Daha bir rüşvət qalmaqalı:
Kriminal 09 İyn 2023 10:47:00 279 0
Abşeron Rayon İcra Hakimiyyəti başçısının Mehdiabad qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndəsi Əli Həsənovun vətəndaşlardan külli miqdarda rüşvət alması faktı ilə bağlı Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində aparılmış cinayət işinin istintaqı tamamlanıb.
Bu xəbəri də oxu: Məscidin imamını öldürmək istəyən şəxsin cəzası bilindi FOTO
Bu barədə Son.az-a Baş Prokurorluqdan məlumat verilib.
İbtidai istintaqla Əli Həsənovun 2022-2023-cü illər ərzində Abşeron rayonu Mehdiabad qəsəbəsi ərazisində yerləşən kənd təsərrüfatı təyinatlı torpaq sahələrində fərdi yaşayış evlərinin tikintisinə icazə verilməsi, buna şərait yaradılması, həmçinin sözügedən torpaq sahələrinə müxtəlif sənədlərin verilməsi müqabilində ayrı-ayrı şəxslərdən ümumilikdə 42 min manat məbləğində pul vəsaitini təkrarən rüşvət qismində almasına əsaslı şübhələr müəyyən edilmişdir.
Əli Həsənova Cinayət Məcəlləsinin 308.2. (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə ağır nəticələrə səbəb olduqda), 311.3.2 və 311.3.3-cü (təkrar və külli miqdarda rüşvət alma) maddələri ilə yekun ittiham elan edilməklə barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib və cinayət işi baxılması üçün aidiyyəti üzrə Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Azərbaycanlı qadının övladına qoyduğu adlar onu Türkiyədə məşhur edi
"Baku Network" ekspert platformasında "Tofiq Abbasovla dialoq&qu
Polis Abşeron rayonunda hüquqpozmalara qarşı profilaktik tədbirlər davam e
"Pandemiyada təsadüfi insanlar çox üzə çıxdı. Meydanı boş qoymaq
"İnsan, əgər kasıb yaşayırsa, başdaşısı da sadə olur. Amma elə
Müğənni Zemfira Moskvanın Frunzenskaya sahilindəki məşhur mənzilindən y
Salyanda narkotik vasitələrin satışı ilə məşğul olan iki nəfər saxlan
SEPAH-ın Kosmik Hava Qüvvələri tərəfindən "Fəttah" hipersəs r
Türkiyənin Ədalət və İnkişaf Partiyasının deputatı Bahadır Yenişehir
Ukraynanın Xerson vilayətində Rusiyanın nəzarətində olan Kaxovka bəndini
"Donetsk vilayətində şiddətli döyüşlər gedir. Nəticə var və mən
Pentaqon Ukrayna üçün hava hücumundan müdafiə sursatları da daxil olmaqla
Bakının Xətai rayonunda piyadanın xəsarət alması ilə nəticələnən yol