Əli Əsədov Soçidə Rusiya Hökumətinin sədri ilə görüşüb FOTO


Siyasət 08 İyn 2023 20:28:00 247 0

Əli Əsədov Soçidə Rusiya Hökumətinin sədri ilə görüşüb  FOTO

Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov iyunun 8-də Soçiyə işgüzar səfəri çərçivəsində Rusiya Federasiyası Hökumətinin sədri Mixail Mişustinlə görüşüb.

Bu barədə Azərbaycan Nazirlər Kabinetinin Mətbuat xidmətindən bildirilib.

Görüşdə iki ölkənin qarşılıqlı münasibətlərinin Azərbaycan və Rusiya prezidentlərinin səyləri ilə strateji tərəfdaşlıq səviyyəsinə yüksəlməsi məmnunluqla vurğulanıb. Qarşılıqlı ticarətin və sərmayələrin davamlı artması ikitərəfli münasibətlərin dinamik inkişafının əyani sübutu kimi qiymətləndirilib.

Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın cari ayın sonunda Moskvada keçirilməsi planlaşdırılan növbəti iclasının əhəmiyyəti qeyd edilib.

Kənd təsərrüfatı sahəsində əməkdaşlığın yaxşı nəticələri vurğulanıb.

Nəqliyyat və logistika sektoru əməkdaşlığın mühüm istiqaməti kimi səciyyələndirilib.

Bununla əlaqədar Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizinin tam gücü ilə fəaliyyətinin təmin edilməsi üçün birgə səylərin davam etdirilməsinə qarşılıqlı hazırlıq ifadə olunub.

Tərəflər sənaye sahəsində uğurlu əməkdaşlığın zəngin təcrübəsini qeyd ediblər, birgə istehsal istiqamətində işbirliyini müsbət qiymətləndiriblər.

Hökumət başçıları Azərbaycan-Rusiya ticarət-iqtisadi əməkdaşlığının aktual məsələlərini və müxtəlif sahələrdə birgə layihələrin reallaşdırılmasını də nəzərdən keçiriblər.

Məşhur komediya ustası vəfat etdi like
  • 08 İyn 20:26  
Digərləri Məşhur komediya ustası vəfat etdi

Amerikalı aktyor, komediya ustası Pet Kuper 94 yaşında vəfat edib.

arrow Ətraflı
İran 2 atom elektrik stansiyasının tikintisinə başlayıb like
  • 08 İyn 20:24  
Digərləri İran 2 atom elektrik stansiyasının tikintisinə başlayıb

İran Buşəhrdə 2 atom elektrik stansiyasının tikintisinə başlayıb.

arrow Ətraflı
Ərdoğan AzərbaycanErmənistan münasibətlərindən danışdı like
  • 08 İyn 20:22  
Digərləri Ərdoğan AzərbaycanErmənistan münasibətlərindən danışdı

Azərbaycan-Ermənistan arasında olan münasibətlərin normallaşma prosesi Qa

arrow Ətraflı
Azərbaycanlı biznesmenə görə nazir müavini like
  • 08 İyn 20:12  
Digərləri Azərbaycanlı biznesmenə görə nazir müavini

Samara vilayəti üzrə daxili işlər nazirinin müavini, daxili xidmət gener

arrow Ətraflı
Elza Seyidcahanın dördüncü nəvəsi oldu  FOTO like
  • 08 İyn 20:00  
Şou-biznes Elza Seyidcahanın dördüncü nəvəsi oldu FOTO

Əməkdar artist Elza Seyidcahanın dördüncü nəvəsi dünyaya gəlib.

arrow Ətraflı
Sürücülərin nəzərinə  Bu yollarda nəqliyyatın hərəkəti like
  • 08 İyn 19:38  
Digərləri Sürücülərin nəzərinə Bu yollarda nəqliyyatın hərəkəti

Bakının bəzi küçə və prospektlərində nəqliyyatın hərəkəti məhdudl

arrow Ətraflı
Bakıda ofisdə qadına təcavüz edildi like
  • 08 İyn 19:36  
Digərləri Bakıda ofisdə qadına təcavüz edildi

İyunun 6-da Yevlax rayon sakini V.Nemətova (şərti) polisə müraciət edər�

arrow Ətraflı
“Boşanmağı normal hesab edirəm”  FOTO like
  • 08 İyn 19:24  
Şou-biznes “Boşanmağı normal hesab edirəm” FOTO

Son.az xəbər verir ki, Akademik Musiqili Teatrın aktrisası Gültac Əlili mo

arrow Ətraflı
Tunisdə hərbi helikopter qəzaya uğrayıb, like
  • 08 İyn 19:18  
Dünya Tunisdə hərbi helikopter qəzaya uğrayıb,

Tunisə aid hərbi helikopter ölkənin şimalında Serrat burnu yaxınlığınd

arrow Ətraflı
Azad edilmiş ərazilərdə Qurban bayramına hazırlıq başlayıb like
  • 08 İyn 19:12  
Digərləri Azad edilmiş ərazilərdə Qurban bayramına hazırlıq başlayıb

Azərbaycanın işğaldan azad edilmiş Zəngilan rayonunun Ağalı və Tərtər

arrow Ətraflı
Ucuz benzin, yoxsa kül altında qığılcım  İranın molla rejiminin like
  • 08 İyn 19:00  
Digərləri Ucuz benzin, yoxsa kül altında qığılcım İranın molla rejiminin

İran iqtisadiyyatının müxtəlif sahələrində ciddi şəkildə böhranlar d

arrow Ətraflı
XİNdən Qriqoryana like
  • 08 İyn 18:50  
Siyasət XİNdən Qriqoryana

İyunun 8-də Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqorya

arrow Ətraflı
İranın Gömrük Xidmətinin rəhbəri qəzaya düşdü like
  • 08 İyn 18:50  
Dünya İranın Gömrük Xidmətinin rəhbəri qəzaya düşdü

İranın Gömrük Xidmətinin rəhbəri Məhəmməd Rizvanifərin olduğu avtomo

arrow Ətraflı