“Boşanmağı normal hesab edirəm” FOTO


Şou-biznes 08 İyn 2023 19:24:00 311 0

“Boşanmağı normal hesab edirəm”  FOTO

Son.az xəbər verir ki, Akademik Musiqili Teatrın aktrisası Gültac Əlili moderator.az-ın suallarını cavablandırıb.    - Gültac xanım, sizi sosial şəbəkələrdə izləyirəm, gün ərzində bir neçə yerə qaçıb gedirsiniz. Bundan əlavə də ailə, övlad qayğıları və s. Bəzən deyirlər ki, ailə ilə sənət tutmadı deyə boşandım. Bütün bunları necə çatdırırsınız?   - Boşanmaq üçün işləri və ailəyə vaxt çatdırmamaq bəhanə ola bilməz. Mən evlənmək qədər boşanmağı da normal hesab edirəm. Əgər insan həmin adamla münasibətlərini toparlaya bilmirsə, onunla birlikdə həyatı yürümürsə, boşanmaq normal bir şeydir. İnsan həyata bir dəfə gəlir. Onun ən gözəl şəkildə yaşaması haqqıdır. Çünki zaman, ömür gedir. Bu dünyaya yenidən gəlmək kimi şansımız yoxdur. Əlbəttə ki, bu qədər işlərlə ailəni bir arada çatdırmaq çətindir. Amma istəyirəm deyə çatdırıram. İstəyən hər şeyi çatdırar. Həqiqətən də mənim üçün çox çətindir. Çox yoruluram, sağlamlığım tükənir. Buna isə düşünürəm ki, dəyər verilməlidir. Mən həyat yoldaşım tərəfindən həmin dəyəri görürəm. Amma nə yalan deyim, bəzən peşman olduğum məqamlar da olur ki, gərək bu qədər fədakar olmayaydım. Desəm də alınmır. Çünki mən belə doğulmuşam. Anam da mənim qədər fədakardır. Ondan necə görmüşəmsə, elə də davam edirəm. Ailə olmaq istəyən adam, çatdırmıram, bezdim, yoruldum, boşanıram kimi sözləri leksikomundan çıxarmalıdır. Ailə olmaq istəməyən adamların da fikirlərinə normal yanaşıram, hörmətlə qarşılayıram, bu da onların həyatıdır. Onlar elə yaşamağı seçirlər. Özləri bilərlər, bu onların pis insan olmaqları anlamına gəlməz. Adam ailə həyatı qurmaq istəmir, bu onun seçimidir.   -Oynamaram dediyiniz obraz olubmu?     -Əslində oynamaram dediyim bütün obrazları teatrda oynamışam. Mən universitetdə oxuyanda həmişə Esmeralda obrazını oynamağı arzulamışam. Hal-hazırda da bizim teatrda "Paris Notr-Dama ithaf" tamaşası gedir. Tamaşa hazırlananda da bilirəm ki, həm rejissor, həm heyət tərəfindən Esmeralda olaraq namizədlər sırasında olmuşam. Səsimdə problemlər olduğuna görə o zaman həmin obraz üçün yararlı deyildim. Daha sonra mən yazdım, obrazı oynamaq istədiyimi bildirdim. Həm rejissor, həm də rəhbərlik etiraz etmədi. Rejissor mənə dedi ki, "götür hazırla, musiqilərini dirijora təhvil ver, məşq edək və çıx səhnəyə, göstər öz məharətini". Tamaşanın musiqisini, hər şeyini hazırladım. Bir müddətlik tamaşa dayandı. Mən də həvəsdən düşdüm. İndi də başqa tamaşalarda çox məşğul olduğum üçün onunla məşğul deyiləm. Amma inanıram ki, nə vaxtsa bu arzumu reallaşdıracam. O ki, qaldı mənim oynamaq istəyib də, oynaya bilmədiyim obrazlara.. Belə bir şey bizim teatrda mümkün deyil. Tək mənim üçün yox, teatrda çalışan hər kəs üçün bu keçərlidir. Kim hansı obrazı istəyib, əgər öhdəsindən gələ bilirsə, bizim  teatrda hər kəs üçün yaşıl işıqdır. Yaşından, kimliyindən, statusundan, fəxri adından asılı olmayaraq.    - Danışmadığınız, münasibətdə olmadığınız insanla səhnəyə çıxarkən, nələri göz önünə almısınız?    - Teatrda danışmadığım aktyorlar da, aktrisalar da var. Mən onlarla səhnəyə çıxıram, qucaqlaşıram da, öpüşürəm də, obrazın öhdəsindən çox məharətlə gəlirəm. Çünki mən peşəkar aktrisayam. Bilirəm ki, səhnədə olan münasibətlərin bizim şəxsi həyatda olan münasibətlərlə heç bir əlaqəsi yoxdur. Bütün bu hadisələr səhnədə baş verir.     - Səhv etmirəmsə sənət müəlliminiz xalq artisti İlham Namiq Kamal olub. Onun haqda nə danışa bilərsiniz?   - İlham müəllim mənim ustadım olub. Onun ruhu həmişə gəncdir. Arzu edirəm ki, bundan sonra da elə qalsın. Allah şahiddir ki, mən onun ömrünün uzun olmasını necə ürəkdən arzulayıram. Onun varlığı bizə yetir. O insan kinsizdir. Bu gün səni danlaya bilər, sabah heç nə olmamış kimi qucaqlayıb öpə bilər. Ürəyində kin, kidurət olmadığı üçün, bu da onun üzünə yansıyır. Mən içi həyat yoldaşım qarışıq həmişə o insanı gənc aktyorlara nümunə gətirirəm ki, adamın neçə yaşı var, mən bir dəfə onu nə təraşsız, nə də ətirsiz gördüm. İnsan səhnədə o adama aşiq olur.   - Sizcə böyük sənətkarlar gənclərə dəstək olmağı bacarır?    - Məncə bacarır sualına özləri daha yaxşı cavab verə bilər. Mən deyərdim ki, bacarmalıdır. Çox şükür qabağıma çıxan bütün sənətkarlar mənə dəstək olublar. Aralarında yoluma daş qoyanlar da oldu, amma mən onları heç sənətkar hesab etmirəm. O insanları heç xatırlamıram da. Bəlkə də gənc olanda bu mənə təsir edirdi, bu günki mövqeyim, hazırkı statusum məni onları bağışlamağı imkan yaradır. Deyirəm ki, Allah o kəsin günahını bağışlasın, bu dünyada pis adam oldu, heç olmasa o dünyada yeri behişt olsun deyə düşünürəm, amma heç inanmıram dediyimə. Çünki onun tək qarşısını kəsdiyi gənc mən olmamışam. Şahidi olurdum ki, nə qədər gənclərə neqativ ötürürdü. Sizin bu müsahibənizdən istifadə edib, mənə dəstək olan, bu dünyada olanların da, olmayanların da adlarını vurğulamaq istəyirəm. Başda ustadım İlham Namiq Kamala təşəkkür edirəm ki, ölkənin bir nömrəli teatrı olan Akademik Musiqili Teatrda fəaliyyət göstərməyimə biləvasitə səbəbkar olub. Daha sonra xalq artisti, anam qədər sevdiyim Afaq xanım Bəşirqızına təşəkkürüm var. Sonra Firəngiz Mütəllimovaya təşəkkür edirəm. Onunla da çəkilişdə ana-bala olduq. Daha sonra Ramiz Novruza! Allah ona qəni-qəni rəhmət etsin. Bilirsiniz ki, mən qadın məsliclərinə gedirəm. Mənə balıq yox, balıq tutmağın yollarını öyrədən xalq artisti Fatma xanım Mahmudovaya təşəkkür edirəm. Bizim teatrda o illərdə hamı xına məclislərinə gedirdi, mən onlara ağız açdım ki, məni də özünüzlə aparın. Hamısı söz verdi, amma aparmadı. Fatma xanım məni xınaya apardı. O da mənə o cür dəstək olub. Şövqi Hüseynov, Pərviz Məmmədrzayev, Əzizağa Əzizov, Ələkbər Əliyev, Çingiz Əhmədov, rəhmətlik Xanım Qafarova, Məhərrəm Qurbanov, Rəsmiyyə Nurməmmədova və s. aktyorlar mənə çox dəstək olublar. Teatra yeni gələndə bəlkə də mənə Xanım Qafarova qədər dəstək olan olmayıb. Adlarını unutduqlarım ola bilər, amma dəstək görmədiyim adamlar az olub. Mənim ən böyük təşəkkürüm isə çox hörmətli Əliqismət müəllim Lalayevədir ki, o teatrın b

