“İndi tərsinə olub, sənətkarlar arxadadır, sənəti olmayanlar öndə...”


Şou-biznes 09 İyn 2023 10:14:00 168 0

“İndi tərsinə olub, sənətkarlar arxadadır, sənəti olmayanlar öndə...”

"Pandemiyada təsadüfi insanlar çox üzə çıxdı. Meydanı boş qoymaq olmaz. Sonra kimlərsə gəlib o yerləri tutanda, gileylənirik, xoşumuza gəlmir. Bunun da günahkarı bizik. Bayağı musiqilər, müğənnilər efirlərə yol açır. O vaxt bizim də çətinliklərimiz olub, amma çox şükür ki, məktəb keçə-keçə gəlmişik. 4-cü sinifdən professional səhnədə olmuşam. İlk çıxışım bir zavodda, böyük auditoriya qarşısında olub. O vaxt fanaqrama da yox idi, canlı oxuyurduq. Bu gün istedadlı gənclərimiz də az deyil. Bir neçəsinə elə özüm dəstək olmuşam. Bayağılıq hər dövrdə olub, amma bu dərəcədə təbliğ olunmayıb. Olsa belə onlar arxa planda idilər. İndi tərsinə olub, onlar ön plana, sənətkarlar isə arxa plana keçiblər. Ötən il 4 ay veriliş apardım, deyirdim ki, bu çox çətin peşədir. Mən qarşıma məqsəd qoydum. Çalışdığım qədər sənətkarları, sənəti olan insanları verilişə dəvət etdim".

Son.az xəbər verir ki, bunu moderator.az-a açıqlamasında əməkdar artist Könül Kərimova deyib. 

"İnsan yalnış danışmaqdan, addım atmaqdan çəkinməlidir. Çox təəssüflər olsun ki, o qədər yalnış danışan insanlar olur ki. Bir az küskünlük yaranır, həvəssiz oluruq, bəzən verilişlərə qatılmaqdan imtina edirik. İnsanın qolu-qanadı sınır. O bunu incidir, bu onu təhqir edir. İncəsənət adamları həssasdırlar. Biz bir-birimizə dəstək, dayaq olmayandan sonra kənardan nə gözləyə bilərik?!", - deyə əməkdar artist bildirib.

Müğənni "Şükürlər olsun" adlı mahnısına klip çəkdirdiyini bildirib.

"Klipimin rejissoru Xəyal Hüseyndir. Çox istedadlı insan olduğuna görə ona güvənirəm, onun fikirlərinə inanıram. Kliplərimin ssenarisini çox asanlıqla ona həvalə edirəm. Bu bizim ilk işimiz deyil, 4-cü, 5-ci işimizdir. Klip mütləq lazımdır. Hər bir mahnını təqdim etmək üçün klip önəmlidir. Tək studiyada dayanıb oxumaqla iş bitmir. Mahnını tam təfsilatı ilə, mövzusu ilə tamaşaçıya təqdim etmək daha maraqlı olur. Sən mahnını klip vasitəsilə izah edirsən. Hamının baxışı, dünya görüşü eyni deyil axı. Musiqini anlamayan insan, hardasa sujet xəttinə görə nəsə başa düşmək istəyir", - deyə sənətçi bildirib.

Könül Kərimova "Aktrisa kimi filmə çəkilmək dəvət gəlsə, çəkilərsiniz" sualına belə cavab verib.

"Aktrisa kimi hansısa filmlərə çəkilmək üçün təkliflər gəlməyib. Bəlkə də əvvəl gəlsəydi qəbul edərdim. Amma indi istəmərəm, düşünmürəm. Heç marağında da deyiləm. Təklif gəlsə qəbul etmərəm. Özümü aktrisa kimi görmürəm", - deyə o bildirib.

