"Medera hospital"dan vəfat edən işçi ilə bağlı açıqlama


Digərləri 08 İyn 2023 20:02:00 271 0

"Medera hospital"dan vəfat edən işçi ilə bağlı açıqlama

20:02

Klinikanın mövzu ilə bağlı rəsmi açıqlamasını təqdim edirik: 

Medera hospitalın hüquqşunası Xeyransa Babayeva tərəfindən hospitalın işçisi mərhum Abbasova Aygünün ölümü ilə bağlı məlumat:

Mərhum bizim 10 illik əməkdaşımız olub, çox etibarli, aktiv, işini bilən işçi olub və hospitalın kollektivi tərəfindən çox sevilib. 

Mərhumun 05.06.2023 tarixində vəfatı ilə bağlı mətbuatda xoşagəlməz şayiələr yayılıb.

Nəzərinizə çatdırmaq istiyirik ki, hazırda mərhumun ölüm səbəbi  ilə bağlı ekspertizanın rəyini gözləyirik. Rəy gəldikdən sonra mətbuata tam şəkildə açıqlama veriləcək. 

Sadəcə biz mətbuatın bu yanlış açıqlaması ilə bağlı bəzi məqamlara diqqət yetirməsini istiyirik, çünki mövzu çox həssas mövzudur. 

Mərhum öz qərarı ilə əməliyyat olmaq istəyib, Medera hospitalın əməkdaşı olduğu üçün əməliyyatı tam təmənnasız həyata keçirilib.

Əməliyyat öncəsi müayinələrdən keçdikdən sonra əməliyyata qərar verib. Əməliyyatı fəsadsız keçib, əməliyyatdan sonra heç bir ağırlaşma olmayıb. Üç gün sonra evə yazılıb, lakin evində kiçik yaşlı uşağın olmasını əsas gətirərək 2 gün artıq qalmaq istədiyini bildirib. Əməliyyatın 6-cı günündə evdə dünyasını dəyişib. Təcili tibbi yardım işçiləri ölümün səbəbini trobemboliya qoyub.

Aygün Abbasovanin ölümü ilə bağlı əsaslandırılmamış, həqiqəti əks etdirməyən məlumatları yayan şəxslər və mətbuat orqanları barədə gələcəkdə məhkəməyə müraciət etməyimiz üçün əsas olacaqdır. Ona görə də sosial şəbəkələrdə həqiqətə uyğun olmayan məlumatlar yazarkən  və bu barədə fikir bildirərkən şəxslərin diqqətli olmasını xahiş edirik.

-------

14:26

Xəbər verdiyimi kimi, Bakıda "Medera" Hospitalda plastik əməliyyat etdirən qadın vəfat edib.

Son.az xəbər verir ki, axar.az sözügedən hadisə ilə əlaqədar bir sıra faktlar əldə edib.

Bildirilir ki, əməliyyatdan sonra vəfat edən Aygün adlı xanım "Medera" Hospitalda "Resepşn"da işləyirmiş.

O, bir neçə gün öncə elə həmin hospitalda çalışan plastik cərrah Günel Bayramlıya bədən şəkilləndimə əməliyyatı etdirib. Əməliyyatdan sonra xanım özünü narahat hiss etdiyini bildirsə də, həkim buna əhəmiyyət verməyib və xanımı evə buraxıb.

Evdə halı daha da pisləşən Aygün tromplaşmadan dünyasını dəyişib.

Xanım ailəli olub, bir qız övladı var.

Sözügedən məsələ ilə bağlı hospitaldan saytımıza bildirilib ki, Günel Bayramlı hazırda işinə davam edir. Digər suallarımızı isə xəstəxana cavabsız qoyub.

