Günün qoroskopu: Tapşırıqların mexaniki şəkildə yerinə yetirilməsi ilə kifayətlənməyin


Digərləri 09 İyn 2023 00:01:00 264 0

Günün qoroskopu: Tapşırıqların mexaniki şəkildə yerinə yetirilməsi ilə kifayətlənməyin

Milli.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir

Son.az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir

Qoç - enerjili, aktiv olun. Qətiyyətli davranın, iradəli qərarlar verin. Çətin işi yerinə yetirmək üçün tərəfdaş və ya yardımçı cəlb etsəniz, daha yaxşı nəticələrə nail ola bilərsiniz. Könüllü əməkdaşlıq, qohumlarla intensiv təmaslar, həmkarlarla birgə planların qurulması üçün pis gün deyil.

Sükan arxasında çox vaxt keçirməyin. Axşam saatlarında ailənin problemlərini düşünün, yaxınlarınızın düşdüyü situasiyanı təhlil edin. Bəzi məsələlərlə bağlı izafi aqressiv olmayın.

Buğa - dünənki situasiyanın davamı olan hadisələrin axarını öz xeyrinizə çevirin. Faydalı əlaqələr qurun. Yaxın gələcəkdə karınıza gələ biləcək təmaslarda aktiv olun. Xırdalıqlara diqqət yetirin. Saatlar keçdikcə işlərinizdə harmoniya və əlverişli nüansların sayı artacaq. Qohumlara baş çəkmək, ailəvi istirahət üçün yaxşı vaxtlardır. Yaxın ətrafınızdakı insanlardan biri ilə bağlı xoş xəbər alacaqsınız.

Axşam saatlarında normal istirahət edin.

Əkizlər - səhər saatlarından etibarən süst və tənbəl olmayın. Müzakirələr, informasiya axtarışları, texnika ilə bağlı iş, təmir, quraşdırma və avadanlıqların yenilənməsi zamanıdır. Fiziki işlə də məşğul olmaq olar. Rasionunuza fikir verin, tamahkarlıq etməyin. Səhhətinizin qeydinə qalın.

Yaşam tonusunun aşağı düşməməsi üçün zəruri təmrinləri yerinə yetirin.

Axşam saatlarında gəzintiyə çıxmaq olar.

Xərçəng - tərəfdaş və ya həmkarlardan biri ilə yeni əməkdaşlığa başlamaq olar. Müzakirə və diskussiyaların vaxtını uzatmayın. Sözdən işə keçmək zamanıdır.

Ailənin maraqlarını ön plana çəkin. Məsləhətlərdən faydalanın. Yaxın ətrafınızdakı insanların maraqlarını nəzərə alın, deyilənlərə laqeyd yanaşmayın. Axşam saatlarına yaxın pozitiv olun, öz işlərinizi tamamlamağa çalışın.

Kütlədən ayrılın, fərqli olun. Gərəkli insanlarda özünüzlə bağlı xoş təəssürat yaratmağa can atın.

Şir - günün ilk yarısında qeyri-standart məsələləri həll etmək məcburiyyətində qalacaqsınız. Qohumlar, dostlar və ya qonşular dadınıza çatacaq. Aktual məqamla bağlı kollektiv mövqenin formalaşdırılması, diskussiyanın başa çatdırılması üçün əlverişli zamandır. Təmaslar səthi, hərdəmxəyal olmasın.

Axşam saatlarına yaxın səmimi və xoş ünsiyyətə zərurət duyulucaq. Psixoloji komforta, təhlükəsizliyə ehtiacınız var.

Musiqi, dinlə maraqlanacaqsınız.

Qız - işlərinizi qaydaya salın, yaranan problemləri növbə ilə həll etməyə can atın. Alış-veriş üçün əlverişli zamandır. İndiyədək görməyi unutduğunuz işləri başa vurun. İşlərlə bağlı olaraq harasa yollanmaq gərək olacaq.

Yaxın gələcəklə bağlı planlarda miqyas böyüyəcək. Qohumlardan və ya tanışlardan birinin sizə ehtiyacı var. Qəflətən romantikə, illüziyalara qapılan avantüristə çevrilməyin. Praqmat olun, məqsədlərinizə çatmaq üçün zəruri bildiyiniz vasitələrdən istifadə edin.