Bu xəbəri də oxu: Balaəli məhkəməyə verildi

Tunisdə hərbi helikopter qəzaya uğrayıb, like
  • 08 İyn 19:18  
Dünya Tunisdə hərbi helikopter qəzaya uğrayıb,

Tunisə aid hərbi helikopter ölkənin şimalında Serrat burnu yaxınlığınd

arrow Ətraflı
Azad edilmiş ərazilərdə Qurban bayramına hazırlıq başlayıb like
  • 08 İyn 19:12  
Digərləri Azad edilmiş ərazilərdə Qurban bayramına hazırlıq başlayıb

Azərbaycanın işğaldan azad edilmiş Zəngilan rayonunun Ağalı və Tərtər

arrow Ətraflı
Ucuz benzin, yoxsa kül altında qığılcım  İranın molla rejiminin like
  • 08 İyn 19:00  
Digərləri Ucuz benzin, yoxsa kül altında qığılcım İranın molla rejiminin

İran iqtisadiyyatının müxtəlif sahələrində ciddi şəkildə böhranlar d

arrow Ətraflı
XİNdən Qriqoryana like
  • 08 İyn 18:50  
Siyasət XİNdən Qriqoryana

İyunun 8-də Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqorya

arrow Ətraflı
İranın Gömrük Xidmətinin rəhbəri qəzaya düşdü like
  • 08 İyn 18:50  
Dünya İranın Gömrük Xidmətinin rəhbəri qəzaya düşdü

İranın Gömrük Xidmətinin rəhbəri Məhəmməd Rizvanifərin olduğu avtomo

arrow Ətraflı
"Ətrafımdakı bu yaşayış tərzindən ürəyim bulanır"  FOTO like
  • 08 İyn 18:48  
Şou-biznes "Ətrafımdakı bu yaşayış tərzindən ürəyim bulanır" FOTO

"Hamı ilk əvvəl öz önündəki pislikləri təmizləsin, sonra başkas�

arrow Ətraflı
Ceyhun Bayramov Rusiya səfirini qəbul edib  FOTO like
  • 08 İyn 18:44  
Siyasət Ceyhun Bayramov Rusiya səfirini qəbul edib FOTO

İyunun 8-də xarici işlər naziri Ceyhun Bayramov Rusiya Federasiyasının Az�

arrow Ətraflı
Sel bəzi bölgələrdə fəsadlara səbəb olub  VİDEO like
  • 08 İyn 18:24  
Digərləri Sel bəzi bölgələrdə fəsadlara səbəb olub VİDEO

Dünən İsmayıllıya yağan leysan yağışlar rayonun bir neçə kəndinə ci

arrow Ətraflı
O’Brayn: Ermənistan Rusiyaya sanksiyalardan yayınmağa yardım edir like
  • 08 İyn 18:18  
Dünya O’Brayn: Ermənistan Rusiyaya sanksiyalardan yayınmağa yardım edir

ABŞ Dövlət Departamentinin sanksiyalar üzrə koordinatoru Cim O'Brayn Ru

arrow Ətraflı
"Mənim bu şəklimi tənqid etmişdilər, axı niyə?"  VİDEO like
  • 08 İyn 18:12  
Şou-biznes "Mənim bu şəklimi tənqid etmişdilər, axı niyə?" VİDEO

Aparıcı Elgiz Əkbərin sosial şəbəkə hesabında müğənni Sevda Kazımov

arrow Ətraflı
Qəbələdə 16 nəfərin xəsarət aldığı qəzanın baş vermə anı  VİDEO like
  • 08 İyn 18:10  
Digərləri Qəbələdə 16 nəfərin xəsarət aldığı qəzanın baş vermə anı VİDEO

Qəbələdə 16 nəfərin xəsarət aldığı qəzanın görüntüləri yayılı

arrow Ətraflı
Axı biz qisasımızı bayraqdan almırıq, Aronyan like
  • 08 İyn 18:02  
Siyasət Axı biz qisasımızı bayraqdan almırıq, Aronyan

Məşhur erməni şahmatçı Levon Aronyanın son qərarına gülməmək əldə

arrow Ətraflı
Ermənistandan kobud "səhv"  Bakının razılığı olmadan ona like
  • 08 İyn 18:00  
Siyasət Ermənistandan kobud "səhv" Bakının razılığı olmadan ona

Ermənistan Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə həmsərhəd bö

arrow Ətraflı
Azərbaycan Avropaya dəniz məhsullarının ixracına başlayacaq like
  • 08 İyn 17:52  
Digərləri Azərbaycan Avropaya dəniz məhsullarının ixracına başlayacaq

Yaxın zamanda Avropa İttifaqı (Aİ) bazarlarına dəniz məhsulları, xüsus�

arrow Ətraflı