib, lakin qonşuların sa
8 iyun 2023-cü il tarixində Azərbaycan Respublikasının xarici işlər nazir
Ryazan vilayətində 19 yaşlı qız gecəyarı 4 radələrində meşədə uşaq
Aparıcı Elgiz Əkbər proqramındakı açıqlaması ilə diqqət çəkib.
Milli.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope"
Türkiyənin İstanbul şəhərində silahlı insident olub.
Ruslar Kaxovka SES-in bəndinin dağılması nəticəsində şəxsi heyət və t
Amerikalı məşhur aktyor və komediya ustası Pet Kuper vəfat edib.
"Mən uşaqlıqdan sevimli, çox hörmət etdiyim Nərgiz Cəlilovaya baxı
Rusiya Ukraynanın Çerkas vilayətinin Uman şəhərini atəşə tutub, 8 nəf�
ARB telekanalında yayımlanan "Səni axtarıram" proqramında hər k