Tərəzi - əhvalınızdakı müvazinəti pozmayın, bədbinliyə qapılmayın. Üzləşdiyiniz çətinlikləri başqalarından yardım istəmədən, kənardan kömək gözləmədən həll edin. Müstəqil olun, kimsənin qarşısında əyilməyin. Zəifləri kimsə sevməz. Reallıqla çox az əlaqəyə malik tələbatlar və istəklər sizi yanlış yola apara bilər.

Şərtlərin uğurlu olması, situasiyanın əlverişli məcrada yer alması sizdə emosional eyforiya yaratmasın. Köhnə səhvləri təkrarlamayın. Bacara bilməyəcəyiniz işə başlamayın, boş vədlər verməyin.

Əqrəb - səhər saatlarından etibarın başqalarının problemi ilə məşğul olmaq o qədər də yaxşı seçim deyil. Öz maraqlarınızı unutmayın. Mənafelərinizi başqalarının istəklərinə qurban verməyin. Romantik görüş ola bilər.

Musiqi, mütailə istəyi olsa da, bu arzuları daha münasib zamana saxlayın. Ətrafınızdakı vurnuxmanın təsiri altına düşməyin. Mövqeyinizi və fikirlərinizi aşkar bildirin. Kölə olmayın, azadlığınızı və sərbəstliyinizi başqalarına hədiyyə verməyin. Yeni, genişmiqyaslı planlar qurmaq olar.

Axşam saatlarında dəvət aldığınız yerə qatılın.

Oxatan - günün ilk yarısında tənha qalmayın. Ümumi məqsədə doğru tərəfdaşlarla və şəriklərlə irəliləmək olar. Həmfikirlərin dediklərinə qulaq asın. Saatlar keçdikcə, sadəcə, tərəfdaş rolu ilə barışmaq istəməyəcəksiniz. Maraqlarınızın tapdandığını, kimlərinsə öz davranışı ilə ləyaqətinizi alçaltdığını düşünəcəksiniz.

Belə hisslərə görə yaxın ətrafınızdakı insanlarla münasibətlərdə psixoloji gərginlik yaratmayın. Axşam saatlarına yaxın liderlik məziyyətlərinizi nümayiş etdirin.

Ailə üzvlərinin qayğısına qalın.

Oğlaq - cari və rutin işlər bir qədər darıxdırıcı olsa da, onları yerinə yetirmək gərəkdir. Yarımçıq işlər irəliləyişinizə maneələr yaradacaq. Yaşananlara neytral, emosiyalar olmadan yanaşmaq çox çətindir.

Səbəb isə istedadsız insanların dühadan, yaramazların ləyaqətdən danışmalarıdır. Təmkinli olun, belələrinə fikir verməyib öz işlərinizlə məşğul olun. Yaxınlarınızla təmaslarda emosional amil ön plana çıxmasın.

Günün ikinci yarısında yaşam potensialının səviyyəsi aşağı düşə bilər. Rəğbət bəsləmədiyiniz insanlarla təmasları minimuma endirin.

Paxıllıq, qısqanclıq, qıcıq problemlər yaradacaq. 

Dolça - səhər saatlarından etibarən təşəbbüskar olun, bilik və bacarıqlarınızı nümayiş etdirin. Saatlar keçdikcə fəaliyyət tempini aşağı salmayın. Qüvvənizə inanın. Qarşılıqlı münasibətlərdə pozitiv məqamlar olacaq.

Günün ikinci yarısında ailə və məişət qayğıları ön plana keçəcək. Səhhətinizə fikir verin.

Tapşırıqların mexaniki şəkildə yerinə yetirilməsi ilə kifayətlənməyin. Orijinal, qeyri-standart yolları seçin.

Balıqlar - şəxsi münasibətlərdəki problemləri aktiv şəkildə həll edin. Yaxın ətrafınızdakı insanlara, xüsusilə də ailə üzvlərinə güzəştlərə gedin. Onların yardım istəklərini qulaqardına vurmayın. Məsləhətlərdə xeyir var. ehtiyac olarsa, işlərin bir qismini etibar etdiyiniz insanlara tapşırın.

Günün ikinci yarısında problemlərin həllinə yaradıcı yanaşın.

