"İnsan özü haqqında yüksək fikirdə olduğu gün artıq bitmiş hesab olunur"


Şou-biznes 08 İyn 2023 15:50:00 251 0

"İnsan özü haqqında yüksək fikirdə olduğu gün artıq bitmiş hesab olunur"

"Heç vaxt ağlıma gəlməzdi ki, nə vaxtsa xalq artisti fəxri adına kimi yüksələcəm. Bu illərin zəhməti ilə, yavaş-yavaş olur. Arzularının arxasınca addımlayırsan, orada maddiyatı düşünməməlisən. "Reklam olunum, bunu əldə edim" deyə düşünməmişik. Tələbə vaxtında illərlə kirayə qalmışıq, biri olub, biri olmayıb. Sonra yavaş-yavaş iki otaqlı evimiz olub, heç kimə bildirməmişik ki, orada nə kii çətinliklərimiz var. Amma olanımızı göz önündə, tamaşaçı qarşısında olduğumuz üçün geyimlərimizə, lent yazılarımıza, saç düzümümüzə xərcləmişik. Yeni oxumağa başladığımız illərdə 5 manat qazancımızı da sənətimizə xərcləmişik, maşın, villa almağa qaçmamışıq. İnsanı nəfsi, tamahı uçuruma aparır. O çox pis şeydir".

Son.az xəbər verir ki, bunu moderator.az-a açıqlamasında xalq artisti Gülyanaq Məmmədova deyib.

"Bu günləri mən hardayam deyib, təkəbbürlü gəzmək olmaz. Hardaydım deyə düşünərək, bu gününü müqayisə etməlisən. İnsan özü haqqında yüksək fikirdə olduğu gün artıq bitmiş hesab olunur. Mən hələ mən deyiləm. Ümumiyyətlə mənəm-mənəmlik Allaha məxsusdur. Hələ arzularım çoxdur, düşünürəm ki, nələr edə bilərəm? Kaş ki, zaman, vaxt, sağlamlıq imkan versin, onları həyata keçirim. Bu illər elə sürətlə keçdi ki, elə bilirəm mən heç bu ömrü yaşamamışam. Elə indi yenidən yaşamaq, oxumaq, tamaşaçılarımla görüşmək istəyirəm. Hələ indi o sevgini qazanırıq. Bütün bunları yadına salanda, insan necə sevinib, kövrəlməyə bilər? Oxuduğum mahnıların hər birində illərimi xatırlaya-xatırlaya gəlirəm. Nələr yaşadım, hansı enişli-yoxuşlu yollardan keçdim?! Ona görə də gülürəm, kövrəlirəm, nəğmələrimin içində oluram, yaşayıram" deyə sənətkar bildirib.

Xalq artisti Özbəkistandan qayıtdığını bildirib.

"Özbəkistanda keçirilən musiqi günləri çərçivəsində konsertim baş tutdu. Bu konsertimi ümummilli lider Heydər Əliyevin 100 illik yubileyin həsr etdim. Konserti mən təkbaşına yox, Özbəkistanın Daşkənd şəhərində fəaliyyət göstərən Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin rəhbərliyi, təşkilatçılığı ilə birgə etdim. Konsert mədəniyyət mərkəzinin rəhbəri Samir Abbasovun əməyi, zəhməti sayəsində ərsəyə gəldi. O mərkəz həqiqətən də Azərbaycan Özbəkistan dostluq, mədəni əlaqələrinin inkişafında çox böyük işlər görür. Mən bunları illərdir gözümlə gedib görürəm. Vaxt azlığından iki konsertim oldu. Biri Daşkənddə, biri də Səmərqənd şəhərində. Özbəkistanı qarış-qarış gəzib, bütün vilayətlərində konsertlər vermişəm. Ölkəmizə çox böyük sevgi ilə qayıtmışam. Əməkdar artist Yulduz Turdiyeva, vokalist Xursand Şerov, Özbəkistanda yaşayan azərbaycanlı İlham Abdullayev də öz sazı ilə konsertə xüsusi rəng qatdı. Özbəkistan xalqı da məni çox sevir. Onların alqışlarını, sevgilərini, şirin baxışlarını görəndə özümü dünyanın xoşbəxti hiss edirəm. Ona görə də Zeynəb xanım Xanlarovanın repertuarından olan "Dünyanın xoşbəxti mənəm dünyada" mahnısını orada oxudum. Hətta o gün xalq şairi Nəriman Həsənzadə ilə görüş idi. Canlı efirdən Zeynəb xanıma səslənib dedim ki, "siz icazə verərsinizmi mən də dünyanın xoşbəxtiyəm deyim. Çünki mən Zeynəb xanımı həmişə çox sevmişəm. Fəxr edirəm, qürur duyuram ki, iki ölkənin xalq artisti fəxri adını daşıyıram" deyə sənətkar bildirib.