Elza Seyidcahanın dördüncü nəvəsi oldu  FOTO like
  • 08 İyn 20:00  
Şou-biznes Elza Seyidcahanın dördüncü nəvəsi oldu FOTO

Əməkdar artist Elza Seyidcahanın dördüncü nəvəsi dünyaya gəlib.

arrow Ətraflı
Sürücülərin nəzərinə  Bu yollarda nəqliyyatın hərəkəti like
  • 08 İyn 19:38  
Digərləri Sürücülərin nəzərinə Bu yollarda nəqliyyatın hərəkəti

Bakının bəzi küçə və prospektlərində nəqliyyatın hərəkəti məhdudl

arrow Ətraflı
Bakıda ofisdə qadına təcavüz edildi like
  • 08 İyn 19:36  
Digərləri Bakıda ofisdə qadına təcavüz edildi

İyunun 6-da Yevlax rayon sakini V.Nemətova (şərti) polisə müraciət edər�

arrow Ətraflı
“Boşanmağı normal hesab edirəm”  FOTO like
  • 08 İyn 19:24  
Şou-biznes “Boşanmağı normal hesab edirəm” FOTO

Son.az xəbər verir ki, Akademik Musiqili Teatrın aktrisası Gültac Əlili mo

arrow Ətraflı
Tunisdə hərbi helikopter qəzaya uğrayıb, like
  • 08 İyn 19:18  
Dünya Tunisdə hərbi helikopter qəzaya uğrayıb,

Tunisə aid hərbi helikopter ölkənin şimalında Serrat burnu yaxınlığınd

arrow Ətraflı
Azad edilmiş ərazilərdə Qurban bayramına hazırlıq başlayıb like
  • 08 İyn 19:12  
Digərləri Azad edilmiş ərazilərdə Qurban bayramına hazırlıq başlayıb

Azərbaycanın işğaldan azad edilmiş Zəngilan rayonunun Ağalı və Tərtər

arrow Ətraflı
Ucuz benzin, yoxsa kül altında qığılcım  İranın molla rejiminin like
  • 08 İyn 19:00  
Digərləri Ucuz benzin, yoxsa kül altında qığılcım İranın molla rejiminin

İran iqtisadiyyatının müxtəlif sahələrində ciddi şəkildə böhranlar d

arrow Ətraflı
XİNdən Qriqoryana like
  • 08 İyn 18:50  
Siyasət XİNdən Qriqoryana

İyunun 8-də Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqorya

arrow Ətraflı
İranın Gömrük Xidmətinin rəhbəri qəzaya düşdü like
  • 08 İyn 18:50  
Dünya İranın Gömrük Xidmətinin rəhbəri qəzaya düşdü

İranın Gömrük Xidmətinin rəhbəri Məhəmməd Rizvanifərin olduğu avtomo

arrow Ətraflı
"Ətrafımdakı bu yaşayış tərzindən ürəyim bulanır"  FOTO like
  • 08 İyn 18:48  
Şou-biznes "Ətrafımdakı bu yaşayış tərzindən ürəyim bulanır" FOTO

"Hamı ilk əvvəl öz önündəki pislikləri təmizləsin, sonra başkas�

arrow Ətraflı
Ceyhun Bayramov Rusiya səfirini qəbul edib  FOTO like
  • 08 İyn 18:44  
Siyasət Ceyhun Bayramov Rusiya səfirini qəbul edib FOTO

İyunun 8-də xarici işlər naziri Ceyhun Bayramov Rusiya Federasiyasının Az�

arrow Ətraflı
Sel bəzi bölgələrdə fəsadlara səbəb olub  VİDEO like
  • 08 İyn 18:24  
Digərləri Sel bəzi bölgələrdə fəsadlara səbəb olub VİDEO

Dünən İsmayıllıya yağan leysan yağışlar rayonun bir neçə kəndinə ci

arrow Ətraflı
O’Brayn: Ermənistan Rusiyaya sanksiyalardan yayınmağa yardım edir like
  • 08 İyn 18:18  
Dünya O’Brayn: Ermənistan Rusiyaya sanksiyalardan yayınmağa yardım edir

ABŞ Dövlət Departamentinin sanksiyalar üzrə koordinatoru Cim O'Brayn Ru

arrow Ətraflı
"Mənim bu şəklimi tənqid etmişdilər, axı niyə?"  VİDEO like
  • 08 İyn 18:12  
Şou-biznes "Mənim bu şəklimi tənqid etmişdilər, axı niyə?" VİDEO

Aparıcı Elgiz Əkbərin sosial şəbəkə hesabında müğənni Sevda Kazımov

arrow Ətraflı