Görüş, danışıqlar, rəğbət bəslədiyiniz insanlarla təmaslar üçün münasib zamandır.

Son.az

Vatsapda daha bir yenilik like
  • 08 İyn 23:57  
Digərləri Vatsapda daha bir yenilik

Vatsap messencer daxilində kanallar funksiyasını təqdim edib.

arrow Ətraflı
İstanbulda atışma: Ölən və yaralananlar var like
  • 08 İyn 23:52  
Digərləri İstanbulda atışma: Ölən və yaralananlar var

Türkiyənin İstanbul şəhərində silahlı insident olub.

arrow Ətraflı
SESin partlaması ruslara böyük ziyan vurdu  Ukrayna like
  • 08 İyn 23:48  
Dünya SESin partlaması ruslara böyük ziyan vurdu Ukrayna

Ruslar Kaxovka SES-in bəndinin dağılması nəticəsində şəxsi heyət və t

arrow Ətraflı
Məşhur komediya ustası vəfat etdi like
  • 08 İyn 23:42  
Şou-biznes Məşhur komediya ustası vəfat etdi

Amerikalı məşhur aktyor və komediya ustası Pet Kuper vəfat edib.

arrow Ətraflı
Afaq Gəncəli: "Məni kamera qarşısına çıxaran insan o olub" like
  • 08 İyn 23:36  
Şou-biznes Afaq Gəncəli: "Məni kamera qarşısına çıxaran insan o olub"

"Mən uşaqlıqdan sevimli, çox hörmət etdiyim Nərgiz Cəlilovaya baxı

arrow Ətraflı
Rusiya bu şəhəri atəşə tutdu, yaralananlar var  FOTO like
  • 08 İyn 23:30  
Dünya Rusiya bu şəhəri atəşə tutdu, yaralananlar var FOTO

Rusiya Ukraynanın Çerkas vilayətinin Uman şəhərini atəşə tutub, 8 nəf�

arrow Ətraflı
Həftəsonu BakıAğstafaBakı marşrutu üzrə reyslər ARTIRILDI like
  • 08 İyn 23:18  
Digərləri Həftəsonu BakıAğstafaBakı marşrutu üzrə reyslər ARTIRILDI

"Azərbaycan Dəmir Yolları" QSC (ADY) Bakı-Ağstafa-Bakı marşrutu

arrow Ətraflı
Ermənistan Makronun dəstəyi ilə bu silahları alır like
  • 08 İyn 23:12  
Digərləri Ermənistan Makronun dəstəyi ilə bu silahları alır

Yaxın vaxtlarda Parisin köməyi və rəsmi icazəsi ilə Hindistandan silahlar

arrow Ətraflı
Bu serialın da adı başlamadan dəyişdirildi like
  • 08 İyn 23:06  
Şou-biznes Bu serialın da adı başlamadan dəyişdirildi

"TRT 1" kanalında yayımlanması planlaşdırılan "Neşeli gün

arrow Ətraflı
93 gün su altında qaldı, 10 yaş cavanlaşdı like
  • 08 İyn 22:45  
Digərləri 93 gün su altında qaldı, 10 yaş cavanlaşdı

Təqaüddə olan dəniz zabiti Cozef Dituri Atlantik okeanının dərinliklərin

arrow Ətraflı
Astara sakininin qulağını dişləyən eşşək saxlanıldı like
  • 08 İyn 22:36  
Digərləri Astara sakininin qulağını dişləyən eşşək saxlanıldı

Qulağını ulaq dişləyən Astara rayonu Pəlikeş kəndinin sakini Vəliyulla

arrow Ətraflı
Çimərliklərdə bizi gözləyən təhlükələr  RƏSMİLƏR like
  • 08 İyn 22:24  
Digərləri Çimərliklərdə bizi gözləyən təhlükələr RƏSMİLƏR

Yay dedikdə insanın ağlına istirahət günləri gəlir. İstirahət üçün

arrow Ətraflı
Xərçəng riskini azaldan qidalar like
  • 08 İyn 22:12  
Digərləri Xərçəng riskini azaldan qidalar

Günümüzün ən qorxulu xəstəliklərindən biri də xərçəngdir. Xərçə

arrow Ətraflı