İran öz düşmənlik siyasətinə davam etməkdə israrlıdır Deputat
Siyasət 08 İyn 2023 16:02:00 272 0
Görünən budur ki, İran öz düşmənlik siyasətinə davam etməkdə, ikitərəfli münasibətlərə nifaq toxumu səpməkdə israrlı və qərarlıdır. Sadəcə bu "molla rejimi" bir məqamın fərqində deyil: belə etməklə ilk öncə milyonlarla vətəndaşının nifrətini qazanır, öz iqtisadiyyatını çökdürür, öz siyasi süqutunu və sonunu yaxınlaşdırır.
Bu xəbəri də oxu: İlham Əliyev təyyarədə olarkən Vladimir Putinə zəng edib
Bunu Trend-ə Milli Məclisin deputatı Elşən Musayev deyib.
O qeyd edib ki, hazırda İrandan böyük köç başlayıb. "İmkan tapan bu qapalı rejimdən, anti-insani mühitdən canını qurtarmağa çalışır. Həmin insanlar İrandakı məlum rejim dəyişməyənə qədər öz ölkələrinə dəqiq qayıtmayacaqlar", - deyə o qeyd edib.
Deputat bildirib ki, İranda iqdisadi göstəricilər ötən illərlə müqayisədə dəfələrlə aşağı düşüb, sənaye məhv olub, infulyasiya kəllə-çarxdadır və bütün bu bataqlıqdan çıxmaq, iqtisadi proqram qurmaq əvəzinə, İran hələ də Nüvə Proqramı üzərində işləməklə, öz vətəndaşını əzməklə, qonşuluq siyasətini günbəgün daha da gərginləşdirməklə məşğuldur.
"Bilirsinizmi niyə? Çünki 21-ci əsrin fəlsəfəsini əxz edə, o fəlsəfəyə uyğunlaşa bilmirlər. Çünki bu dövləti idarə edənlər feodal təfəkkürdədir. Çünki İranı yönəldənlər anlamır ki, zor gücünə, həbs gücünə nəyəsə nail olmaq qeyri-mümkündür. Çünki İranın ali rəhbərliyi dünya standartının, mövcud tələblərin, siyasi etiketin, diplomatiya məzmununun nə və necə olmasından bixəbərdir!", - deyə o əlavə edib.
Bakıda hələ də qeyri-qanuni olaraq valyuta dəyişən şəxslər var.
İyun ayının 30-da M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniy
14 iyun 2023-cü ildə Müasir İncəsənət Mərkəzində dörd müəllifindör
"Heç vaxt ağlıma gəlməzdi ki, nə vaxtsa xalq artisti fəxri adına ki
İllərdir axtarışda olan qadının qalıqları tapılıb.
Suraxanıda azyaşlı qızın zorakılığa məruz qalması faktı ilə bağlı
Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 4 yeni yoluxma faktı qeydə
Bakıda adam öldürmüş şəxs həbsxanadan çıxan kimi vurulub.
Nizami Gəncəvi dedikdə, ağlımıza ilk olaraq Azərbaycan gəlir
Bəzi bürclərin nümayəndələri özlərini idarə etməyi bilmirlər. Onlar
Sərhəd infrastrukturunun təkmilləşdirilməsi, şəxsi heyətin sosial müda