“Vəsiyyət etmişəm ki, öləndə aparın meyitimi, leş kimi dərəyə tullayın” like
  • 09 İyn 09:57  
Şou-biznes “Vəsiyyət etmişəm ki, öləndə aparın meyitimi, leş kimi dərəyə tullayın”

"İnsan, əgər kasıb yaşayırsa, başdaşısı da sadə olur. Amma elə

arrow Ətraflı
Azərbaycan İtaliyadan təyyarələr alır like
  • 09 İyn 09:51  
Siyasət Azərbaycan İtaliyadan təyyarələr alır

Azərbaycan İtaliyadan təyyarələr alır.

arrow Ətraflı
Müğənni məşhur mənzilini satmalı oldu like
  • 09 İyn 09:24  
Şou-biznes Müğənni məşhur mənzilini satmalı oldu

Müğənni Zemfira Moskvanın Frunzenskaya sahilindəki məşhur mənzilindən y

arrow Ətraflı
Bakıda ana və iki azyaşlı uşağı itkin düşüb like
  • 09 İyn 09:17  
Digərləri Bakıda ana və iki azyaşlı uşağı itkin düşüb

Bakıda ana və iki azyaşlı uşağı itkin düşüb.

arrow Ətraflı
Narkotik satan iki nəfər saxlanılıb like
  • 09 İyn 09:10  
Kriminal Narkotik satan iki nəfər saxlanılıb

Salyanda narkotik vasitələrin satışı ilə məşğul olan iki nəfər saxlan

arrow Ətraflı
İran “Fəttah”la bu ölkələrin sırasına qoşuldu like
  • 09 İyn 09:03  
Dünya İran “Fəttah”la bu ölkələrin sırasına qoşuldu

SEPAH-ın Kosmik Hava Qüvvələri tərəfindən "Fəttah" hipersəs r

arrow Ətraflı
Türkiyəli deputat oğlu ilə avtomobil qəzasına düşdü like
  • 09 İyn 08:56  
Dünya Türkiyəli deputat oğlu ilə avtomobil qəzasına düşdü

Türkiyənin Ədalət və İnkişaf Partiyasının deputatı Bahadır Yenişehir

arrow Ətraflı
Vanqanın kəhanəti reallaşır? like
  • 09 İyn 08:49  
Digərləri Vanqanın kəhanəti reallaşır?

Ukraynanın Xerson vilayətində Rusiyanın nəzarətində olan Kaxovka bəndini

arrow Ətraflı
“Donetskdə şiddətli döyüşlər gedir” like
  • 09 İyn 08:43  
Dünya “Donetskdə şiddətli döyüşlər gedir”

"Donetsk vilayətində şiddətli döyüşlər gedir. Nəticə var və mən

arrow Ətraflı
Pentaqon Ukraynaya 2 milyard dollar dəyərində yeni hərbi yardım paketi hazırlayır like
  • 09 İyn 08:36  
Dünya Pentaqon Ukraynaya 2 milyard dollar dəyərində yeni hərbi yardım paketi hazırlayır

Pentaqon Ukrayna üçün hava hücumundan müdafiə sursatları da daxil olmaqla

arrow Ətraflı
Gənc qızı avtomobil vuraraq ağır xəsarət yetirib like
  • 09 İyn 08:29  
Digərləri Gənc qızı avtomobil vuraraq ağır xəsarət yetirib

Bakının Xətai rayonunda piyadanın xəsarət alması ilə nəticələnən yol

arrow Ətraflı
Dünyada koronavirusa yoluxanların və ölüm hallarının sayı azalıb like
  • 09 İyn 08:16  
Dünya Dünyada koronavirusa yoluxanların və ölüm hallarının sayı azalıb

Bu il mayın 8-dən iyunun 4-dək dünyada 1,7 milyondan çox insan koronavirusa

arrow Ətraflı
“Rusiya Xerson vilayətində atəşi dərhal dayandırmalıdır” like
  • 09 İyn 08:09  
Dünya “Rusiya Xerson vilayətində atəşi dərhal dayandırmalıdır”

"Rusiya Xerson vilayətində atəşi dərhal dayandırmalıdır".

arrow Ətraflı
Bakının havasında dəm qazının miqdarı normanı like
  • 09 İyn 08:02  
Digərləri Bakının havasında dəm qazının miqdarı normanı

Atmosfer havasının keyfiyyətinin monitorinqi gündəlik olaraq Bakı şəhər

arrow Ətraflı
Şəkidə sel körpünü uçurdu like
  • 09 İyn 07:55  
Digərləri Şəkidə sel körpünü uçurdu

Şəkinin Baş Şabalıd kəndindən keçən sel kəndin yeganə girişi olan Qu

arrow Ətraflı