Ermənistandan kobud "səhv" Bakının razılığı olmadan ona
Siyasət 08 İyn 2023 18:00:00 313 0
Ermənistan Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə həmsərhəd bölgəsində - Arazdəyəndə iri metallurgiya zavodunu inşa etməyə hazırlaşması Ermənistanın ekoloji terror siyasətinin davamıdır.
Bu xəbəri də oxu: İlham Əliyev qəzaya görə Rusiyadan ölkəyə geri qayıdıb
Bunu Trend-ə Milli Məclisin deputatı Afət Həsənova deyib.
O qeyd edib ki, nəzərə alsaq ki, metallurgiya zavodunun zəhərli kimyəvi tullantıları çoxdur, bu zavodun bölgədəki ekosistemə böyük zərbə vuracağı məlumdur. "Ermənistan isə heç bir beynəlxalq standartlara əməl etmir və təbii ki, nə bu zavodun tikintisində, nə də fəaliyyətində heç bir standarta əməl edilməyəcək ki, bu da zavodun bölgəyə vura biləcəyi zərərin miqyasını dəfələrlə artırmış olur.
Eyni zamanda zavodun tullantılarının Araz çayına axıdılması riski həm çaydakı canlı aləm, həm də Arazın suyundan suvarma üçün istifadə edilən geniş təsərrüfatlar üçün həyəcan siqnalıdır", - deyə deputat bildirib.
A.Həsənova qeyd edib ki, 30 il Azərbaycan torpaqlarını işğal altında saxladıqları müddətdə ermənilərin törətdiyi ekoloji terrorun, təbiətə vurduqları ziyanın miqyası o qədər böyükdür ki, onu heç zaman tamamilə aradan qaldırmaq mümkün olmayacaq. "Ermənilərin törətdiyi ekoloji vəhşilik, meşələri, flora və faunaları məhv etməsi, çayları çirkləndirməsi təkcə Azərbaycana qarşı deyil, bütün dünyaya qarşı bir cinayətdir, çünki ermənilərin bu vəhşiliyi nəticəsində regionda ekoloji balans pozulub. Bu metallurgiya zavodunu inşa etməklə Ermənistan bu gün də bu ekoloji terror siyasətini davam etdirməkdədir", - deyə deputat bildirib.
A.Həsənova əlavə edib ki, beynəlxalq konvensiyalara ziddir. "Azərbaycan tərəfi ilə razılaşdırmadan sərhəddə belə bir müəssisənin tikintisi "Transsərhəd kontekstində ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında" 1991-ci il Espo Konvensiyanın kobud şəkildə pozulmasıdır.
Azərbaycan və Ermənistan həmin Konvensiyanın tərəfləri olduğunu nəzərə alsaq bu zavodun ətraf mühitə təsirinin qiymətləndirilməsi, tikinti ilə əlaqədar qiymətləndirmə sənədinə Azərbaycanın müvafiq qurumları baxmalı, eyni zamanda bölgəyə yaxın yaşayan azərbaycanlıların rəyi nəzərə alınmalıdır.
Lakin göründüyü kimi heç bir standarta əməl etmədiyi kimi bu məsələdə də destruktiv mövqe nümayiş etdirərək beynəlxalq konvemsiyanın tələbini kobud şəkildə pozub və Azərbaycanla heç bir razılaşma aparmayıb. Beynəlxalq təşkilatlar bu məsələyə laqeyid qalmamamlı və Ermənistanın növbəti ekoloji terrorunun qarşısın almalıdır", - deyə deputat əlavə edib.
Yaxın zamanda Avropa İttifaqı (Aİ) bazarlarına dəniz məhsulları, xüsus�
Azərbaycan Şərq-Qərb, Şimal-Cənub və Orta Dəhliz nəqliyyat marşrutlar�
ABŞ hakimiyyəti Şahzadə Harrinin Amerika vizasını yoxlayacaq.
Azərbaycan Gənclər İttifaqı (AGİ) və Azərbaycan Rəqs Assosiasiyası (AR
"Fuad Poladovla ömrünün son günləri çox yaxın idik. İlk televiziya
Vaxtilə Azərbaycanın meşələrini yandıran, fosfor bombalarından istifadə
Ermənistanın hələ də sərhəddə təxribatlar törətməsi zəiflik əlamə
Dünyada məşhur olan rus model, 21 yaşlı Sofiya Martınova keçmiş sevgilis
Mobil operator Nar musiqi və dəyərli hədiyyələrlə dolu yay müsabiqələr
Azərbaycanın Qarabağı belə sürətlə dirçəltməsi, gələcəkdə regiona
Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında növbəti görü
Mayın 4-də Yeni Günəşli qəsəbəsi ərazisində yerləşən apteklərin bi
Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı adından dələduzluq edilib.