Müğənni bacı və qardaşlarından da danışıb.

"Qardaş və bacılarımdan o qədər razıyam ki. 4 bacı, 6 qardaşıq. Birinin barmağına tikan batsa, mənim ürəyim ağrıyar. O qədər biz bir-birimizə qarşı mehribanıq ki. Bu da ailədən irəli gəlir. Belə görüb, belə götürmüşük. İndiyə qədər aramızda dava-dalaş, söz-söhbət olmayıb. Yalandan bəzən yazırlar ki, Gülyazla Gülyanaq dalaşdı. Nəinki Gülyazla, bütün bacı-qardaşımla çox mehribanam" deyə xalq artisti bildirib.

Bakıda azyaşlını zorlayan şəxs like
  • 08 İyn 15:20  
Digərləri Bakıda azyaşlını zorlayan şəxs

Suraxanıda azyaşlı qızın zorakılığa məruz qalması faktı ilə bağlı

arrow Ətraflı
Yoluxanların sayı açıqlandı like
  • 08 İyn 14:52  
Digərləri Yoluxanların sayı açıqlandı

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 4 yeni yoluxma faktı qeydə

arrow Ətraflı
Bakıda adam öldürmüş şəxs həbsdən çıxan kimi vuruldu like
  • 08 İyn 13:50  
Kriminal Bakıda adam öldürmüş şəxs həbsdən çıxan kimi vuruldu

Bakıda adam öldürmüş şəxs həbsxanadan çıxan kimi vurulub.

arrow Ətraflı
Nizami Gəncəvi dedikdə, ağlımıza ilk olaraq Azərbaycan gəlir like
  • 08 İyn 13:38  
Digərləri Nizami Gəncəvi dedikdə, ağlımıza ilk olaraq Azərbaycan gəlir

Nizami Gəncəvi dedikdə, ağlımıza ilk olaraq Azərbaycan gəlir

arrow Ətraflı
Bu bürclərə xəbərdarlıq: like
  • 08 İyn 13:32  
Digərləri Bu bürclərə xəbərdarlıq:

Bəzi bürclərin nümayəndələri özlərini idarə etməyi bilmirlər. Onlar

arrow Ətraflı
Azərbaycanda sərhəd infrastrukturunun təkmilləşdirilməsi üçün zəruri tədbirlər görülür like
  • 08 İyn 13:21  
Siyasət Azərbaycanda sərhəd infrastrukturunun təkmilləşdirilməsi üçün zəruri tədbirlər görülür

Sərhəd infrastrukturunun təkmilləşdirilməsi, şəxsi heyətin sosial müda

arrow Ətraflı
Temperatur yenidən yüksəlir like
  • 08 İyn 13:11  
Digərləri Temperatur yenidən yüksəlir

İyunun 9-na gözlənilən hava proqnozu açıqlanıb.

arrow Ətraflı
Bakıda toy karvanında dava düşüb like
  • 08 İyn 13:10  
Kriminal Bakıda toy karvanında dava düşüb

Bakıda toy karvanında dava düşüb.

arrow Ətraflı
Aparıcılar İzzəti əsəbiləşdirir like
  • 08 İyn 12:59  
Şou-biznes Aparıcılar İzzəti əsəbiləşdirir

Müğənni İzzət Bağırov aparıcılardan şikayətlənib. 

arrow Ətraflı
İstanbulda 2 dağıdıcı zəlzələ gözlənilir like
  • 08 İyn 12:48  
Digərləri İstanbulda 2 dağıdıcı zəlzələ gözlənilir

İstanbulda eyni il ərzində 2 zəlzələ gözlənilir.

arrow Ətraflı
Ermənistan Naxçıvanı zəhərləmək istəyir like
  • 08 İyn 12:44  
Siyasət Ermənistan Naxçıvanı zəhərləmək istəyir

Ermənistan hazırda Sədərək rayonu yaxınlığında, daha dəqiq desək Araz

arrow Ətraflı
Mirzoyanın ABŞa İlham Əliyevdən "yalan xəbərçiliyi", bəlkə Prezident deməli idi ki... like
  • 08 İyn 12:42  
Siyasət Mirzoyanın ABŞa İlham Əliyevdən "yalan xəbərçiliyi", bəlkə Prezident deməli idi ki...

Bu günlərdə Ermənistan XİN Ararat Mirzoyanla ABŞ Dövlət katibinin müavi

arrow Ətraflı